Icma.az
close
up
RU
Birdəfəlik qanun çıxsın ki, imkanı, evi, işi olmayanlar dünyaya ancaq bir uşaq gətirə bilər

Birdəfəlik qanun çıxsın ki, imkanı, evi, işi olmayanlar dünyaya ancaq bir uşaq gətirə bilər

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

"Hər gün bu qədər şadlıq sarayları, restoranlar, marketlər tikilir. Bizim cəmiyyətin dərdi sadəcə yemək-içməkdirmi? Bunların yerinə fabriklər, zavodlar tikilsə, özümüz xaricdən aldığımız məhsulları istehsal etsək, necə olar? İstedadlı xanımlarımız var, atelyelər açıb bacardıqları qədər nəsə etməyə çalışırlar. Türkiyədəki kimi öz brendlərimizi yaratsaq, öz istehsalımız olsa, nə pis olar ki?". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Qiymət artımına toxunan sənətçi müxtəlif sahələr üzrə mütəxəssis yetişdirməyə ehtiyac olduğunu qeyd edib:

"Televiziya və kino sahəsində dövlət hesabına gəncləri xaricdə təhsil almağa göndərib mütəxəssislər yetişdirsək, bundan kim nə itirər?

Dövlət hesabına rəqs, rəsm, şahmat və sair kimi yerlər açılsa, uşaqların məşğuliyyəti artsa, bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?

Monopoliya yoxdur deməklə deyil e... Hətta şou-biznesdə də monopoliya var. Eyni müğənnilər eyni şadlıq saraylarındakı bütün tədbirlərə yönəldilir. Toylarımızda da sanki dejavu yaşanır, yalnız bəy ilə gəlinin adı fərqli olur. Hamı elə bil sadəcə göstəriş üçün yaşayır.

Apteklərdə satılan dərmanların keyfiyyətsiz olduğunu bilirik. Keyfiyyətli dərmanları yalnız alman apteklərindən almaq mümkündür, onlar da varlılar üçündür – od qiymətinə satılır. Xaricdən gələn qohum və dostlarımız vasitəsilə dərman gətirtmək də olmur, çünki gömrük icazə vermir.

Torpaq alıb ev tikmək üçün icra hakimiyyətlərindən icazə almaq əsl zülmdür. Evlərin və torpağın qiyməti isə günü-gündən artır. Qalxa-qalxa qiymətlər hara çatmaq istəyir ki? Dollar da qalxsın, manatın dəyəri də get-gedə ölür onsuz da.

İctimai nəqliyyatdan varlılar istifadə etmir, kasıb cərimə ödəsin, kommunal ödəsin, ərzaq və dərmanı nəylə ödəsin bəs? Pulu necə qazansın yaşamaq üçün?

Birdəfəlik qanun çıxsın ki, imkanı, evi, işi olmayanlar dünyaya ancaq bir uşaq gətirə bilər. O bir uşağı böyütmək üçün də dövlət yardım etsin təhsilinə, həkiminə".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Yanvar 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see257

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see148

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Naringi yeyən qadın boğulub öldü

03 İyun 2025 17:36see114

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see111

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Bakı Sumqayıt qatarlarından istifadə edənlərin DİQQƏTİNƏ! KONKRET

03 İyun 2025 16:58see110

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see110

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see109

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri