Bir vəkil Kollegiyadan xaric edildi 5 i cərimələndi
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.
Gündəliyə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, eləcə də öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil xaric edilib, 1 vəkilə xəbərdarlıq edilib, 5 vəkil barəsində cərimə tədbiri tətbiq olunub və 2 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə riayət etməsi diqqətə çatdırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 17 İyun 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















