Bir yaşlı Kamranın dəstəyə ehtiyacı var
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Bir yaşlı Kamranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Xədicə Həsənova məlumat verib.
O bildirib ki, övladı mayın 26-da ehtiyatsızlıq səbəbindən yanıb:
"Kamranın bir yaşı var. O, mayın 26-da, iməkləyərkən qaynar su qazanını üzərinə aşırıb. Həmin gün biz onu xəstəxanaya apardıq. Bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orada bir müddət müalicə alsaq da, hazırda evə çıxmışıq".
Gənc ana övladının sağalması üçün dəstəyə ehtiyaclarının olduğunu deyib:
"Kamranın sağalması üçün hazırda dərman və mazlara ehtiyacımız var. Bunun üçün isə bizim imkanımız yoxdur. Mazları və dərmanları almaq üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 837-62-60.
Bank Respublika: 4244 4848 4798 1648.
Baxış sayı:126
Bu xəbər 09 Mart 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















