Icma.az
close
up
RU
“Birbaşa dialoq bitdi, risk artdı” Ekspert

“Birbaşa dialoq bitdi, risk artdı” Ekspert

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Tural İsmayılov: “İran-ABŞ danışıqları böhranın idarəsindən dondurulma mərhələsinə keçib”“Səhv hesablamalar regional müharibəni alovlandıra bilər”

Dördtərəfli danışıqları dayandırmaqla bağlı qərarımızdan sonra ABŞ tərəfi ilə birbaşa dialoq aparılmayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə deyib ki, İran və ABŞ arasında iki vasitəçi ilə aparılan danışıqlar günortadan sonra saat 3-də başladı və təxminən saat yarım davam etdi:

“Belə qərara alındı ki, danışıqlar yarım saatlıq fasilə ilə yenidən başlasın. Elə bu fasilədə, ABŞ rəsmilərinin təhdid dolu bəyanatlarını eşitdik. Buna görə də, bundan sonra dördtərəfli dialoq baş tutmadı və danışıqlar vasitəçilər yolu ilə mesajların çatdırılması ilə davam etdi”.

Onun sözlərinə görə, İranın dördtərəfli danışıqları dayandırmaq qərarından sonra ABŞ-la heç bir birbaşa təmas baş tutmayıb.

Mövzunu şərh edən politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, İranın dördtərəfli danışıqları dayandırmaq və ABŞ ilə təmasları yalnız vasitəçilər üzərindən davam etdirmək qərarı, regional təhlükəsizlik memarlığı və qlobal nüvə diplomatiyası baxımından gərginliyin idarə olunması mərhələsindən, böhranın dondurulması mərhələsinə keçildiyini göstərir. Onun fikrincə bu addım ilk növbədə tərəflərin birbaşa dialoq vasitəsilə əldə edə biləcəyi çevikliyi minimuma endirir:

“Sülh prosesi və ya böhranın nizamlanması kontekstində yanaşsaq, vasitəçilərin (məsələn, Oman və ya İsveçrə) iştirakı ilə aparılan diplomatiya dialoqun tamamilə kəsilməsinin qarşısını alsa da, qərarların qəbulu mexanizmini xeyli ləngidir. Birbaşa təmasların olmaması böhran anlarında tərəflərin bir-birinin hərbi-siyasi gedişlərini və bəyanatlarını səhv şərh etməsi (miscalculation) riskini artırır ki, bu da hər hansı lokal insidentin regional qarşıdurmaya çevrilmə ehtimalını gücləndirir. Tərəflər arasında etimadın zəifləməsi diplomatik prosesin tamamilə dayanması riskini əhəmiyyətli dərəcədə artırır, lakin bu, əlaqələrin tamamilə qırılması demək deyil. Politoloji baxımdan mövcud vəziyyət prosesin bitməsindən daha çox, tərəflərin bir-birinə qarşı rıçaq toplamaq taktikasına əsaslanır. ABŞ-ın təhdid ritorikası daxili siyasi faktorlar və regional müttəfiqlərin təhlükəsizlik qayğıları ilə bağlı olduğu kimi, İranın da danışıqları dayandırması daxili auditoriyaya və regional asimetrik güc tərəfdaşlarına güclü iradə nümayiş etdirmək məqsədi daşıyır. Yaranmış etimadsızlıq mühiti diplomatik masanı formal xarakterli etsə də, vasitəçi kanalların açıq saxlanması həm Vaşinqtonun, həm də Tehranın nəzarətsiz gərginlikdən qaçmaq istədiyini göstərir. Nəticə etibarilə, diplomatiya tam dayanmayıb, sadəcə olaraq tərəflərin strateji şərtlərin (məsələn, sanksiyalar və ya regional qüvvələr nisbəti) öz xeyirlərinə dəyişəcəyi ana qədər taktiki gözləmə və təzyiq fazasına keçib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyun 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri