Icma.az
close
up
RU
Bir şəxsiyyət İTKİSİ

Bir şəxsiyyət İTKİSİ

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çox qəribədir, İlyas İsmayılov itkisi heç bir itkiyə bənzəmir.

Doğmanımı itirmisən, dostunumu itirmisən, o deyil, tanıdığın adamımı itirmisən, o da deyil.

Bəs, nədir bu?

İlyas İsmayılovun vəfat xəbəri adamı dəlib keçir. Çox qiymətli, dəyərli varlıq itirmisən kimi hisslər sənə hakim kəsilir. Bir anlıq boşluqda qalırsan. 

Həyatdır, hər kəs bir gün gedəcək, ömrünü yaşamışdı, kəlmələrini dilə gətirə bilmirsən. Özündən asılı deyil.

Bu xəbəri bir nazir, baş prokuror, deputatın ölümü kimi qəbul edə bilmirsən. Bu da özündən asılı deyil.

İlyas İsmayılov itkisi adama uşaqlıq illərini xatırladır. Sanki uşaqlıqdan tanımısan İlyas İsmayılovu. Hətta düşünürsən ki, o, sənin uşaqlıq dostun olub.

Niyə belə düşünürsən, axı…

Sualın cavabını tapırsan. İlyas İsmayılovda uşaq səmimiliyi vardı. 

İlyas İsmayılov itkisi adamın gözündə ulu babalarını canlandırır. Elə bilirsən ki, o, sənin ulu baban olub. Düşünürsən ki, o, sənə hardasa yol göstərən olub.

Niyə belə düşünürsən, axı…

Sualın cavabını tapırsan. İlyas İsmayılovda dürüstlük, obyektivlik, gözütoxluq, ağayanalıq xarakteri vardı.

İlyas İsmayılov itkisi…

O, alına, satıla bilməyən, maddi dəyərlə ölçülə bilməyən varlıq olub.

Niyə belə düşünürsən, axı…

Sualın cavabını tapırsan, mənəvi dəyər, mənəviyyat onun üçün bütün dəyərlərdən üst idi.

Çox qəribədir, İlyas İsmayılov itkisi heç bir itkiyə bənzəmir.

Doğmanımı itirmisən, dostunumu itirmisən, o deyil, tanıdığın adamımı itirmisən, o da deyil, bəs, nədir bu?

Sualların cavabını tapırsan.

Bu itki səmimiyyəti, dürüstlüyü, obyektivliyi, gözütoxluğu, ağayanalığı, mənəvi dəyərləri özündə cəmləşdirən BİR ŞƏXSİYYƏT İTKİSİDİR.

Sağlığında rəhmət qazanmış adam, ruhun şad olsun!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Fevral 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see328

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see262

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see238

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

28 İyul 2026 15:58see218

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see217

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see215

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see210

Xırda məmurlar Prezidentə qarşı: Qayıbov, Qurbanov, Nəsirli. Sırada kim var?

29 İyul 2026 12:25see201

Azərbaycanın maliyyə sistemi sağlam və möhkəmdir

29 İyul 2026 11:54see194

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

28 İyul 2026 20:09see193

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see191

Beyləqan Xəstəxanasında yeni təyinat

29 İyul 2026 14:00see187

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see186

Zamanı aşan nəğmələr: Vasif Adıgözəlovun ölməz musiqi dünyası

28 İyul 2026 18:12see182

Ebola epidemiyası bitdi

28 İyul 2026 20:26see180

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see177

Rəşad Sadıqov: Rəqibin planı barədə məlumatımız yoxdur”

29 İyul 2026 15:23see172

35 yaşından əvvəl siqareti tərgit!

28 İyul 2026 19:50see161

Çilidə hantavirus səbəbindən həyəcan rejimi elan edildi

29 İyul 2026 02:28see158

167 milyon dollarlıq lotereya udan şəxs həbs edildi

29 İyul 2026 16:14see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri