Icma.az
close
up
RU
Bir şəklin tarixçəsi: İlham Əliyev SİNİF YOLDAŞLARI İLƏ... FOTO

Bir şəklin tarixçəsi: İlham Əliyev SİNİF YOLDAŞLARI İLƏ... FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür.
İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə paytaxtın Səbail rayonundakı 6 saylı orta məktəbdə təhsil alıb.
Bizim.Media xəbər verir ki, modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto Prezidentin 6 saylı orta məktəbdə təshil aldığı dövrü əks etdirir.
 

Fotonu İlham Əliyevin sinif yoldaşı olmuş Rauf Həsənli təqdim edib. Onun sözlərinə görə, 1967-ci ilin 1 sentyabrında çalınan ilk zəngdən 15 iyun 1977-ci ildə səslənən son zəngə qədər İlham Əliyevlə bir sinifdə oxuyub. Bu şəkil də 1977-ci ildə orta məktəbin sonuncu sinfində çəkilib.


“Bizim sinif məktəbdə ən böyük sinif idi. 45 şagird var idi”, - R.Həsənli həmin illəri xatırlayarkən deyib.
“Bir dəfə İlham Əliyev 10-cu sinifdə oxuyanda bizi, yaxın sinif yoldaşlarını ad gününə dəvət etmişdi. Yadımdadır ki, bizi İlham Əliyevin anası, rəhmətlik Zərifə xanım Əliyeva qarşıladı.
O, çox mehriban, istiqanlı qadın idi. Bizi yaxşı qarşıladı, çox sevindi ki, oğlunun sinif yoldaşları onun evinə qonaq gəliblər. Həmin gün Ümummili lider Heydər Əliyev özü də ad gününə gəlmişdi. O, hər birimizlə ayrı-ayrlıqda tanış oldu, danışdı. Sonra bizi tək qoydu.
 

“İşlərim var” deyib getdi, yəni bizə sərbəstlik verdi. Biz çox yaxşı vaxt keçirdik. Şahmat, bilyard, tennis oynadıq. Gəzməyə də çıxdıq. Dedik, güldük, rəqs etdik, musiqilərə qulaq asdıq”, - R.Həsənli bildirib.


Sinif yoldaşının sözlərinə görə, İlham Əliyev orta məktəbdə oxuyarkən bütün dərslərdə özünü çox aktiv aparırdı.
Müxtəlif suallar ətrafında müəllimlərlə sağlam polemikanı aparmaq imkanından qaçmırdı:
“Tarix və ədəbiyyat, ümumiyyətlə humanitar sahələrlə maraqlanırdı. Coğrafiyanı da çox sevərdi”.
R.Həsənli müşahidələrinə əsasən bildirib ki, İlham Əliyev orta məktəb illərindəki kimi qayğıkeş və təvazökar insan olaraq qalıb:
“Eyni zamanda o, geniş dünyagörüşü olan və böyük yumor hissinə malik insandır. İlham Əliyev yeniyetməliyindəki, cavanlığındakı müsbət cəhətləri bu günə qədər saxlaya bilib.
 

O, siyasətçi olandan sonra başqa müsbət keyfiyyətləri də üzə çıxdı. Müdriklik, uzaqgörənlik, liderlik və siyasətçiyə məxsus olan digər xasiyyət keyfiyyətləri”.


“Onun musiqi zövqü əla idi. Həm klassik, həm də estrada musiqisinə qulaq asırdı. O zaman İlham Əliyevin ad günündə onun pianosunu da gördük. O, pianoda da ifa edə bilirdi.
Bir sözlə, İlham Əliyev hərtərəfli insandır. Hesab edirəm ki, bizim bəxtimiz gətirib ki, onun kimi Prezidentimiz var”.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Dekabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri