Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Bir telefon zəngi ilə hər şey unudulmur Türkiyədən GÖZLƏNİLƏN ƏDALƏT

Bir telefon zəngi ilə hər şey unudulmur Türkiyədən GÖZLƏNİLƏN ƏDALƏT

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib.
 

MÖVZU İLƏ BAĞLI:
Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ


Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.
Prezident İlham Əliyev telefon zənginə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərinə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
Dövlətimizin başçısı öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Gecikmiş zəng zədələnən qardaşlığımızı sağalda biləcəkmi?
Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğanın telefon zəngini Azərbaycan xalqı çoxdan gözləyirdi. Çirkin kampaniyanın başladığı elə ilk gündən… Amma Türkiyə liderinin telefonu susdu. 
Azərbaycan xalqı isə bundan təəccüblənir və təəssüflənirdi. Çünki iki qardaş arasına nifaq toxumu səpilirdi. Və ən pisi də bu nifaqın toxumları Türkiyənin siyasi dairələrində yetişdirilmişdi.  Halbuki bu nifaq toxumları cücərsə, boy versə, bundan təkcə Azərbaycan-Türkiyə qardaşlığı zərər görməyəcəkdi, bütövlükdə Türk dünyası və İslam aləmi zərbə alacaqdı.
“Qılınc yarası sağalar, söz yarası sağalmaz”
Atalarımızın bu sözü tarixin sınaqlarından çıxıb. Və təkrar-təkrar sübut olunub ki, söz yarası ölənə qədər sağalmır. Ona görə də Türkiyə tərəfindən Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə və ən nəhayət Azərbaycan-Türkiyə qardaşlığına edilən hücum hər birimizin qəlbində sağalmaz yara  açdı. Ən pisi də odur ki, bu çirkin kampaniya Türkiyə hakimiyyəti, daha konkret desək, Prezident Ərdoğana ən yaxın şəxslər tərəfindən aparılırdı. Prezidentin müşaviri, AKP-çi deputatlar və digər rəsmi şəxslər Azərbaycana qarşı şər-böhtan kampaniyasına rəhbərlik edirdilər. 
 

Hakimiyyətin ideoloji xəttini yürüdən Anadolu Agentliyi, TRT, Sabah, Hürriyet, NTV, Habertürk və digər media qurumları kampaniyanın ön sırasında yer almışdı. 


Məgər səslənən bu böhtanları, atılan çirkabları Türkiyə hakimiyyəti görmürdü, eşitmirdi?! Təbii ki, görürdü və eşidirdi, amma siyasi ambisiya qardaşlıqdan, ədalətdən önə keçmişdi.
Bəli, Azərbaycan xalqı çox qəzəblidir. Ona görə ki, son bir ayda Mustafa Kamal Atatürkün və Heydər Əliyevin vəsiyyəti və bəyanı siyasi ambisiyalara qurban verildi. Necə deyərlər bir “malades” üçün bir andaca bütün müqəddəs dəyərlər ayaqlar altına atıldı. 
Dəydimi?..
Bu gün Azərbaycan Prezidentinə “qardaşımız” deməklə vurulan yara sağalmır, bir telefon zəngi ilə heç nə unudulmur. 
 

Son hadisələr göstərdi ki, Türkiyənin hakim dairələrində Azərbaycana qarşı səsləndirilən “qardaşlıq” fikirləri siyasi manipulyasiya aləti imiş. Və istənilən anda qardaş … çıxırmış. 


Azərbaycan xalqı bu vaxtadək Türkiyə tərəfindən ünvanımıza səslənən çox böhtanlara fikir verməyib, diqqətə almayıb. Amma bu dəfə mənzərə tam fərqlidir. Çünki Türkiyədə ölkəmizə qarşı aparılan şər kampaniyasının coğrafiyası kifayət qədər geniş idi. Ən pisi də odur ki, bu böhtan kampaniyası hakimiyyət tərəfindən dəstəkləndi.
Ən ağrılı tərəfi də odur ki, Türkiyə hakimiyyətinin bu yanlışlığı düşmənin dəyirmanına bolluca su tökdü. Bunun nəticəsidir ki, son günlər Ermənistan, İran, Yunanıstan mətbuatı və ictimai fikri Türkiyə tərəfindən aparılan iyrənc kampaniyaya həvəslə qucaq açır və geniş müzakirələr aparır.
Bu xəcalət yükünü kimin boynuna yazaq, cənab Ərdoğan?
Vallah “keçdi” deməklə heç nə keçmir. Son bir ayda yazılanlar, ölkəmizin daxili işlərinə qarışmaq təşəbbüsü tarixdə ləkə kimi qalacaq. Və zaman-zaman düşmənin əlinə dəyənək verəcək, bizlərinsə yarasını yenidən qanadacaq.
 

Anadoluda deyirlər ki, “qardaş qardaşı bıçaqlar, sonra dönüb qucaqlar”. Bəli bıçaq yarası gedər. Amma söz yarası getməz!


Bir Azərbaycan şairi deyir ki, “düşməninə də nakişilik etmə, birdən barışarsan, peşiman olarsan”. Bu gün Türkiyənin rəsmi dairələrində həmin peşimançılığı görürük. Amma sonrakı peşimançılıq çox zaman fayda vermir. Çünki “olmuşla ölmüşə çarə yoxdur”. Bu da sizin ata sözünüzdür
Cinayətkarların cəzalandırılması bəlkə bir az qəzəbimizi soyudar
Bəli, Azərbaycan xalqı da, onun lideri də müdrikdir. Olanların hesabını çəkməzlər. Amma bu o demək deyil ki, bir telefon zəngi ilə hər şey bitdi, hər şey yaddan çıxdı. Əsla! 
 

Bu gün Azərbaycan xalqı onu gözləyir ki, xalqımıza, dövlətimizə və qardaşlığımıza qarşı aparılan şər-böhtan kampaniyasının təşkilatçıları və aparıcı şəxsləri məsuliyyətə cəlb olunsun. Çünki cinayət cəzasız qalanda dövlətin və qardaşlığın əsasları zədələnir.


Cinayətkarların cəzalanması bir də ona görə lazımdır ki, düşmənlər görsün ki, Azərbaycanla Türkiyə sözün tam mənasında qardaşdır. “Ətlə dırnaq arasına girənlər”sə iylənib çıxır. Yəni cəmiyyətdən kənarlaşdırılır.
Bax, sizdən bu ədalətli addımı gözləyirik, cənab Ərdoğan!
Bizim.Media-nın analitik qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Oktyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri