Icma.az
close
up
RU
Biri var YAP çı deputatlar… İLQAR MƏMMƏDOVDAN VÜQAR BAYRAMOVA TİKANLI SÖZLƏR

Biri var YAP çı deputatlar… İLQAR MƏMMƏDOVDAN VÜQAR BAYRAMOVA TİKANLI SÖZLƏR

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir neçə gün əvvəl REAL Partiyasının sədri Natiq Cəfərli Azərbaycanı Ermənistan və Gürcüstanla müqayisə edərək bəzi gösəticilərdə bu ölkələrdən geri qaldığımızı yazmışdı.

O, bildirib ki, sosial xərclərdə Azərbaycan bu iki qonşu ölkədən geri qalır.

Buna cavab olaraq  deputat Vüqar Bayramov hökumətə yönəlik tənqid müəlliflərini “marginal qrup” adlandırmışdı.

Vüqar Bayramov deyib ki, Ermənistanın və Gürcüstanın sosial müdafiə xərcləri  4 dəfə azdır.

Gununsesi.info-nun xəbərinə görə, REAL-ın qurucusu  İlqar Məmmədov Vüqar Bayramovu  YAP-ın sözçüsü adlandırıb:

“Biri var YAP`çı deputatlar – onlar öz partiyasının yanlış xəttini bizdən qorumağa borcludurlar və buna çalışırlar. Anlaşılandır. Biri də var hakim partiyanın bizə qarşı ara-sıra istifadə etmək istədiyi  “müstəqil” deputatlar.

Bu günlərdə hökumət onlardan birini bizim əsaslı tənqidimizdən qorunmaq üçün çıxarıb istifadə eləməyə çalışdı. Biz deyəndə ki, Azərbaycanda maaşlar da qonşu Gürcüstan və Ermənistandan 20-25 faiz aşağıdır, əhalinin banklarda pulu da qonşulardakından 3 dəfə azdır hökumətin acığına gəlir. YAP özü dinə bilmir, bu müstəqilin dili ilə deyir ki, Ermənistanın və Gürcüstanın sosial müdafiə xərcləri bizdəkindən guya 4 dəfə azdır.

Bu, yalan və uydurmadırr, çünki bizim sosial müdafiə xərclərimizə hökumət, məsələn, müəllim və həkimlərin halalca maaşını da daxil edib. Yəni insanların əməyi əvəzində aldığı maaş Azərbaycanda dövlətin yardımı kimi təsvir olunub. Minnətə bax. Qonşularda təbii ki, bu cür xərclər ayrıdır, ona görə də həmin bu dırnaqarası müstəqil deputat malı-mala qatıb Azərbaycanı üstün göstərmək istəyirdi.

Ümumiyyətlə, müstəqil deputat nə deməkdir ki? Dürüst deputatın əksər hallarda partiya mənsubiyyəti olar. Avropanın 45 ölkəsində müstəqillər parlamentin ortalama 2 faizini təşkil edir. Yəni marjinal, kiçicik bir qrupdurlar. Azərbaycanda isə 35 faizsiniz e. Hamınız da YAP`ın qulluğunda. Kimi aldadırsınız? Bu rəqəm, bu 35 faiz özü-özülüyündə bir ifşa rəqəmidir. “Müstəqil” deyib özünüzü hamıdan düzgün adam göstərə bilməyəcəksiniz. YAP`ın yalanlarını “müstəqilik” adı ilə xalqa sata bilməyəcəksiniz. Respublikaçı Alternativ partiyası olaraq doğru fikri bu ölkədə biz söyləyirik, biz müdafiə edirik”.

Afət Abbasova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Noyabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri