Icma.az
close
up
RU
Bir şəklin tarixçəsi: Təbrizə səfər etmiş ilk Azərbaycan Prezidenti FOTO

Bir şəklin tarixçəsi: Təbrizə səfər etmiş ilk Azərbaycan Prezidenti FOTO

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İlham Əliyev müstəqil Azərbaycan Respublikasının prezidentləri arasında Güney Azərbaycanın Təbriz şəhərinə səfər etmiş ilk dövlət başçısı olub. Bu, İlham Əliyevin ilk dəfə (2003-cü il) Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra, 2005-ci ilin 24-26 yanvar tarixində İrana səfəri çərçivəsində baş tutub.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto İlham Əliyevin Prezident kimi İran İslam Respublikasına ilk səfəri zamanı çəkilib.
Zaman 2005-ci ilin yanvarı... Məkan Tehran şəhəri...
Azərbaycan-İran arasında ikitərəfli əlaqələrin inkişafı istiqamətində sənədlərin imzalanma mərasimi...
Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidnti Məhəmməd Xatəminin iştirak etdiyi mərasimdə iki ölkə arasında müxtəlif sahələr dair 10 sənəd imzalanır.
Bu mərasimdə İranın hazırkı Prezidenti Məsud Pezeşkianı da görmək olar. Həmin vaxt o, İranın səhiyyə naziri vəzifəsində çalışırdı. Şəkildə Məsud Pezeşkian ayaq üstə duranların sırasında soldan 6-cıdır.
O vaxt Azərbaycan Prezidenti Tehran görüşlərini başa vurandan sonra, yanvarın 26-da Təbriz şəhərinə getmişdi. İlham Əliyevi Təbrizdə böyük hörmətlə, gül-çiçəklə qarşılanmışdı. Prezidenti Təbriz səfərində İranın kooperasiya naziri Əli Sufi, xarici işlər nazirinin müavini Möhsün Əminzadə, İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfəri, Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov və İranın Bakıdakı səfiri Əfşar Süleymani müşayiət etmişdilər.
Şərqi Azərbaycan əyalətinin o vaxtkı valisi Məhəmmədəli Sübhanullahi Prezident İlham Əliyevi Təbrizə gəlməsi müasibətilə təbrik edərək, bunu tarixi hadisə kimi qiymətləndirmişdi. Məhəmmədəli Sübhanullahi görüşdə çıxış edərkən İran Prezidenti Məhəmməd Xatəmiyə Təbrizdə Azərbaycanın Baş konsulluğunun açılmasına razılıq verdiyinə görə təşəkkür etmişdi.
Təbirdə çıxış edən Prezident İlham Əliyev tarixi Azərbaycan şəhirində olmaqdan məmnunluq hissi keçirdiyini vurğulamışdı.
“Çox şadam ki, bu gün Təbrizdəyəm. Çoxdan Təbrizə gəlmək arzusunda idim. Bu gün bu arzum gerçəkləşdi. Təbriz bizim hamımız üçün doğma, əziz şəhərdir. Burada Azərbaycanın Baş Konsulluğunun açılması çox mühüm addımdır və çox gözəl hadisədir. Bütün bu son müddət ərzində ikitərəfli müstəvidə qazanılmış uğurlar onu göstərir ki, bir az iradə, xoş niyyət olan yerdə bütün məsələlər öz həllini tapa bilər. Əminəm ki, bizim aramızda olan münasibətlər gələcək illərdə daha da inkişaf edəcəkdir”, - deyə İlham Əliyev qeyd etmişdi.  
Ə.Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Fevral 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri