Icma.az
close
up
RU
“Rus generalı haqlıdır, Rusiya müharibəni uduzub” ƏLİ MUSTAFADAN VLADİMİR ÇİRKİNİN AÇIQLAMASINA REAKSİYA

“Rus generalı haqlıdır, Rusiya müharibəni uduzub” ƏLİ MUSTAFADAN VLADİMİR ÇİRKİNİN AÇIQLAMASINA REAKSİYA

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya quru qoşunlarının keçmiş baş komandanı Vladimir Çirkin ötən həftə mətbuata açıqlamasında Kremlin Ukraynaya müdaxilə strategiyasının uğursuzluğunu etiraf etdi. O, belə bir fikir səsləndirdi ki, Rusiya kəşfiyyatı ukraynalıların 70%-nin Kremli dəstəkləyəcəyini, yalnız 30% əhalinin müdaxiləyə qarşı olacağından əminliyini bildirmişdi. Amma nəticə fərqli olub, çünki ukraynalılar əksəriyyətlə Rusiya müdaxiləsinə qarşı çıxdılar.

Bu sözlər gerçəkliyi əks etdirirsə, ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yumşaq davranması necə yozula bilər? Politoloq Əli Mustafa bu haqda saytımıza açıqlamasında bildirdi ki, hazırda Trampın nə istədiyini müəyyənləşdirmək çox da sadə deyil:

“Bu dəqiqə bütün dünyanın strateqləri, ekspertləri o məsələ üzərində baş sındırırlar ki, Tramp nə istəyir, Rusiyanı doğrudan müdafiə etmək istəyir, yoxsa hər iki tərəfi məcbur etmək istəyir ki, sülh sazişi imzalansın?!

Konkret olaraq rus generalının açıqlamasına gəldikdə, zatən Rusiya generalları, gerçək generallardan söhbət gedir, məsələn İvaşov, savaş başlayandan  dəfələrlə bu səpgidə bəyanatlar veriblər ki, Ukraynaya hücum səhv addımdır və bu Rusiyanı strateji məğlubiyyətə aparacaq. Ən azı, iki sadə xalqı vuruşdurmaq, düşmən etmək - Rusiya üçün bundan böyük zərər ola bilməzdi. Artıq Rusiyanın hərbi siyasi rəhbərliyi bu qərarı verdi. Bundan başqa, hadisələrdən keçən 4 il onu göstərdi ki, Rusiya bu müddətdə Ukraynanı tuta bilmədi. Deməli, “Ukrayna xalqı gül-çiçəklə qarşılayacaq” kimi kəşfiyyat məlumatları da baş vermədi. Bu rəyi hazırlayıb, siyasi rəhbərliyə verənlər məsuliyyət daşıyırlar. Aydınlaşdırılmalıdır ki, onlar niyə aldadıblar, bu işləri görüblər.

Təbii ki, bu, Rusiyanın daxili məsələsidir. Amma anlaşılan odur ki, Ukrayna rus qoşununu heç də gül-çiçəklə qarşılamadı, əksinə top-tüfənglə qarşıladı. Bu günə qədər də savaşır. Hətta Ukraynayada yaşayan ruslar belə, Rusiyanın bu təcavüzünü qınayır, onu bəyənmirlər. Onların da böyük hissəsi Rusiyaya qarşı savaşır.

Mən də generalın o fikriylə razıyam ki, Rusiya rəhbərliyi aldadıldı, Ukrayna xalqının 70 % -i yox, heç 15 faizi də rusların oraya gəlməsinə, yenidən işğal etməsinə razı olmadı. Bu gerçəklik doğrudur”.

Rus generalın ölkəsinin uduzduğu haqda fikirlərə gəldikdə, Əli Mustafa onun da fərqli düşünmədiyini bildirdi: “Generalın Rusiya uduzub deməsinə gəldikdə, gözəl, mən də belə düşünürəm. Çünki ən azı 4 il Ukrayna xalqının müqavimət göstərməsi, son bir iki ildə demək olar ki, rusların heç bir faiz ərazi tuta bilməməsi bunu göstərir. Təbii ki, tutduqları ərazini də dağıdırlar, viran qoyurlar, yaşanmaz hala gətirirlər. Artıq orada şəhərdən söhbət getmir. Ermənilər necə ki, Qarabağı viran edirblər, daşları, torpağı gəmiriblər, eyni şeyləri də ruslar orada edir. Bu, Rusiyaya bir şey vəd etmir. Həm də, açığı, Rusiyanın kifayət qədər böyük itkiləri var - nüfuzunu itirib, təcrid olunur, sanksiyalar tətbiq olunub, beynəlxalq cinayət məhkəməsi Rusiya przidentinə qarşı cinayət işi açıb və s. Aydın məsələdir ki, silah-sursatının, texnikasının əhəmiyyətli bir hissəsini orada itirib. Ukrayna xalqı da dirənib, mübarizə aparır. Ona görə general haqlıdır, Rusiya bu savaşda böyük strateji səhvə yol verib, indi də onun acısını çəkir.

Hətta savaş indi dayansa belə, uzun illər Rusiya özünə gələ bilməyəcək. Savaş dayansa da, yəqin ki, sanksiyalar uzun müddət davam edəcək. Üstəlik, o da bilirik ki, Avropa ölkələri Rusiyayla ciddi şəkildə savaşa hazırlaşır. Yəni Rusiya Ukrayna savaşı ilə sanki bütün dünyanı tətiklədi, NATO-nu tətiklədi. Bir vaxtlar ümumdaxili məhsulunun heç 2%-ni NATO-ya verməyən Avropa ölkələri indi 5%-i dinməz-söyləməz verirlər. İndi hamı silahlanır, hərbi sənaye kompleksi qurur, fabrik-zavod tikir, silah-sursat istehsal edir. Nəzərə alsaq ki, bunların meydana çıxmasında Rusiyanın təsiri var. Rusiyanın atdığı bu addım bölgə üçün də, özü üçün də çox böyük faciələr gətirən addımdır. Post-sovet məkanında da heç kim bundan məmnun deyil.

Trampa gəldikdə, iki yanaşma var. Birincisi, Tramp tərəflərə basqı göstərib, sülh sazişinin imzalanmasını istəyir. Amma belə bir yanaşma da var ki, Tramp Rusiyanın zəifləməsini, uduzmasını istəmir. İlk fürsətdə Rusiyanın əlindən tutur, qaldırır. Bir başqa yanaşma da var ki, Tramp əslində işin daha çox kommersiya tərəfini düşünür. O düşünür ki, Rusiya zəngin ölkədir, böyük neft-qaz ehtiyatları var, faydalı qazıntıları var, çalışır ki, bu savaşı həm dayandırsın, həm də Rusiyanın zənginliklərindən Amerika şirkətlərinin faydalanmasını təmin etsin. Ona görə, Tramp bəzən sanki Rusiyaya dəstək verirmiş, Rusiyayönümlü kimi görünür. Amma başqa mülahizə də var ki, Rusiyanı yanına çəkmək üçün dəstəktəkləmək istəyir.

Hər halda gerçəklik ondan ibarətdir ki, zaman-zaman biz Trampın Ukraynaya təzyiqlərini görürük. Son günlərdə də belə bir qəbul etdi ki, Ukraynaya hərbi yardım dayandırılsın. Açığı, bu da nə Avropada, nə Ukraynada, hətta heç Amerikanın öz içində belə yaxşı qarşılanmır. Son günlər Los-Ancelesdə böyük bir etiraz mitinqi var idi, Konqresdə də etirazlar var, narazılıqlar var. Ümumiyyətlə, Amerika cəmiyyətinin böyük çoxluğu Ukraynanı dəstəkləyir. Ukraynanın müdafiəsini özlərinin müdafiəsi sayırlar. Bu addımları atmaq Tramp üçün də böyük risklər vəd edir. Hazırda Trampın impiçment məsələsi, başqa məsələlər gündəmə gəlib. Xüsusilə son günlər stenoqramların “Bloomberq”də yayılması, Vitkovla bağlı çox ciddi narazılıqlar var. Bunlar sadə məsələ deyil. Savaş davam edir, Avropa Ukraynanı dəstələyir, NATO dövlətləri XİN başçıları toplanmışdılar, ABŞ moderator kimi neytral olmağa çalışır, amma bu bəzən Rusiyayönümlü kimi görünür. Bu da beynəlxalq ictimaiyyət tərəfindən qınanır”.

Ülviyyə ŞÜKÜROVA

Share

Tweet

Email

Share

Share

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Dekabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2017

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see195

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see167

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see143

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see137

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see126

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see126

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see126

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see123

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see123

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri