Icma.az
close
up
RU
Bir sükan, iki sürücü

Bir sükan, iki sürücü

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Futbolun yazılmamış idarəçilik qanununa görə, komandanın “sükanı arxasında” yalnız bir nəfər dayanmalıdır. Taktikanı da o cızır, heyəti də o seçir, uğura da, uğursuzluğa da cavabdeh o olur, lakin futbol tarixində zaman-zaman bu ənənəni pozub komandanı iki baş məşqçiyə tapşıran klublar və milli komandalar da olub.

Adətən bu modeldə səlahiyyətlər bölünür. Biri meydançada məşq keçib taktikanı müəyyənləşdirir, digəri isə mətbuatla ünsiyyətə, komandanın ruhuna və ya rəqiblərin analizinə cavabdeh olur.

Kağız üzərində çox gözəl görünən bu fikir böyük futbolda çox vaxt fəlakətlə nəticələnir. Rəhbərlik uğursuzluq fonunda günahkarı tapa bilmir, paltardəyişmə otağı iki yerə bölünür və ortaya yarımçıq oyun çıxır. Amma bu “iki başlı” sistemin həm də çempionluqla tamamlanan maraqlı hekayələri var.

“Lars–Tommi” tandemi

Milli komandalar səviyyəsində ikili idarəçiliyin ən uğurlu nümunəsi 2000-ci illərin əvvəllərində İsveç yığmasında göründü. 1998-ci ildə Tommi Söderberq əsas komandaya baş məşqçi gətiriləndə U-21 yığmasında birgə işlədiyi Lars Lagerbeki özünə köməkçi götürdü. İki il sonra isə rəhbərlik cəsarətli addım ataraq Lagerbekə də bərabərhüquqlu baş məşqçi statusu verdi.

İçəridə heç bir eqo savaşı yaşanmadı. “Lars–Tommi” kimi tanınan bu cütlük işi dəqiq böldü. Söderberq mətbuatla danışır, komandanı oyuna kökləyir və atmosferi saxlayırdı. Lagerbek isə müdafiə planını cızır, standart vəziyyətləri işləyir və rəqibləri xırdalığına qədər təhlil edirdi. İntizamlı 4-4-2 sistemi ilə İsveç ard-arda üç böyük turnirə (Avro-2000, DÇ-2002 və Avro-2004) vəsiqə qazandı.

DÇ-2002-də İngiltərə, Argentina və Nigeriyanın yer aldığı “ölüm qrupu”ndan məğlubiyyətsiz lider çıxan bu cütlük Avro-2004-də İtaliyanı qrupda saxlayıb 1/4 finala qədər irəlilədi və yalnız penaltilərdə niderlandlılara uduzdu. Söderberq gedəndən sonra Lagerbekin təkbaşına İsveçi daha iki böyük turnirə aparması bu uğurun təsadüf olmadığını göstərdi.

Enfilddə böhran

İsveçdəki harmoniyanın tam əksini 1998-ci ilin yayında “Liverpul” yaşadı. Klub rəhbərliyi komandanı modernləşdirmək məqsədilə veteran məşqçi Roy Evansın yanına Fransa Futbol Federasiyasının texniki direktoru Jerar Uyeni gətirdi.

Elə ilk gündən iki ayrı futbol dünyası arasında toqquşma baş verdi. Evans köhnə Britaniya məktəbinin nümayəndəsi kimi hücum futbolunu və oyunçulara sərbəstlik verilməsini dəstəkləyirdi. Fransız Uye Avropa futbolunun sərt intizamını, yəni sərt pəhriz sistemi, taktiki çərçivələri və müdafiə futbolunu tələb edirdi. Futbolçular matça çıxanda çaşbaş qalırdılar. Evans “gedin istədiyiniz kimi oynayın” deyirdisə, Uyenin oyunçulardan əsas tələbi mövqelərini tərk etməmələri olurdu.

Bu ziddiyyət paltardəyişmə otağında qruplaşmalara yol açdı. Keçirilən 18 matçda cəmi 7 qələbə qazanılması rəhbərlik üçün həyəcan təbili oldu. Liqa Kubokunda “Tottenhem”ə 1:3 hesablı məğlubiyyətdən sonra Evans sistemin işləmədiyini bildirərək istefa verdi. “Sükan arxasında” tək qalan Uye isə elə növbəti mövsümlərdə “Liverpul”la treblə imza ataraq öz sisteminin haqlı olduğunu sübut etdi.

Vikinqlərin nağılı

Böyük klubların batdığı bu sistemdə Norveçin “Vikinq” klubu gözlənilməz bir tarix yazdı. 2020-ci ilin sonunda klub rəhbərliyi köməkçi məşqçilər Byarte Lunde Aarsheym və Morten Yenseni şərikli baş məşqçi postuna gətirdi. Yerli mətbuat və azarkeşlər bu addımı böyük şübhə ilə qarşılamışdı.

Lakin hər iki mütəxəssis onları yanıltmağı bacardı. Aarsheym komandanın məşq prosesini və matç günü taktiki gedişlərini üzərinə götürdü. Yensen isə rəqiblərin analizi, skautinq və oyunçuların fərdi inkişafı ilə məşğul oldu. Yüksək pressinqə dayanan dinamik 4-3-3 sistemi formalaşdırıldı.

Nəticə özünü çox gözlətmədi. 2024-cü ildə çempionatı 3-cü sırada bitirən tandem 2025-ci il mövsümünü ardıcıl 7 qələbə ilə tamamlayaraq “Vikinq”i tam 34 ildən sonra Norveç çempionu etdi. Uğurun davamı kimi, tandem “Vikinq”i Çempionlar Liqasının pley-offunda Zaqreb “Dinamo”sunu (Xorvatiya) ümumi hesabda 5:3 üstələyərək liqa mərhələsinə daşıdı.

Futbolda ikili baş məşqçi modeli cəlbedici görünsə də, reallıqda tətbiq edilən ən çətin sistemlərdən biridir. “Liverpul” nümunəsində gördüyümüz kimi, səlahiyyətlər qarışanda və futbol baxışları toqquşanda fəlakət qaçılmaz olur.

Buna baxmayaraq, İsveç yığmasının “Lars–Tommi” dövrü və “Vikinq”in uğur hekayəsi göstərir ki, şəxsi ambisiyalar arxa plana keçəndə, vahid məqsəd və dəqiq iş bölgüsü olarsa, ikili idarəçilik futboldakı stereotipləri darmadağın edən ən güclü silaha da çevrilə bilər.

Ayxan Zayıdzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 Avqust 2026 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri