Icma.az
close
up
RU
Bir xörəyi neçə dəfə qızdırmaq olar? SİYAHI

Bir xörəyi neçə dəfə qızdırmaq olar? SİYAHI

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mütəxəssislərə görə, dəfələrlə qızdırılıb boyat şəkildə istehlak edilən yeməklər orqanizmdə bir sıra fəsadlara səbəb ola bilər.

Hətta düzgün şəraitdə saxlanılanda da, termiki emal olunmuş qidaların tərkibindəki bitki və ya heyvan mənşəli qida maddələrinin parçalanma prosesi başlayır. Nəticədə əvvəlcədən toksiki olmayan maddələr zəhərli maddələrə çevrilir.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Ülviyyə Cəlilova bu mövzuda maarifləndirici elmi açıqlama verib.

Qidaların dadında dəyişiklik o halda aşkar hiss olunur ki, onların tərkibinin çox hissəsi korlanmış olur. Ümumiyyətlə, yumurta, balıq, ət, toyuq, göbələk və s. kimi riskli məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq süfrədə qalmamalıdır.

Əgər həmin qidalar soyuducuya qoyulmadan otaq temperaturunda və açıq şəkildə qalırsa, növbəti dəfə qızdırılıb istehlak edilməsi tövsiyə olunmur.

Yeməyi dəfələrlə qızdırmaq olarmı?

Əvvəlki gündən qalmış yeməklər zamanla yarışan bizlər üçün çox vaxt əlverişli ola bilər. Ancaq bəzi yeməklər yenidən qızdırılanda insan sağlamlığı üçün təhlükəli olur. Xüsusilə də saxlanma şəraiti düzgün olmayanda yemək qalıqları bir çox mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitə çevrilir. Soyuducuda yerləşdirilməzdən əvvəl bişirilmiş yeməklər otaq temperaturuna qədər soyudulmalıdır. İsti halda soyuducuya qoyulmuş qidalar rütubətin artmasına səbəb olduğundan onların tərkibində zərərli bakteriyaların çoxalması sürətlənir. Təzə bişmiş yeməklərdən fərqli olaraq, soyuducudan çıxmış yeməyi qızdırdığımız zaman dadındakı dəyişikliyin səbəbi məhz elə həmin mikroorqanizmlərdir. Bundan başqa, qidalar soyuducuda çarpaz çirklənməyə də məruz qala bilir. Bəzi qidalar nə qədər çox saxlanılarsa, tərkibində mövcud olan allergen xüsusiyyətli histaminin miqdarı bir o qədər artmış olur. Tərkibində histamin çox olan qidaların istehlakı başağrısı, nəfəsalma və həzm sistemi problemləri, eləcə də qaşıntı kimi simptomların əmələ gəlməsinə yol açır. Ona görə də boyatımaması üçün yeməkləri mütləq qədərində hazırlamaq lazımdır.

Hansı qidalar daha tez xarab olur?

Nə vaxt bişdiyini bilmədiyimiz yeməkləri yeməməliyik. Uzun müddət saxlandığı təqdirdə keyfiyyəti dəyişən qidalar arasında yumurta istifadə edilərək hazırlanan məhsullar (təbii ki, mayonez də) da var. El arasında belə bir fikir var ki, "boyat plov daha dadlıdır". Lakin boyat plovun yenidən isidilərək istehlak edilməsi də sağlamlıq üçün təhlükə yarada bilər.

Düyü bişirildikdə də onun tərkibində olan bakteriyalarının sağqalma ehtimalı yüksək olur. Plov düzgün bişirilmədikdə və ya saxlanmadıqda onun tərkibində olan bakteriyanın inkişafına əlverişli şərait yaranmış olur. İnkişaf edən bakteriyalar tərəfindən sintez olunan toksinlər nəticədə qida mənşəli xəstəliklərə, hətta qida zəhərlənməsinə səbəb olur. Əksər hallarda qoxlamaq və ya dadmaqla yeməklərin xarab olub-olmadığını müəyyənləşdirməyə çalışırıq. Lakin qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar qidanın qoxusunu və dadını korlamadan da çoxala bilir. Dəniz məhsulları, süd və süd məhsulları, tortlar və şirniyyatlar da qida zəhərlənməsinə səbəb olan mikroorqanizmlər və onların toksinlərinin daşıyıcısı sayılır. Ona görə də bu tip qidaların istehlakı zamanı daha diqqətli olmaq lazımdır.
Beləliklə, isidilərək yenidən istehlakı tövsiyə olunmayan qidalar:

Toyuq əti ya təzə bişmiş, ya da soyuq halda istehlak edilməlidir. Toyuqdan hazırlanmış yeməklərin yenidən isidilməsi zülal tərkibinin dəyişməsinə və həzm prosesinin pozulmasına gətirib çıxarır.

Yumurta qaynadılandan və ya müxtəlif üsullarla bişiriləndən sonra yenidən isidilərsə, qida zəhərlənməsinə səbəb ola bilər. Xüsusilə də tərkibində yumurta olan bir sıra sousların və ya yumurta ilə ədviyyatlı yeməklərin yenidən qızdırılması tövsiyə olunmur.

Göbələklər bişiriləndən sonra yenidən qızdırılanda qida dəyərini itirir və həzm sistemində problemlər yaradır. Göbələk bişiriləndən sonra soyuq şəkildə də istehlak edilə bilər.

Kartof da təzə bişmiş halda istehlak edilməlidir. Bişmiş kartof otaq temperaturunda uzun müddət saxlandıqda botulizm xəstəliyinə səbəb ola bilər.
İspanaq bişdikdən sonra dərhal istehlak edilməlidir, çünki yenidən isidiləndə ispanağın becərilməsində istifadə olunmuş nitrat qalıqları daha zəhərli maddə olan nitritlərə çevrilir.

Xüsusilə də uşaqlara ispanaqdan hazırlanmış yeməklər verilərkən daha diqqətli olmaq lazımdır.

Çuğundur və kərəvizin də bişirildikdən dərhal sonra istehlak edilməsi tövsiyə olunur.

Boyat qidalar kimi, elə boyat çayın da orqanizmə ziyanı var, çünki köhnə dəmlənmiş çay bütün faydalı xüsusiyyətlərini itirmiş olur. Dəmlənəndən sonra uzun müddət saxlanılmış çayın tərkibində bakteriya və göbələklər inkişaf edir. Bu da mədə turşuluğunun dəyişməsinə və ürək problemlərinə səbəb olur. Həmçinin boyat çayın istehlak edilməsi orqanizmdə su mübadiləsinə mənfi təsir edir və bu da bağırsaqların funksiyasının pozulmasına və qəbizliyə səbəb olur. Boyat çayın zərərlərindən biri də orqanizmdə dəmirin mənimsənilməsinin azalmasına, bu isə nəticədə orqanizmdə qanazlığı və qanazlığına bağlı digər xəstəliklərin yaranmasına aparıb çıxarır./milli.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see362

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see358

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see339

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see338

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see336

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see310

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see308

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see308

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see299

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see294

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see294

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see289

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see285

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see277

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see254

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see231

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see229

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see201

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri