Icma.az
close
up
RU
Bir qrup tələbəyə adlı təqaüd verilib FOTOLAR

Bir qrup tələbəyə adlı təqaüd verilib FOTOLAR

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 100 tələbəyə adlı təqaüd təqdim edilib. 

"Unikal" xəbər verir ki, AHİK-in Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) keçirilən tədbirdə Konfederasiyanın və ATİAHİRK-nın rəhbərləri, ölkənin bir sıra nüfuzlu ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri, AƏSMA-nın müəllim və tələbə heyəti iştirak ediblər.

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmış şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 

Sonra tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin vətənpərvər ruhda böyüməsi, potensialının reallaşdırılması, yüksək ixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işləri qeyd edib. Heydər Əliyev Fondunun Azərbaycan gəncliyinin inkişafında xidmətlərini vurğulayan Konfederasiya sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində uğurlu layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, Konfederasiya dövlətin gənclər siyasətinə fəal dəstək verir, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər və layihələr həyata keçirir. Belə layihələrdən olan “Adlı təqaüd”ün tələbə gənclərin elm və təhsilə marağının artmasına, potensialının inkişafına əhəmiyyətli töhfə verir.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev ölkəmizdə insan kapitalının inkişaf etdirilməsinin prioritet məsələlərdən olduğunu qeyd edib, elmi tərəqqinin, yüksək texnologiyanın inkişaf etdiyi hazırkı dövrün çağırışlarının qarşıya yeni hədəflər qoyduğunu, bu cür layihələrin gənclərə stimul verdiyini diqqətə çatdırıb.   
Azərbaycanın regionda iqtisadi və siyasi cəhətdən güclü ölkəyə çevrildiyini vurğulayan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyətindən danışıb, tələbə gənclərin potensialının üzə çıxarılmasında “Adlı təqaüd” kimi layihələrin əhəmiyyətini qeyd edib, AHİK-lə əlaqələrin genişləndirilməsi istiqamətində təkliflərini səsləndirib.
Sonra çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, ali təhsilə əlçatanlığın təmin olunması üçün görülən işlərdən danışıb, gənclərin elmə, təhsilə marağının artırılmasında layihənin önəmini qeyd edib.

Tədbirin sonunda “Adlı təqaüd”ə layiq görülən tələbələrə hədiyyələr təqdim olunub.

Təqaüd alan tələbələr çıxış edərək göstərilən etimadın onları daha yaxşı oxumağa həvəsləndirdiyini, elmə, təhsilə maraqlarını daha da artırdığını vurğulayıblar. 

Qeyd edək ki, ATİAHİRK-nın “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir, ölkənin müxtəlif ali məktəblərində əla və yaxşı qiymətlərlə təhsil alan, eyni zamanda tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrin təhsildəki inkişafına dəstək məqsədi daşıyır.
 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Fevral 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri