Bir təriqətə görə 190 uşaq öldürüldü VİDEO
Icma.az bildirir, Lent az portalına istinadən.
Keniyanın Mombasa şəhərində məhkəmə “Beynəlxalq Xoş Xəbər Kilsəsi” adlı dini hərəkatın qurucusu Pol Makkenzini və onun 28 əlbirini 190 uşaq və bir yetkin şəxsi aclıqdan öldürməkdə təqsirli bilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, məhkumlara veriləcək cəzanın noyabrın 6-da açıqlanması nəzərdə tutulur. Müdafiə tərəfi isə qərardan apellyasiya şikayəti verəcəyini bildirib.
Meşədə 400-dən çox insanın meyiti aşkarlanıb
Faciə Keniyanın cənub-şərqindəki Şakahola meşəsində baş verib. Təriqət üzvləri dünyanın sonu gəlməzdən əvvəl Tanrı ilə görüşəcəklərinə inanaraq özlərini və uşaqları ac saxlayıblar.
İstintaq materiallarına əsasən, icmada insanların ölümə aparılması üçün amansız ardıcıllıq müəyyənləşdirilib. Əvvəlcə ən kiçik yaşlı uşaqlar qurban seçilib.
Araşdırma 2023-cü ildə hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında başlayıb. Axtarışlar zamanı meşədə çoxsaylı kütləvi məzarlıqlar tapılıb. Məzarlardan çıxarılan meyitlərin sayı 400-ü ötüb.
Məhkəmə iclası səkkiz saatdan çox davam edib
Hakim Diana Kavedza Moçaçenin sədrliyi ilə keçirilən məhkəmə iclası səkkiz saatdan çox çəkib. Makkenzi adı səsləndirilərkən heç bir reaksiya verməyib və iclas boyu susub.
Hadisə ölkədə geniş ictimai rezonans doğurub və dini təşkilatların fəaliyyətinə dövlət nəzarəti ilə bağlı suallar yaradıb. Ölkə prezidenti daha əvvəl aidiyyəti qurumların işində nöqsanların olduğunu açıq şəkildə etiraf edib. İlk xəbərdarlıq siqnallarına baxmayaraq, təhlükəli təşkilatın illərlə fəaliyyət göstərməsinə imkan verilib.
Səkkiz yaxınını itirən şəxs qərardan razı qalıb
Təriqətin fəaliyyəti nəticəsində iki nəvəsi də daxil olmaqla səkkiz qohumunu itirən 62 yaşlı Frensis Vanye məhkəmənin qərarından razı qaldığını bildirib.
Onun sözlərinə görə, qərar cəmiyyət üçün mühüm dərs olacaq və insanları dini rəhbər seçərkən daha diqqətli davranmağa sövq edəcək.
Prokurorlar məhkəmə qərarını misilsiz adlandırıblar. Digər ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
Makkenziyə qarşı terrorçuluqla əlaqəli əlavə ittihamlar da irəli sürülüb. O, həmçinin yaxınlıqdakı başqa yaşayış məntəqəsində insanların ölümü ilə əlaqədar ittiham olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 26 Oktyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















