Icma.az
close
up
RU
Bir tarixin dörd ünvanı: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə

Bir tarixin dörd ünvanı: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Hüseyn Süleymanov

YAP Kəngərli rayon təşkilatının sədr müavini

            20 Sentyabr Azərbaycan tarixinin mühüm və əlamətdar günlərindən biridir. Bu tarix Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü kimi qeyd olunur. 2024-cü il sentyabrın 18-də imzalanmış Sərəncamla 20 sentyabrın bu şəhərlərin günü kimi təsis edilməsi 2023-cü il sentyabrın 19–20-də baş vermiş tarixi hadisələrin əhəmiyyətini bir daha təsdiqləyir.

            Bu tarix, ilk növbədə, Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması ilə bağlıdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilmiş Böyük Zəfər ölkəmizin ərazi bütövlüyünün böyük hissəsinin bərpasını təmin etdi. Lakin Qarabağın müəyyən ərazilərində separatçı qüvvələrin mövcudluğu davam edirdi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bununla ölkəmizin ərazi bütövlüyü və suverenliyi məsələsində tarixi mərhələ başa çatdı.

            20 Sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü kimi müəyyənləşdirilməsi həm də bu yaşayış məntəqələrinin Azərbaycan tarixində və milli yaddaşımızda xüsusi yerini əks etdirir. Uzun illər işğal və separatizm nəticəsində öz doğma yurdlarından didərgin salınmış insanların həmin torpaqlara qayıdışı artıq real prosesə çevrilib.

            Xankəndi şəhərinin azad olunması Azərbaycanın dövlət suverenliyinin bərpasının əsas rəmzlərindən birinə çevrildi. 2023-cü il sentyabr hadisələrindən sonra şəhərdə Azərbaycan Bayrağının dalğalanması xalqımız üçün mühüm tarixi hadisə oldu. Həmin ilin oktyabrın 15-də Xankəndi ilə yanaşı Xocalı, Xocavənd və Ağdərədə də Dövlət Bayrağımız ucaldıldı.

            Xocalının adı isə Azərbaycan xalqının yaddaşında xüsusi ağrı və hüznlə bağlıdır. 1992-ci il fevralın 26-da Xocalıda dinc əhaliyə qarşı törədilmiş qətliam Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. Bu gün Xocalının azad olunması həmin şəhərdə yeni həyatın başlanğıcı kimi böyük əhəmiyyət daşıyır. 2024-cü il mayın 28-dən keçmiş məcburi köçkünlərin Xocalıya qayıdışına başlanılması Böyük Qayıdış proqramının mühüm nəticələrindən biridir.

            Xocalıda aparılan işlər yalnız yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmır. 2025-ci ildə Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı Prezident Sərəncamının imzalanması şəhərin tarixi yaddaşının qorunmasına xüsusi diqqətin göstəricisidir. Memorialın yaradılması Xocalı faciəsinin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

            Xocavənd də tarixi və mədəni irsimizin zənginliyi ilə seçilən ərazilərimizdəndir. Burada yerləşən Azıx və Tağlar mağaraları Azərbaycanın qədim tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Xocavənd rayonunun böyük hissəsi 1992-ci ildə işğal edilmiş, 2020-ci ildə Hadrut qəsəbəsi və bir sıra kəndlər azad edilmiş, 2023-cü ilin sentyabrında isə rayonun şəhər mərkəzi də daxil olmaqla ərazisi tam şəkildə Azərbaycanın nəzarətinə keçmişdir.

            Ağdərə şəhərinin azad olunması da 20 Sentyabr tarixinin mühüm məqamlarından biridir. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri qanunsuz silahlı birləşmələrdən təmizləndi. Sonrakı mərhələdə Ağdərə rayonunun inzibati ərazi vahidi kimi yenidən təşkili və şəhərin rayon mərkəzi müəyyənləşdirilməsi ərazidə yeni inkişaf mərhələsinin əsasını qoydu.

            Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə yalnız tarixi Zəfərin rəmzləri deyil, həm də Azərbaycanın gələcəyə hesablanmış quruculuq siyasətinin mühüm ünvanlarıdır. İşğaldan azad edilmiş ərazilərdə yollar, yaşayış kompleksləri, sosial obyektlər və digər infrastruktur layihələri həyata keçirilir. Məqsəd bu torpaqlarda dayanıqlı həyatın bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi və Qarabağın müasir Azərbaycanın inkişaf etmiş bölgələrindən birinə çevrilməsidir.

            20 Sentyabrın mahiyyəti yalnız bir tarixi hadisəni xatırlamaqdan ibarət deyil. Bu tarix Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmək əzminin, xalqımızın milli iradəsinin və dövlətimizin məqsədyönlü siyasətinin nəticəsini ifadə edir. Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Azərbaycan Bayrağının dalğalanması uzun illər davam edən həsrətin sona çatmasının rəmzinə çevrilib.

            Bu baxımdan 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutur. Bu gün həm Zəfərin qəhrəmanlarını ehtiramla yad etmək, həm doğma torpaqlarına qayıdan insanların sevincini bölüşmək, həm də azad edilmiş ərazilərin gələcək inkişafına nəzər salmaq üçün əlamətdar tarixdir. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri göstərir ki, Azərbaycanın bu torpaqlardakı yeni tarixi yalnız keçmişin xatırlanması ilə deyil, qurulan, abadlaşan və yenidən canlanan şəhərlərlə yazılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Sentyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri