Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Biri XİN də təcrübə keçir, digəri Əlcəzairdən gəlib: 100 tələbənin yaşadığı yataqxanadan VİDEOREPORTAJ/FOTO

Biri XİN də təcrübə keçir, digəri Əlcəzairdən gəlib: 100 tələbənin yaşadığı yataqxanadan VİDEOREPORTAJ/FOTO

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Teleqraf.com-un əməkdaşı 2 fevral Gənclər Günü ərəfəsində tələbələrin məskunlaşdığı yataqxanaya baş çəkib. Azərbaycan Dillər Universitetinin nəzdində Yasamalda rayonunda yerləşən 2 saylı Qızlar Yataqxanasından reportajı təqdim edirik:

Bizi yataqxananın komendantı İlqar Rəhimov qarşılayır. O, yataqxanadakı qaydalar, şərait, tələbələrlə bağlı ətraflı məlumat verir.

Onun sözlərinə görə, yataqxanada 100-ə yaxın tələbə yaşayır: “Siz bura dərs vaxtı gəlsəydiniz hər köşəsində tələbə görərdiniz, indi əksəriyyətinin imtahanları bitib, rayona – valideynlərinin yanına gediblər, bir neçə günə burdakılar da gedəcək".

Aylığı 30 manatdır, saat 22:00-dan sonra isə ...

Komendant deyir ki, yataqxananın qapısını səhər saat 6-da qapı açıb, axşam 10-da bağlayır.

"Axşam saat 10-dan sonra giriş-çıxışa məhdudiyyət var. Əsas diqqət etdiyimiz məqam tələbələrin təmizliyə, sakitliyə riayət etmələridir.

Otaqlarımız iki, üç və dörd nəfərlikdir. Aylıq ödəniş 30 manatdır. Yataqxananı hər şəraitlə təmin etməyə çalışmışıq. Böyük oxu zalımız var. Tələbələr orada dərslərini oxuyur, imtahana hazırlaşırlar. Oradakı internetin ödənişi universitet tərəfindən qarşılanır. Amma istəsəyə bağlı olaraq öz otağına internet çəkdirənlər də var"

Yataqxanaya kimlər qəbul olunur?

"Bəzi universitetlərin yataqxanası olmadığına görə bizdən xahiş edirlər ki, onların da tələbələrini bura yerləşdirək. Yataqxanada rayondan gələn tələbələr yaşayır. Şəhərdən gələnləri qəbul etmirik. Bunu dəqiqləşdirmək üçün lazım gələrsə qeydiyyatda olduqları ünvana gedirik, təhsil aldığı yerdən arayış tələb edirik”, - həmsöhbətim deyir.

“Onların pula ehtiyacı var”

İlqar bəyin sözlərinə görə, yataqxanada demək olar ki, kəsri olan tələbə yoxdur.

“Böyük əksəriyyəti əlaçı və zərbəçidir. İşləyənlər də var, onları da nəzərə alırıq. İşlədikləri yerlərdən arayış gətirdikdə saat 10-dan sonra yataqxanaya girməyə icazə veririk. Gəncdirlər, tələbədirlər onların pula ehtiyacı var. Elə tələbələrimiz var ki, imkanı aşağıdır. Ancaq savadlı, məsuliyyətli olduqları üçün işləyib, özlərini təmin edirlər. Ağıllı qızlarımız çoxdur".

“Qızlarımızın nazı ilə oynayırıq”

Həmsöhbətim deyir ki, yataqxanada iki xadimə, iki mühafizəçi, bir texniki işləri həll edən işçi çalışır. "Əlimizdən gələn şəraiti yaradırıq ki, narazılıq olmasın. Heç vaxt hansısa tələbənin qapısını axşam saat 9, 10 -da döymərəm. Bilirəm ki, dərsdən, işdən gəliblər, dincəlirlər. Necə deyərlər, qızlarımızın nazı ilə oynayırıq. Mən saat 8-in yarısından burada oluram. Səhər tələbələr dərsə gedəndə kimin nədən narazılığı var, öyrənib həll edirik. Bu yaxınlarda kombimiz xarab oldu, tez zamanda düzəltdirməyə çalışdıq. Bilirəm ki, cavandılar, soyuğa dözümləri yoxdur".

Yataqxanadakı tələbələrlə söhbətləşib, gələcəyə dair hansı planlarını, burada günlərinin necə keçdiyini öyrənməyə çalışdıq.

Kirayə ev, yoxsa yataqxana?

Bizimlə həmsöhbət olan Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi Sevinc Cəfərova həm oxuyub, həm işlədiyini deyir: “Neftçaladan gəlmişəm, burda ingilis dili tərcüməçiliyi üzrə təhsil alıram. İlk illər rəfiqələrimlə kirayədə qaldım. Birincisi qiymətləri çox yüksəkdir, ikincisi narazı qaldığım məqamlar çox idi. Kim evə hansı saatda istəyirdi gəlib-gedirdi, dostlarını çağırırdı, səliqə-səhman olmurdu… İşdən evə gec gəlirdim, hər yer dağınıq, səs-küy… Çox sıxılırdım. Bura elə deyil, təmizlik və sakitlik qaydalarına hamı riayət edir. Düzdür işlə, dərsi çatdırmaq çətindir, ancaq İlqar müəllim bu məsələdə mənə çox kömək olur. Otaq yoldaşım da işlədiyim üçün məni anlayışla qarşılayır, təmizlik işlərində bir-birimizə kömək edirik”.

"Özümüzə vaxt ayıra bilmirik"

Sevinc işlə bağlı qarşılaşdığı çətinliklərdən də danışır: “Gənclərə maraqlı olan işlər olsa daha yaxşı olar. Hara gedirik təcrübə tələb edirlər. Təqaüdlərdə artımlar olmur. Onun əksinə hər şeyin qiyməti qalxır. Universitetimizin yaratdığı imkanlar çox yaxşıdır. Mən həm işləyirəm, həm zərbəçi təqaüdü alıram. Yenə də maddi baxımdan çatdıra bilmirəm. Dərs və işdən özümüzə vaxt ayıra bilmirik”.

“Zərbəçiyəm, XİN-də təcrübə keçirəm”

ADU-nun Beynəlxalq Münasibətlər fakültəsinin dördüncü kurs tələbəsi Arzu Əzizova yataqxana həyatının maraqlı olduğunu deyir: “Bura Şəki rayonundan gəlmişəm. 4 ildir ki, burdayam. Qızlarla birgə qalmaq maraqlıdır. Hazırda həm oxuyur, həm də Xarici İşlər Nazirliyində təcrübə keçirəm. Zərbəçiyəm. Dərsdən sonra təcrübədə oluram. Otaq yoldaşlarımla tədbirlərə qatılırıq, gəzməyə gedirik. İndi imtahan vaxtıdır, əsas diqqətimiz ora yönəlib. İki imtahanım qalıb, digərlərindən A və B almışam. Hamısı bitəndən sonra yolum Şəkiyədir, qayıdandan sonra təcrübə dövrü başlayır”.

Yataqxanada bacısıyla birgə qalan Tərgül Məmmədxanova müəllimlərin işə qəbulu imtahanına hazırlaşır: “ADU-nun ingilis dili müəllimliyi ixtisasında təhsil alıram. İki ildir yataqxanadayam. Qəbələdən gələndə iki il müxtəlif yerlərdə kirayədə qaldım, sonra yataqxananı seçdim. Büdcəmizə görə çox qızla qalmalı olurduq. İnsanların fikirləri, adətləri fərqlidir. Yola getmək çətin idi, amma burada rahatam, üstəlik bacımla birgə qalıram. O da universitet tələbəsidir”.

Yataqxana çox köhnədir, ona görə də …

Tərgül yataqxanada narazı olduğu məqamlardan da danışıb: “Komendantımız və işçilərdən çox razıyam, gülərüz və səmimidirlər. Lakin yataqxana çox köhnədir. Tez-tez hər şey sıradan çıxır. İlqar bəy həmin dəqiqə düzəltməyə çalışır, ancaq yenə də problemlər yaranır. Bina köhnə olsa da çox təmizdir, biz də təmiz saxlamağa çalışırıq".

Deyir, indiki gənclər çox tənbəldir: "Hələ işləmirəm, xaricdə oxumaq üçün pul yığıram. Birinci kursdan bütün təcrübələrə gedirdim, böyük qruplar ailəsinə adminlik edirdim. Müxtəlif təşkilatlara müraciət etdim və öz üzərimdə işlədim. Müşahidələrimə əsasən deyə bilərəm ki, ölkədə gənclər üçün əsas problem iş tapmaq və təcrübə toplamaq deyil. Məncə, gənclər çox tənbəldirlər. Motivasiyaları yoxdur, düşünürlər ki, atdıqları addımlar uğursuz olacaq, risk etməyi sevmirlər. Ola bilər ki, mentalitetə görə özlərini çox sıxırlar”.

“Ailəm bura gəlməyimə ona görə razı oldu ki…”

Yataqxanada azərbaycanlı tələbələrlə yanaşı, əcnəbilər də yaşayır. Bura indiyə qədər bir çox ölkələrdən - Qazaxıstan, Türkmənistan, Pakistandan gələn tələbələrə məskən olub. Növbəti həmsöhbətim Azərbaycan Dillər Universitetinin əlcəzairli tələbəsi İnnas Lahegdir. Bu il onun Azərbaycanda son ilidir. Beləki, doktorantura təhsilini bitirib, ölkəsinə qayıdacaq.

“Bakalavr təhsilimi Əlcəzairdə almışam. Burada iki il magistraturanı oxuduqdan sonra, doktoranturaya qəbul oldum. Artıq dörd ildir... Azərbaycan təhlükəsiz ölkədir, insanlar bir-birinə hörmətlə yanaşırlar. Ailəm buna görə bura gəlməyimə razı oldu. Azərbaycanın çox dəstəkyönümlü təhsil sistemi var. Müəllimlərimi də çox sevirəm. Yeni başlayanlar üçün bura çox faydalıdır”- deyir İnnas.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 02 Fevral 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri