Icma.az
close
up
RU
“Bir zəif cüssəli xanım Putinin Moldovada demokratik hakimiyyəti devirmək üçün xərclədiyi milyardları bir daha batırdı...”

“Bir zəif cüssəli xanım Putinin Moldovada demokratik hakimiyyəti devirmək üçün xərclədiyi milyardları bir daha batırdı...”

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Və əlbəttə, Moldovada demokratik qüvvələrin qələbəsi Ukrayna üçün böyük uğurdur...”

“Əlbəttə, elədir. Moldova Ukrayna üçün çox əhəmiyyətli bir dövlətdir. Ukrayna Avropanın 5 dövləti ilə həmsərhəddir: Polşa, Slovakiya,  Macarıstan, Moldova və Rumıniya... Bu mənada Moldova Ukraynanın kürəyidir... Slovakiya və Macarıstan hakimiyyətlərində isə müəyyən mənada rusbaş, yaxud ruspərəst adlandırıla biləcək qüvvələr var. Onlar Moskva ilə ilk baxışdan təbii qaz- yanacaq baxımından sıx əlaqədədirlər.  Ancaq bilirik ki, bu əlaqələr həm də daha genişmiqyaslı, qeyri-rəsmi cinayətkar şəbəkələr vasitəsilə qurulur. Məsələn, narkotrafikin inkişafı ilə əlaqədar məlumatlar da ortaya çıxıb. Çünki 90-cı illərin ikinci yarısında müharibə başlayandan sonra Balkanlarda və bu bölgələrdə narkotik ticarəti artıb. Və bu xüsusilə Rusiya ilə bağlıdır. Həmin narkotrafiklər  əsasən Macarıstan və Slovakiyadan keçir. Hətta Macarıstan baş naziri Viktor Orbanın ailəsinin üzvlərinin- qızının və kürəkəninin də bu işlərlə məşğul olması haqda Ukraynada çox ciddi məlumatlar mövcuddur. Bu mövzu ölkə mediası tərəfindən geniş şəkildə işıqlandırıldıqdan sonra Orban hökuməti Ukraynanın bəzi nəşr və qəzetlərinin yayımını dayandırdı. Ukrayna da ölkə ərazisində macarların böyük icmasının olmasından yararlanaraq separatçı çağırışlar edən bir sıra macar saytlarını bağladı.”

Kiyevdə yaşayıb fəaliyyət göstərən hərbi‑siyasi ekspert Elxan Nuriyev bu fikirləri Moderator.az əməkdaşının “Moldovada hazırkı prezident xanım Maya Sandunun komandasının növbəti dəfə parlament seçkilərində qalib gəlməsi Kremlin Moldova kimi Ukraynada da hakimiyyəti daxildən dəyişmə planlarının uğursuzluqla nəticələnəcəyinə inamı gücləndirirmi?” sualını cavablandırarkən dilə gətirib.

“Onu da deyim ki, xanım Sandunun qələbəsi özü üçün də bir qədər gözlənilməz idi. Çünki heç özü də belə bir nəticəyə - partiyasının 50, 2 faiz səs yığacağına və  təkbaşına parlamentə sahib olacağına inanmırdı.  Amma xanımın qalib gələcəyini hamı gözləyirdi. Və əlbəttə, Moldovada demokratik qüvvələrin qələbəsi Ukrayna üçün böyük uğurdur. Bu ölkə həm də Rusiyanın zəbt etməyə çalışdığı Odessa vilayəti ilə qonşudur. Dnestryanı bölgə amili var və s. Amma Putinin cəhdləri baş tutmadı və bir zəif cüssəli xanım bir daha onun Moldovada demokratik hakimiyyəti devirmək üçün xərclədiyi milyardları batırdı”, - deyə Elxan Nuriyev vurğulayıb.

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri