“Putini də bu cür qaçıra bilərlər” Kreml təbliğatçıları çaşqınlıq içində, Duqin xəbərdarlıq edir...
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin Venesueladakı sürətli əməliyyatı və nəticədə Prezident Nikolas Maduronun həbsi Kreml təbliğatçılarında heyrət və çaşqınlıq yaradıb. Demək olar, elə bir Kreml təbliğatçısı və “Z-bloqer” yoxdur ki, bu hadisənin Rusiyanın və Putin hakimiyyətinin maraqlarına təsirini şərh etməsin və müayisələr aparmasın. Onların bir çoxu Rusiyanın eyni əməliyyatı Kiyevdə keçirə bilməməsindən gileylənir və hətta Putini də Maduronun aqibəti gözləyə biləcəyinə işarə edirlər.
Vladimir Putinin ən “çılğın” tərəfdarı Marqarita Simonyan belə öz qısa paylaşımında Rusiyanın Ukraynadakı “SVO”-sunu nəzərdə tutaraq, Kremlin Venesuala əməliyyatına kənardan baxıb həsəd aparmaqdan başqa əlindən heç nə gəlmədiyinə eyham vurub.
Tanınmış “Z kanallar”dan olan “Voennıy osvidomitel” cəmi 30 dəqiqə davam edən və Maduronun tutularaq ölkədən çıxarılması üçün keçirilən MKİ əməliyyatını “Nümunəvi SVO” adlandırıb: "Onlar gəldilər, işlərini gördülər və getdilər".
Digər “Z kanal” - "Svodki Novorossii” isə daha “dərinə gedir”: "Amma Putini də bu cür qaçıra bilərlər".
Tanınmış "Dva mayora” kanalı ABŞ əməliyyatını "bacarıqlı, sürətli və effektli" adlandırır. Rusiyanı isə eyni əməliyyatı Kiyevdə keçirə bilmədiyi üçün ələ salır: "Böyük ehtimalla bizim SVO-muz da bu şəkildə düşünülmüşdü. Çətin ki, Gerasimov dörd il döyüşməyi planlaşdırırdı”.
Məşhur “Rıbar” “Z kanalı” yazıb: "ABŞ-nin etdiyi bəzi şeylər nümunəvi idi. 2022-ci ildə Rusiya ordusu da hava-desant qoşunlarından istifadə edərək Kiyevin “Qostomel” aerodromunu ələ keçirməyə cəhd etdi və sonra da eyni şəkildə Xersondakı Antonov körpüsü ilə Dnepr çayını keçdi. Lakin bu taktiki uğurlar strateji uğurlara çevrilmədi. Əgər biz amerikalılar kimi olmaq istəyiriksə, onda əvvəlcə nə istədiyimizi və əslində nəyə nail ola biləcəyimizi anlamalıyıq. Ayıq təhlil olmadan sağlam nəticələr olmayacaq və onlar olmadan eyni səhvlər baş verəcək".
Rusiyanın tanınmış “Z publisisti” Yeqor Xolmoqorov isə Maduroya qarşı hücumu Ukraynanın Putinə qarşı guya baş vermis dron hücumu ilə eyniləşdirib və qeyd edib ki, həm Zelenski, həm də Tramp suveren ölkələrin liderlərinə qarşı hücumlara qoyulan qadağanı demək olar ki, eyni vaxtda aradan qaldıra biliblər: “Zelenski bunu Yeni ildən bir az əvvəl Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına dron hücumu, Tramp isə dövlət çevrilişi etmək üçün xüsusi təyinatlılara Maduronu qaçırmağı əmr etməklə edib.
Müvafiq olaraq, ya Rusiya Zelenskini tez bir zamanda aradan qaldıracaq, ya da biz həqiqətən də ikiüzlü Trampın göstərişi ilə Putinə qarşı ov dövrünə qədəm qoyuruq”.

“Putinin filosofu” kimi təqdim edilən məşhur Aleksandr Duqinin də Venesuelada baş verənlərə münasibəti birmənalı olmayıb. Sətiraltı olaraq Kremli bacarıqsızlıqda qınayan Duqin qarşıda Rusiyanı da eyni təhlükə gözləyə biləcəyinə dair xəbərdarlıq edib: “Venesueladakı hadisələr Rusiya üçün kəskin və sərt bir çağırışdır. Bizim sadəcə olaraq bunu görməzdən gəlmək üçün tarixi haqqımız yoxdur. İdeoloji, geosiyasi və texnoloji proseslər bütün dünyada sürətlə inkişaf edir və bizdən indikindən xeyli dərəcdə artıq tez düşünməyi, tez hərəkət etməyi, kəskin qərarlar qəbul etməyi və tamamilə yeni bir dinamika qəbul etməyi tələb edir. Biz inteqral müharibə mərhələsinə qədəm qoymuşuq və bundan qaçmaq mümkün deyil.
Maduronun tutulması göstərir:
-Beynəlxalq hüquq artıq mövcud deyil; yalnız güc qanunları tətbiq olunur (kimin haqlı, kimin haqsız olduğu əhəmiyyətsizdir, yalnız kim güclüdür);
-biz sürətlə düşünməli və hərəkət etməliyik (adət etdiyimiz kimi deyil);
-Rusiya cəmiyyətinin hazırkı vəziyyəti kökündən, təxirə salınmadan və tamamilə fərqli bir sürətlə dəyişdirilməlidir;
İndi sürət və sədaqət amilləri ön plana çıxır. Ümumilikdə, biz məhz bu istiqamətdə irəliləyirik. Amma... qəbuledilməz dərəcədə yavaş bir sürətlə. Biz ləng hərəkət edirik, amma sürətli olmalıyıq. Biz hücum realizmini qəbul etməliyik.
Baxın: dost rejimlər və qüvvələr bir-birinin ardınca çökür. Əlbəttə ki, biz reaksiya veririk və qlobalizmin ümumi böhranından yararlanmağa çalışırıq, amma çox şeyi əldən veririk. Suriya, İran, Livan və indi də Venesueladakı hadisələrin təsdiqlədiyi kimi, son onilliklər ərzində Qərbin hər bir ölkənin ali rəhbərliyi daxilində casus şəbəkələri qurduğu tamamilə aydındır. Düşünürəm ki, hətta Çin də istisna deyil. Və lazımi anda onlar ali hakimiyyətə xəyanət etmək üçün aktivləşəcəklər. Belə bir şəbəkə Rusiyada da mövcud olmaya bilməz”.
Təbii ki, Kreml təbliğatçılarının giley dolu narahatlıqalrı və xəbərdarlıqalrı təsadüfi deyil. Putin başda olmaqla Rusiya hakimiyyəti Ukraynadakı müharibə ilə nə qədər yarıtmaz duruma və yaramaz mahiyyətə malik olduğunu göstərdi. Belə hakimiyyətlər isə xarici təsirlərə və daxildəki xəyanətlərə qarşı olduqca həssasdır...
Tarix müəyyən mənada təkrarlanlr. Venesuelaya qarşı bu əməliyyat, 1989-cu ildə ABŞ-nin Panamaya hücumunun ildönümündə baş tutdu. Həmin vaxt Panama diktatoru Manuel Noryeqa həbs olunmuşdu. Maduro kimi, o da narkotik qaçaqmalçılığında ittiham olunurdu. Noryeqa 20 il ABŞ həbsxanasında yatdı və sonra Fransaya ekstradisiya edildi. Bundan cəmi iki il sonra isə SSRİ dağıldı…
Cəlal Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 05 Yanvar 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















