Bir sıra onlayn beynəlxalq imtahanlarda dələduzluq hallarına rast gəlinir
Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
Kontingenti (imtahan verənlər – red.) 10 mindən çox olmayan imtahanları gələn ildən etibarən tam şəkildə elektron formada keçirməyi nəzərdə tutulur.
Missiya.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi ilə bağlı keçirilən tədbirdə deyib.
M.Abbaszadə əlavə edib ki, kontingenti 20 minə çatan imtahanlar isə hələlik kağız daşıyıcılar üzərindən təşkil olunacaq:
Onun sözlərinə görə, qarşıdakı beş il ərzində bütün imtahanların elektron formata keçirilməsi nəzərdə tutulur:
“Bu, bir tərəfdən müsbət haldır, digər tərəfdən isə bəzi çətinliklər yarada bilər. Elektron imtahanlarla bağlı problemlər təkcə bizdə deyil, bütün dünyada mövcuddur. Hazırda bir sıra beynəlxalq imtahanlar onlayn keçirilir və biz bilirik ki, həmin imtahanlarda dələduzluq hallarına rast gəlinir. Bu imtahanlar nəticəsində əldə olunan sertifikatlara tam etibar etmək olmur. Belə halları ötən il də, bu il də aşkarlamışıq. İstəmirik ki, bizim imtahan sistemində də bu cür hallar yaşansın. Buna görə də mərhələli və ehtiyatlı şəkildə addımlar atırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 04 İyul 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















