Icma.az
close
up
RU
Bir şəklin tarixçəsi: Elçibəy Türk dövlətləri liderlərindən niyə aralı DAYANIB...

Bir şəklin tarixçəsi: Elçibəy Türk dövlətləri liderlərindən niyə aralı DAYANIB...

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Qloballaşmanın fırtınalı axınında özünü qorumağı bacaran millətlər, tarixə söykənən güclər ayaqda qala bilir.
Məhz belə bir zamanda Türk Dövlətləri Təşkilatının (TDT) yaranması müasir dövrün vacib çağırışıdır.
Bu əməkdaşlıq platforması getdikcə daha ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Bu gün dünya böyük güclərin maraq meydanına çevrilib. Yeni münaqişə ocaqları, iqtisadi çöküşlər, mədəni assimilyasiya təhlükəsi - bunlar Türk dünyasını da əhatə edən çağırışlardır. Belə bir dövrdə TDT-nin güclənməsi və əməkdaşlığın dərinləşməsi yaşamaqla yaşatmaq arasındakı sərhəddir.
Türk Dövlətləri Təşkilatının sıraları genişlənir. Bu birlik artıq mədəni sahəni aşaraq iqtisadi, hərbi və strateji əməkdaşlığa doğru gedir. Ortaq iqtisadi zonalar, vahid nəqliyyat dəhlizləri, türk universitetləri, ortaq media layihələri, ortaq əlifba - bunlar gələcəyin körpüləridir.
Məhrum eks-prezident Əbülfəz Elçibəy Turan ideyasının ən səmimi və idealist daşıyıcılarından biri idi.

Əbülfəz Elçibəy üçün Turan yalnız siyasi birlik deyil, mənəvi oyanış, milli kimliyin bərpası və Türk dünyasının bir ruhda yaşaması idi. O, bu ideyanı romantik bir xəyaldan çıxarıb, real siyasi hədəfə çevirmək istəyirdi. Elçibəyin çıxışlarında, yazılarında və fəaliyyətində bu ideya dəfələrlə təkrarlanırdı.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto tarixi və simvolik dəyəri çox yüksək olan bir görüşü əks etdirir. Müstəqilliyini yeni qazanmış türk dövlətləri liderlərinin bir araya gəldiyi ilk tədbirklərdən biri...
Zaman – 30 oktyabr 1992-ci il, məkan – Ankara şəhəri... Türk cümhuriyyətlərinin başçıları Türkiyə prezidenti Turqut Özalın rəhbərliyində Türkiyədə yığışıblar.
Soldan sağa: Qırğızıstan lideri Əsgər Akayev, Özbəkistan prezidenti İslan Kərimov, Türkiyə prezidenti Turqut Özal, Türkmənistan prezidenti Saparmurad Niyazov, Qazaxıstan prezidenti Nursultan Nazarbayv və Azərbaycan prezidenti Əblüfəz Elçibəy
Fotoda diqqət çəkən bir məqam var: Əbülfəz Elçibəy liderlərdən bir az aralıda dayanıb. Bunun səbəbi nə idi?
Fotoşəkli təqdim edən Elçibəyin özəl mətbuat katibi Ədalət Tahirzadə bunu belə izah edib:
“Əbülfəz bəy Orta Asiya prezidentlərini demokrat saymadığına görə onlarla qol-qola girməyib, aralı dayanıb. Səbəbini mənə özü demişdi”.
Yuxarıdakı tablo bir zamanlar bölünmüş, fərqli imperiyalar içində yaşamış türk xalqlarının yenidən bir araya gəlməsi ümidinin fotoşəkildəki təcəssümüdür. Əbülfəz Elçibəy üçün bu cür görüşlər sadəcə diplomatik səfərlər deyildi – ona görə bu, Türk dünyasının oyanışı və birliyi üçün atılmış tarixi addımlar idi.
Elçibəy bu cür toplantılarda Turan ideyasını açıq şəkildə müdafiə edən liderlərdən biri idi.

Bu şəkil Türk Dövlətləri Təşkilatının təməlini qoyan ilk təşəbbüslərdən birinin şahididir. O zamanlar bu görüşlər sadəcə niyyət bəyanatları səviyyəsində olsa da, bu gün həmin ideyanın TDT (Türk Dövlətləri Təşkilatı) kimi strukturlaşmış forması fəaliyyət göstərir.
Ə.Qafarlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Oktyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri