Icma.az
close
up
RU
Bir qrup Azərbaycan QHT si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ ın vitse prezidentinə Açıq Məktub yazıb

Bir qrup Azərbaycan QHT si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ ın vitse prezidentinə Açıq Məktub yazıb

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Bir qrup Azərbaycan QHT-si ABŞ və Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə Açıq Məktub ünvanlayıb.

"Report" məktubu olduğu kimi təqdim edir:

“Hörmətli ABŞ-ın vitse-prezidenti cənab Ceyms Devid Vens (James David Vance)!

Hörmətli ABŞ-ın dövlət katibi cənab Marko Rubio (Marco Antonio Rubio)!

Hörmətli ABŞ-ın Xəzinədarlıq Katibliyinin rəhbəri cənab Skot Bessent (Scott Bessent)!

Hörmətli ABŞ Ticarət katibi vəzifələrini icra edən cənab Ceremi Pelter (Jeremy Pelter)!

Hörmətli ABŞ-ın Baş prokuroru xanım Pamela Bondi (Pamela Jo Bondi)!

Hörmətli Avropa İttifaqı Şurasının prezidenti cənab Antonio Koşta (António Costa)!

Hörmətli Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen (Ursula von der Leyen)!

Hörmətli Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi cənab Kaya Kallas (Kaja Kallas)!

Biz, aşağıda imzası olan Azərbaycanın qeyri-hökumət təşkilatları Ukraynada davam edən müharibə ilə əlaqədar tətbiq edilən beynəlxalq sanksiyalardan Rusiyanın yan keçməsinə şərait yaradan Ermənistan Respublikasının fəaliyyətindən ciddi narahat olduğumuzu bəyan edirik.

Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik olan Ermənistanın 2022-ci ildə Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra həm idxalında, həm də ixracında iqtisadi potensialına uyğun olmayan kəskin artımlar müşahidə edilməyə başlanıb. 2021-ci ildə Rusiya ilə Ermənistan arasındakı ticarət dövriyyəsi təxminən 2,5 milyard ABŞ dolları olduğu halda, 2024-cü ildə 5 dəfəyə qədər artaraq 12 milyard ABŞ dolları səviyyəsinə çatıb. 2021-ci ilə qədər Ermənistanın mal və məhsul ixracında Rusiya Federasiyasının payı 27% həddini keçmədiyi halda, 2022-2023-cü illər ərzində 40-44% həddinə yüksəlib. 2024-cü il ərzində Ermənistanın əsas ixrac coğrafiyası Rusiyadan idxal edilən qiymətli metalların üçüncü ölkələrə yönəldilməsi səbəbindən Ərəb körfəzi ölkələri olub.

Ticarətin bu cür kəskin artması, xüsusən də yüksək texnologiyalı malların ixracı bu məhsulların hərbi məqsədlər üçün istifadəsi ilə əlaqədar ciddi narahatlıqlar yaradır. Ermənistanın 2024-cü ildə Rusiyaya ixracında önə çıxan yarımkeçiricilər, smartfonlar, rabitə cihazları və digər yüksək texnoloji avadanlıqların heç birini Ermənistan iqtisadiyyatı istehsal etməyə qabil deyil. Bu, Rusiyanın Ukraynadakı hərbi səylərini dəstəkləyə biləcək malların ötürülməsini asanlaşdırmaqla sanksiyaların potensial pozulduğunu göstərir. Bu, Ermənistan kimi üçüncü iştirakçı vasitəsilə Rusiyanın sanksiyalardan yayınaraq, Ukraynadakı hərbi səylərini dəstəkləyə biləcək mallar əldə etməsinə dəlalət edir.

Ermənistanın sanksiyalardan yayınmada artan rolu bu sanksiyaların Rusiyaya təsirini sarsıdan əhəmiyyətli boşluğa işarə edir. Bu vəziyyətə cavab olaraq, biz ABŞ və Aİ-ni aşağıdakı addımları atmağa çağırırıq:

Ermənistanın ticarət əməliyyatlarına nəzarət artırılsın: Ermənistanın idxal və ixrac etdiyi malların daha sərt rejimdə yoxlanılmasını, bu sahədə şəffaflığın təmin edilməsini, xüsusilə, müharibədə istifadə olunan mallarla qanunsuz ticarətin qarşısının alınmasını tələb edirik!; Sanksiyaların tətbiqi gücləndirilsin: ABŞ və Aİ hökumətlərinin mövcud sanksiyaları daha ciddi şəkildə tətbiq etmələri vacibdir. Biz onları sanksiyalardan yayınmada roluna görə Ermənistana qarşı məqsədyönlü sanksiyalar və ya ticarət məhdudiyyətləri tətbiq etməyə və Rusiyanın sanksiyalardan yan keçməsinə kömək edən istənilən dövlətə qarşı qəti addımlar atmağa çağırırıq. Ermənistana diplomatik təzyiq gücləndirilsin: Biz Qərb hökumətlərini Ermənistanın Rusiyaya bu cür dəstəyini dayandırması üçün diplomatik səyləri gücləndirməyə çağırırıq. Ermənistana beynəlxalq hüquq üzrə öhdəlikləri, sülh və birgəyaşayış prinsiplərinə riayət etmək məsuliyyəti xatırladılmalıdır.

Ermənistanın Rusiyaya davamlı dəstəyi təkcə Ukraynada müharibəni uzatmır, həm də sülh və sabitliyin bərpası üçün beynəlxalq səylərə zərbə vurur. Ermənistanın öz hərəkətlərinə görə cavabdehlik daşımaması beynəlxalq hüququn növbəti dəfə pozulmasına təkan verir və sanksiyalar rejimini zəiflədir.

Biz qəti şəkildə inanırıq ki, beynəlxalq ictimaiyyətin vahid və qətiyyətli mövqeyi Ermənistanın hərəkətlərini dayandırmaq və Rusiyaya qarşı sanksiyaların effektivliyini gücləndirmək üçün çox vacibdir. Ümid edirik ki, siz bizim narahatlığımızı nəzərə alacaq və Ermənistanın Ukraynada münaqişəni qızışdırmasının qarşısını almaq üçün lazımi addımları atacaqsınız.

Sonda, biz sizə üz tutaraq təcili çağırış edirik: Ermənistanın Rusiyanı sanksiyalardan yayındırması dayandırılsın!”.

Müraciəti Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, Azərbaycan Respublikası Müharibə, Silahlı Qüvvələr və Əmək Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, istefada olan general-mayor Vladimir Timoşenko, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Kəramət İsmayılov, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının sədri Günay Şahbazova, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri Ramin Şərifov, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli imzalayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Fevral 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri