Icma.az
close
up
RU
Dəməşqə hücum, Vaşinqtondan xəbərdarlıq: İsrail və Türkiyə qarşıdurması mümkündür? ŞƏRH

Dəməşqə hücum, Vaşinqtondan xəbərdarlıq: İsrail və Türkiyə qarşıdurması mümkündür? ŞƏRH

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər İsrailin Suriyaya hücumları intensivləşib. İsrail ordusu Dəməşqə, o cümlədən Prezident Sarayına, Müdafiə Nazirliyinə və Baş Qərargaha birbaşa hava zərbələri endirib.

Birləşmiş Ştatlar Senatının üzvü Marko Rubio bu gün verdiyi açıqlamada bildirib ki, ABŞ İsrailin Suriyaya yönəltdiyi hücumlardan ciddi şəkildə narahatdır. Onun sözlərinə görə, Vaşinqton İsrailə bu hücumları dayandırmaqla bağlı açıq mesaj verib.

Maraqlıdır görəsən, ABŞ-ın bu tələbi ilə İsrail Suriyaya hücumlarını tamamilə dayandıracaqmı? Suriyaya görə İsrail-Türkiyə qarşıdurması mümkündürmü? Turkustan.az olaraq bu suallarımızı politoloq Əli Zülfüqaroğluna ünvanladıq.

Əli Zülfüqaroğlu

İsrail Suriyanın keçid hökumətinin legitimliyinin beynəlxalq aləmdə getdikcə daha çox tanınmasından narahatdır. Bu səbəbdən İsrail maksimum çalışır ki, Suriya ilə İsrail arasındakı gərginlik davam etsin və bu ölkənin genişlənmə planlarına hər hansı maneə yaranmasın.

İsrail hesab edir ki, Türkiyə ilə Suriya arasında münasibətlərin inkişafı gələcəkdə hərbi ittifaqın formalaşması perspektivini yaradır. Belə bir hal baş verərsə, bu, İsrail üçün ciddi təhlükə hesab olunur. Çünki bu zaman Türkiyə İsrailin Suriyadakı hücumlarına və işğal siyasətinə göz yummayacaq. Eyni zamanda, Suriya rəhbərliyi ərazi bütövlüyü prinsipini qətiyyətlə müdafiə edir və bu məsələ ilə bağlı hər hansı güzəştə getmək niyyətində deyil.

İsrail narahatdır ki, əgər Türkiyə ordusu Suriyada möhkəmlənərsə, o zaman İsrailin genişlənmə siyasəti bloklana bilər və bu da ölkənin xarici siyasətində uğursuzluqlara gətirib çıxarar. Bu kontekstdə Birləşmiş Ştatlarla Türkiyə arasında Suriya ilə bağlı hər hansı razılaşma İsrail hökumətini ciddi şəkildə narahat edir. Suriyanın keçid hökumətinin başçısı Şaranın müxtəlif ölkələrə etdiyi rəsmi səfərlər, onun beynəlxalq aləmdə legitim lider kimi qəbul edilməyə başlandığını göstərir.

Əgər Suriyanın yeni hökuməti güclənərsə və digər dövlətlərlə diplomatik münasibətlər qurmağa davam edərsə, bu, ölkənin hərbi potensialının artırılması istiqamətində də ciddi addımların atılmasına səbəb olacaq. Xüsusilə də, Türkiyənin bu sahədə böyük potensiala sahib olduğu nəzərə alınmalıdır.

Digər tərəfdən, Netanyahu hökuməti ölkə daxilində çox ciddi bir mərhələyə qədəm qoyur. Bu hökumətin dağılma ehtimalı getdikcə artır. Baş nazir Benyamin Netanyahunun korrupsiya ittihamları və Qəzzaya qarşı uğursuz hərbi əməliyyatları onun nüfuzuna ciddi zərbə vurub. İsrailin İrana qarşı son hücumu da dünyada qalib lider imici yaratmaq məqsədi daşıyırdı. Lakin bu cəhdin də nəticəsiz qaldığı görünür. İsrail daxilində Netanyahunun siyasətinə qarşı etirazlar getdikcə artır.

Netanyahu paralel şəkildə həm daxili, həm də xarici siyasətdə öz planlarını həyata keçirməyə çalışır. Lakin bu hücumların Yaxın Şərqdə yeni və ciddi gərginliklərə yol aça biləcəyi ehtimalı yüksəkdir.

Görünən odur ki, Türkiyə bu proseslərə səssiz qalmayacaq. İlk mərhələdə diplomatik yollarla, o cümlədən ABŞ-la danışıqlar vasitəsilə vəziyyəti tənzimləməyə çalışacaq. Əgər bu cəhdlər nəticəsiz qalarsa, Türkiyə ilə İsrail arasında hərbi toqquşma riski meydana çıxa bilər. Belə bir hal baş verərsə, İsrail böyük bir regional fəlakətlə üz-üzə qala bilər.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 İyul 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri