Icma.az
close
up
RU
Azadlığa qovuşan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü

Azadlığa qovuşan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının müasir tarixində əlamətdar hadisələrdən biri 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunmasıdır. Prezident cənab İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən bu günün təsis edilməsi, Azərbaycan xalqının otuz ildən artıq müddətdə yaşadığı həsrətin sonu, milli qürur və qələbə rəmzi kimi mühüm tarixi hadisədir. Bu günün qeyd olunması, eyni zamanda, dövlətçilik ənənələrinin möhkəmlənməsi, milli birliyin güclənməsi və işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin geniş miqyas almasının bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq qələbə, işğal altında olan torpaqlarımızın azad edilməsinə və tarixi ədalətin bərpasına gətirib çıxardı. 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Dövlət başçısı həmin gün çıxışında qeyd edirdi:“Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm… Mən verdiyim bütün vədləri yerinə yetirdim. Azərbaycan xalqı uzun illərdir bu günü gözləyirdi və şükürlər olsun ki, biz bu tarixi anı birlikdə yaşadıq.”

Bu hadisə yalnız dövlətçilik tariximizin deyil, eyni zamanda bütün regionun gələcək inkişafının təməl daşlarından biri hesab olunur. Çünki Xankəndi və digər işğaldan azad edilmiş şəhərlərin yenidən qurulması, Qarabağın sosial-iqtisadi, mədəni və siyasi həyatının canlanmasına böyük töhfə verir.

Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramı həyata keçirir. Bu istiqamətdə görülən işlər həm strateji, həm də sosial əhəmiyyət kəsb edir. 2023-cü ilin noyabrında Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Xankəndidə “Qarabağ Universiteti”nin yaradılması, bölgədə yüksəkixtisaslı kadrların hazırlanması üçün mühüm addımdır. Bundan əlavə, Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması, tarixi-coğrafi ədalətin bərpası baxımından xüsusi önəm daşıyır.

İşğaldan azad olunmuş şəhərlərdə müasir infrastrukturun qurulması, yolların, məktəblərin, səhiyyə müəssisələrinin və idman obyektlərinin istifadəyə verilməsi, Qarabağın gələcək inkişafını təmin edən vacib faktorlar sırasındadır. Xankəndidə Konqres Mərkəzinin, yeni otellərin, Zəfər parkının və digər mühüm obyektlərin açılışı Azərbaycanın güclü iradəsinin və sistemli inkişaf strategiyasının göstəricisidir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə yalnız coğrafi məkan deyil, həm də Azərbaycan xalqının tarixində mühüm mədəniyyət ocaqlarıdır. Xocalı soyqırımının xatirəsinin əbədiləşdirilməsi məqsədilə memorial kompleksinin təməlqoyma mərasimi, həm tarixi ədalətin bərpasına xidmət edir, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verir.

Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu torpaqlara səfərləri, müxtəlif sosial layihələrin açılışında iştirakı həm dövlətin diqqətini, həm də xalqın mənəvi birliyini ifadə edir. Xocalı, Xocavənd və Ağdərədə həyata keçirilən tədbirlər, bölgənin tarix boyu Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olduğunu sübut edir.

Qarabağın işğaldan azad olunması və həmin ərazilərdə bərpa işlərinin aparılması yalnız Azərbaycanın milli maraqlarına deyil, həm də regional sabitlik və təhlükəsizliyə xidmət edir. 2025-ci ildə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün keçirilməsi, Qarabağın beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirmişdir. Bu, həm də Azərbaycanın regionda lider dövlət kimi mövqeyini möhkəmləndirən mühüm amildir.

Azərbaycanın həyata keçirdiyi bərpa siyasəti, qonşu ölkələrlə əməkdaşlığın inkişafı və yeni nəqliyyat-logistika layihələri Qarabağın beynəlxalq iqtisadi məkanla inteqrasiyasına şərait yaradır.

20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edilməsi, Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmuşdur. Bu gün, təkcə hərbi qələbənin deyil, həm də bərpa, inkişaf və milli birliyin simvoludur. Azərbaycan xalqı bu torpaqlarda həyatın bərpası ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, milli kimliyin qorunmasına və gələcək nəsillərə güclü dövlət mirasının ötürülməsinə nail olur.

Əldə olunan Zəfər və görülən quruculuq işləri göstərir ki, Azərbaycan dövləti öz güclü iradəsi, iqtisadi potensialı və milli həmrəyliyi ilə həm tarixini, həm də gələcəyini formalaşdırmaqdadır.

Ayna NOVRUZOVA,

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see323

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see312

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see298

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see265

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see247

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see224

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see218

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see209

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see202

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see195

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see194

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see192

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see179

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see158

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see156

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see155

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see154

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri