Icma.az
close
up
RU
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü qələbə salnaməsinin davamıdır

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü qələbə salnaməsinin davamıdır

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənab Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü kimi təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Azərbaycan xalqının uzun və məşəqqətli mübarizəsinin nəticəsidir. Otuz ilə yaxın davam edən işğal, minlərlə qəhrəman övladımızın canı və qanı bahasına əldə edilən qələbə nəticəsində ölkəmizin tarixi torpaqları azad olundu. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gününün rəsmi şəkildə qeyd olunması həm də Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün əbədi və dönməz olduğunu göstərən rəmzi hadisədir.

Suverenliyimizin bərpasından ötən iki ildə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə həyata keçirilən genişmiqyaslı işlərə, soydaşlarımızın bu torpaqlara qayıdışına diqqət yetirməklə xalqımızın nə qədər qurucu xalq olduğunu görür, bundan böyük qürur hissi keçiririk. Prezident İlham Əliyevin bu günlərdə Xocalı, Xocavənd rayonlarına, Xankəndi şəhərinə səfəri çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə qeyd etdiyi kimi, necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq.

Bugünümüzün qürurverici hadisələrindən biri də budur ki, yalnız paytaxt Bakımız deyil, azad edilmiş torpaqlarımız da beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkana çevrilir. Bu baxımdan Xankəndi şəhəri də xüsusi diqqət çəkir. Bu il ənənəvi Şuşa Qlobal Media Forumu Xankəndi şəhərində keçirildi. Həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə Xankəndi şəhəri ev sahibliyi etdi. 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirdi. Prezident İlham Əliyev dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən görüşü izlədi. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun idi.

Azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Şəhərlərimiz yenidən inşa olunur, kəndlərimiz bərpa edilir, yollar, tunellər, elektrik xətləri çəkilir. Bölgəyə həyat qayıdır, insanlar doğma yurdlarına qayıtmaq üçün səbirsizliklə böyük qayıdış proqramını gözləyirlər.   Bu proses təkcə infrastruktur layihələri ilə məhdudlaşmır, həm də sosial, mədəni və iqtisadi inkişafın təməlini qoyur. Azərbaycanın əldə etdiyi bu tarixi qələbə təkcə hərbi gücün deyil, həm də milli iradənin, dövlət-xalq birliyinin nəticəsi idi. İndi ölkəmiz qalib dövlət kimi regionda sülh və əməkdaşlıq gündəliyini irəli sürür, yeni geosiyasi reallığın formalaşmasında aparıcı rol oynayır.

Samirə Zeynalova,

YAP Tərtər Rayon Təşkilatının mühasibi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Sentyabr 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see323

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see312

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see298

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see265

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see247

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see224

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see218

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see209

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see202

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see195

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see194

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see192

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see179

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see158

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see156

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see155

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see154

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri