Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Bir şəklin tarixçəsi: Rəşid Behbudov İranda “Ayrılıq” mahnısı ilk dəfə necə üzə çıxdı...

Bir şəklin tarixçəsi: Rəşid Behbudov İranda “Ayrılıq” mahnısı ilk dəfə necə üzə çıxdı...

Icma.az bildirir, Modern.az portalına istinadən.

Yəqin ki, məşhur “Ayrılıq” mahnısını heç olmasa bircə dəfə dinləməyən az adam olar. Onun yaranmasından 70 ilə yaxın vaxt ötür. Ağrını, həsrəti və kədəri ifadə edən bu mahnı Azərbaycan musiqisinin klassik nümunələrindən biri sayılır və sözləri, melodiyası ilə illərdir insanların qəlbində xüsusi yer tutur.”Ayrılıq” həm də insanların doğma torpaqdan, vətəndən ayrı düşməsini simvolizə edir.
Bəs bu mahnı necə yaranıb, onun tarixçəsi haqda nə bilirik?
Bu günlərdə Modern.az-ın redaksiyasında qonaq olan dünya şöhrətli müğənni Rəşid Behbudovun kürəkəni Kamil Şahverdi bizə bir fotoşəklil təqdim etdi. Bu foto 1962-ci ildə Xalq artisti Rəşid Behbudov İranda qastrol səfərində olarkən lentə alınıb.
Modern.az saytı həmin fotonu “Bir şəklin tarixçəsi” rubrikasında təqdim edir.
Zaman 1962-ci il, məkan İran İslam Respublikası... Azərbaycandan İrana köçmüş bəstəkar Əli Səliminin Tehrandakı evi...
O zaman İranda böyük müvəffəqiyyətlə keçən konsertdən sonra orada yaşayan azərbaycanlı bəstəkar Əli Səlimi Rəşid Behbudovu evinə dəvət edib. Dəvəti qəbul edən müğənni bəstəkarın qonağı olur. Maraqlı söhbət zamanı Əli Səlimi yenicə bəstələdiyi "Sizə salam gətirmişəm" mahnısını sənətkara göstərir. Müğənni mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə söz verir. Bəstəkarın həyat yoldaşı Əli Səlimiyə işarə edərək ondan digər mahnını da təqdim etməsini istəyir. Lakin Əli Səlimi tərəddüd edir. Onda Rəşid Behbudov məsələnin təfərrüatını öyrənmək istəyir.
Əli Səlimi deyir ki, bəs bir mahnı da var, amma inanmır onu Azərbaycanda ifa etməyə icazə verələr. Sonra bəstəkar tarda ifa edir, həyat yoldaşı da başlayır oxumağa.

Rəşid Behbudov elə ilk notlardan bu mahnıya vurulur və onlara qoşulub zümzümə etməyə başlayır. Mahnı bitdikdən sonra müğənni Əli Səlimidən bunun kimin mahnısı olduğunu soruşur.

Əli Səlimi bildirir ki, şair Fərhad İbrahimi "Ayrılıq" adlı gözəl bir şeir yazıb. O da həmin şeirə mahnı bəstələyib.
Rəşid Behbudov bəstəkara irad tutur ki, bəs nəyə görə "Ayrılıq" mahnısını ona təklif etmirdi?  Əli Səlimi cavabında izah edir ki, qorxub ki, o tay-bu tay azərbaycanlılarının həsrətini ifadə edən  “Ayrılıq" görkəmli müğənniyə SSRİ-də başağrısı olar.
Rəşid Behbudov qətiyyətlə bildirir ki, tezliklə hər iki mahnını onun ifasında eşidəcəklər. Bakıya dönəndən sonra sənətkar həqiqətən də hər iki mahnını - "Sizə salam gətirmişəm" və "Ayrılıq" mahnılarını ifa edərək lentə yazdırır.
1988-89-cu illərdə Azərbaycanda milli-azadlıq hərəkatı başlayanda “Ayrılıq” mahnısı yenidən gündəmə gəlir. Bu dəfə digər məşhur müğənni Yaqub Zürüfçunun ifasında.
Almaniyada yaşayan Yaqub Zurufçü Xalq artisti Gülağa Məmmədovun köməyilə Azərbaycana gəlir, onun "Ayrılıq" mahnısına çəkdirdiyi məşhur klip AzTV-də yayımlanır və bu bəstə bir daha xalq tərəfindən sevilir. Azərbaycan Milli Azadlıq Hərəkatı zamanında "Ayrılıq" mahnısı milli-mənəvi dirçəlişə təkan verir.

Həmin dövrdə Yaqub Zurufçu özü də "Azadlıq" meydanında "Ayrılıq" mahnısını ifa edib.
Arayış: Əli Səlimi 1922-ci ildə Bakı şəhərində “Kubinka” məhləsində dünyaya göz açıb. Atasi Ərdəbil şəhərindən Bakıya köçən azərbaycanlı idi, anası isə Bakının Pirşağı kəndində doğulmuşdu. Əli Səlimi Bakıda tar məktəbini bitirəndən sonra Azərbaycanın orkestr və ansambllarında çıxış edirb. 1938-ci ildə o, repressiyadan yayaınmaq üçün ailəsilə birgə İrana - Ərdəbilə köçməli olur. Daha sonra oradan da Tehrana köçürlər.
"Ayrılıq" mahnısının ilk ifaçısı Əli Səliminin xanımı Fatimə Qənnadi olub. Lakin mahnıda siyasi motivlər olduğundan uzun müddət onun efirlərdə səsləndirilməsinə icazə verilməyib.
Əli Səlimi 22 aprel 1997-ci ildə Təbrizə vəfat edib.

Ə.Qafarlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:541
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyul 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri