Icma.az
close
up
RU
Birinci qrup əlil TƏBİB i ittiham edir, qarşı tərəf isə... İMİŞLİ SAKİNİNİN AÇIQLAMASINA REAKSİYA

Birinci qrup əlil TƏBİB i ittiham edir, qarşı tərəf isə... İMİŞLİ SAKİNİNİN AÇIQLAMASINA REAKSİYA

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

İmişli rayon sakini, H.Cavid 14 ünvanında yaşayan 1- ci qrup əlil Zeynalova Gülarə Xankişi qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, TƏBİB tərəfindən verilməli olan dərmanları ala bilmir:

“Mən, 1-ci qrup əlil Zeynalova Gülarə Xankişi qızı, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, yataq xəstəsiyəm. TƏBİB tərəfindən verilməli olan dərmanları ala bilmirik. Bu vəziyyətlə tək mən qarşılaşmamışam. Xəstələrin hamısı eyni vəziyyyəti yaşayır. 4 manat 50 qəpik olan dərmanlar təklif edilir. Amma qiyməti baha olan, keyfiyyəti də yaxşı olan “Epinexx", "Kalimin 60 H", "İmuran” kimi dərmanları vermirlər.

Keyfiyyətsiz dərmanları qəbul etdikdə halım pisləşir, özümə gəlməkdə çətinlik çəkirəm. Ölməmək üçün istifadə etdiyim dərmanların əvəzediciləri məni, əksinə, ölümə yaxınlaşdırır. Xahiş edirəm işıqlandırın, bəlkə biz xəstələrə yardım edilər".

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əlaqə saxladıq. Qurumdan bildirdilər ki, əlillik dərəcəsi təyin edilən və nevroloji xəstəliklərdən əziyyət çəkən imtiyazlı şəxslərə verilən dərman vasitələrinin təminatında problem müşahidə edilmir: "Belə ki, İmişli Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olan imtiyazlı qrupdan olan şəxslərin dərman vasitələri tələbnamə əsasında tibb müəssisəsinə göndərilir və vətəndaşların dərman vasitələrilə təmin edilməsi həyata keçirilir.

Dərman vasitələrinin satın alınması yalnız beynəlxalq adlar əsasında həyata keçirilir. Vətəndaş tərəfindən sözügedən dərman preparatının “Kalimin 60 H” adı altında verilməsini tələb edir. Lakin bildirmək lazımdır ki, tələb edilən dərman vasitəsi “Piridostiqmin bromide” beynəlxalq adı ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Aptek bölməsində var və təminatı həyata keçirilir.  

“Epinex” adlı dərman vasitəsi isə qısa müddətdə tibb müəssisəsinə göndəriləcək və vətəndaşların dərmanla təmin edilməsi həyata keçiriləcək.

Qeyd edək ki, “Imuran” preparatının ölkə üzrə dövlət qeydiyyatı olmadığı üçün satın alınması həyata keçirilmir".

Jalə FAMİLQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 May 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri