Icma.az
close
up
RU
Bir xala sevinməliyik?

Bir xala sevinməliyik?

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxdı. B qrupunda yer alan millimiz Çexiya yığması ilə heç-heçə etdi – 1:1.

Milli 8 turdan sonra 7 xal toplayıb və qrupda 6 komanda arasında 5-cidir.

Oyunun favoriti çexlər idi. Matçda da bütün üstünlük məhz onlarda oldu. Milli ümumilikdə qapıya 3 zərbə endirdi və onun 1-i qolla nəticələndi. U-21 oyun planında yaxşı görünməsə də, qazanılan bir xal qənaətbəxş sayıla bilər.

Çexlərin hər iki hissədə bir neçə dəfə qol imkanı yaxalamasına baxmayaraq, qapıçı Sadiq Məmmədzadə kritik seyvlərlə diqqət çəkdi. Görüşün ən yaxşı futbolçusu elə məhz qolkiper idi.

Start heyətdə hücumda Ağadadaş Salyanski, Nəriman Axundzadəyə şans verən baş məşqçi Rəşad Eyubov gözləntilərini ala bilmədi. Nərimanın performansı daha da zəif  idi. Nə top saxlaya, nə də irəlidə aktivlik göstərə bilirdi. Buna qədər əsas yığmada oynayan forvardın U-21-ə qoşulması və burada da effekt verə bilməməsi hücumçunun ciddi enişdə olduğunu bir daha göstərdi.

Müdafiədə Eşqin Əhmədov fəallardan idi. Cinahda get-gəllər ilə yorulmayan futbolçu oyun praktikasının bəhrəsini gördü.

Yarımmüdafiədə Nihad Əhmədzadə, Ayxan Süleymanlı və Sənan Muradlı yer almışdı. Ayxan və Sənan klublarında müvafiq olaraq cinah və hücum oyunçusudur. Eyubov bu heyəti buraxmaqla planında aktivlik gözləyirdi, amma olmadı. Birinci hissədə bir-iki dəfə irəli çıxan yığma fasilədən sonra ümumiyyətlə hücum qura bilmədi. Şans oldumu? Oldu, ancaq komanda bir xalın qorunmasına necə kökləndisə, rəqib cərimə meydançasında olan top bir anda bizim tərəfə keçdi. Qısa ötürmələr, sıx oyun və Sadiqin seyvləri əldə edilən bir xalda həlledici oldu.

Çexlərlə oyunun nəticəsi görünür, məmnunluq yaradır, amma bir də “taylarımıza” baxaq. Eyni gündə Bolqarıstanın U-21-i Portuqaliyaya qalib gəldi. Bolqarlar bununla günün sensasiyasına imza atdı. Biz isə portuqallarla iki dueldə 9 qol buraxmışıq və qol vura bilməmişik.

Digər sürpriz Finlandiya U-21 – İspaniya U-21 oyununda qeydə alındı. Finlər son çempionu 2:1 hesabıyla məğlub etməyi bacardı. Fransızların İslandiya ilə matçda büdrəməsi də günün gözlənilməz nəticələrindən idi.

Ümumi turnirin tablosuna nəzər saldıqda, istər bolqarlar, istər finlər, istərsə də islandların inkişafda olduğu aşkar görünür. Bizdə isə artım bir kənara, yerində saya bilmirik.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 Sentyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri