Icma.az
close
up
RU
Bir qrup QHT ABŞ vitse prezidentinə məktub göndərib: Ermənistanın Rusiyanı sanksiyalardan yayındırması dayandırılsın

Bir qrup QHT ABŞ vitse prezidentinə məktub göndərib: Ermənistanın Rusiyanı sanksiyalardan yayındırması dayandırılsın

Icma.az, Apa.az saytına istinadən bildirir.

Bir qrup Azərbaycan QHT-si ABŞ və Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktub ünvanlayıb.

APA xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensə, ABŞ-ın dövlət katibi Marko Rubioya, ABŞ-ın Xəzinədarlıq Katibliyinin rəhbəri Skot Bessentə, ABŞ Ticarət katibi vəzifələrini icra edən cənab Ceremi Pelterə, ABŞ-ın Baş prokuroru xanım Pamela Bondiyə, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştaya, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasa ünvanlanan məktubda Azərbaycanın qeyri-hökumət təşkilatları Ukraynada davam edən müharibə ilə əlaqədar tətbiq edilən beynəlxalq sanksiyalardan Rusiyanın yan keçməsinə şərait yaradan Ermənistan Respublikasının fəaliyyətindən ciddi narahatlıq ifadə olunub.

"Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik olan Ermənistanın 2022-ci ildə Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra həm idxalında, həm də ixracında iqtisadi potensialına uyğun olmayan kəskin artımlar müşahidə edilməyə başlanıb. 2021-ci ildə Rusiya ilə Ermənistan arasındakı ticarət dövriyyəsi təxminən 2,5 milyard ABŞ dolları olduğu halda, 2024-cü ildə 5 dəfəyə qədər artaraq 12 milyard ABŞ dolları səviyyəsinə çatıb. 2021-ci ilə qədər Ermənistanın mal və məhsul ixracında Rusiya Federasiyasının payı 27% həddini keçmədiyi halda, 2022-2023-cü illər ərzində 40-44% həddinə yüksəlib. 2024-cü il ərzində Ermənistanın əsas ixrac coğrafiyası Rusiyadan idxal edilən qiymətli metalların üçüncü ölkələrə yönəldilməsi səbəbindən Ərəb körfəzi ölkələri olub.

Ticarətin bu cür kəskin artması, xüsusən də yüksək texnologiyalı malların ixracı bu məhsulların hərbi məqsədlər üçün istifadəsi ilə əlaqədar ciddi narahatlıqlar yaradır. Ermənistanın 2024-cü ildə Rusiyaya ixracında önə çıxan yarımkeçiricilər, smartfonlar, rabitə cihazları və digər yüksək texnoloji avadanlıqların heç birini Ermənistan iqtisadiyyatı istehsal etməyə qabil deyil. Bu, Rusiyanın Ukraynadakı hərbi səylərini dəstəkləyə biləcək malların ötürülməsini asanlaşdırmaqla sanksiyaların potensial pozulduğunu göstərir. Bu, Ermənistan kimi üçüncü iştirakçı vasitəsilə Rusiyanın sanksiyalardan yayınaraq, Ukraynadakı hərbi səylərini dəstəkləyə biləcək mallar əldə etməsinə dəlalət edir.

Ermənistanın sanksiyalardan yayınmada artan rolu bu sanksiyaların Rusiyaya təsirini sarsıdan əhəmiyyətli boşluğa işarə edir. Bu vəziyyətə cavab olaraq, biz ABŞ və Aİ-ni aşağıdakı addımları atmağa çağırırıq:

• Ermənistanın ticarət əməliyyatlarına nəzarət artırılsın: Ermənistanın idxal və ixrac etdiyi malların daha sərt rejimdə yoxlanılmasını, bu sahədə şəffaflığın təmin edilməsini, xüsusilə, müharibədə istifadə olunan mallarla qanunsuz ticarətin qarşısının alınmasını tələb edirik!;

• Sanksiyaların tətbiqi gücləndirilsin: ABŞ və Aİ hökumətlərinin mövcud sanksiyaları daha ciddi şəkildə tətbiq etmələri vacibdir. Biz onları sanksiyalardan yayınmada roluna görə Ermənistana qarşı məqsədyönlü sanksiyalar və ya ticarət məhdudiyyətləri tətbiq etməyə və Rusiyanın sanksiyalardan yan keçməsinə kömək edən istənilən dövlətə qarşı qəti addımlar atmağa çağırırıq.

• Ermənistana diplomatik təzyiq gücləndirilsin: Biz Qərb hökumətlərini Ermənistanın Rusiyaya bu cür dəstəyini dayandırması üçün diplomatik səyləri gücləndirməyə çağırırıq. Ermənistana beynəlxalq hüquq üzrə öhdəlikləri, sülh və birgəyaşayış prinsiplərinə riayət etmək məsuliyyəti xatırladılmalıdır.

Ermənistanın Rusiyaya davamlı dəstəyi təkcə Ukraynada müharibəni uzatmır, həm də sülh və sabitliyin bərpası üçün beynəlxalq səylərə zərbə vurur. Ermənistanın öz hərəkətlərinə görə cavabdehlik daşımaması beynəlxalq hüququn növbəti dəfə pozulmasına təkan verir və sanksiyalar rejimini zəiflədir.

Biz qəti şəkildə inanırıq ki, beynəlxalq ictimaiyyətin vahid və qətiyyətli mövqeyi Ermənistanın hərəkətlərini dayandırmaq və Rusiyaya qarşı sanksiyaların effektivliyini gücləndirmək üçün çox vacibdir. Ümid edirik ki, siz bizim narahatlığımızı nəzərə alacaq və Ermənistanın Ukraynada münaqişəni qızışdırmasının qarşısını almaq üçün lazımi addımları atacaqsınız.

Sonda, biz sizə üz tutaraq təcili çağırış edirik: Ermənistanın Rusiyanı sanksiyalardan yayındırması dayandırılsın!”, - məktubda deyilir.

Müraciəti Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, Azərbaycan Respublikası Müharibə, Silahlı Qüvvələr və Əmək Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, istefada olan general-mayor Vladimir Timoşenko, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Kəramət İsmayılov, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının sədri Günay Şahbazova, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri Ramin Şərifov, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli imzalayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Fevral 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri