Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Статья не опубликована
Birinci Sinfə Qəbul

Birinci Sinfə Qəbul

Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.

Məktəb həyatı insanın həyat yolunda atdığı ən önəmli addımlardan biridir. Birinci sinfə qəbul prosesi isə bu yolun başlanğıcında uşaqların və valideynlərin qarşılaşdığı ilk böyük təcrübədir. Ölkəmizdə birinci sinfə qəbulun elektron sistemlə təşkili və müasir idarəetmə yanaşmaları ilə tənzimlənməsi həm təhsil sahəsində çalışan mütəxəssislər, həm də valideynlər üçün əhəmiyyətli və zamanın tələbinə uyğun bir yenilik kimi çıxış edir.

Uşaqlarının gələcəyi üçün məktəb seçən valideynlər üçün əlçatanlıq ən əsas meyarlardan biridir. Azərbaycanda tətbiq olunan elektron qeydiyyat sistemi bu ehtiyacı uğurla qarşılayır. Hər bir valideyn yaşadığı yerdən asılı olmayaraq, onlayn platforma vasitəsilə məktəb seçimi və qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilir. Bununla yanaşı, elektron əsaslı qəbul prosesi insan faktorundan doğan subyektivliyi aradan qaldıraraq tam obyektiv yanaşmanı təmin edir. Seçim prosesi daha şəffaf və izlənəbilən olur ki, bu da təhsilə olan ictimai inamı artırır.
Dünya təcrübəsi də bu istiqamətdə oxşar yanaşmaların effektivliyini göstərir. Məsələn, Sinqapurda məktəbə qəbul tam elektronlaşdırılıb və evə yaxın məktəblərə yerləşdirilməyə üstünlük verilir. Finlandiyada isə valideynlər onlayn platformalar vasitəsilə məktəblər haqqında geniş məlumat əldə edərək, daha məlumatlı və şüurlu seçimlər edə bilirlər.

Məktəblərdə tədrisin müxtəlif dillərdə aparıldığı bölmələrə qəbul zamanı uşaqların həmin bölmələrə uyğunluğunu müəyyənləşdirmək üçün təşkil olunan müsahibələr də prosesin mühüm bir hissəsidir. Azərbaycanda tətbiq olunan bu sistem, uşaqların dil bacarıqlarını obyektiv şəkildə qiymətləndirmək və onların uyğun təhsil mühitinə yönləndirilməsini təmin etmək məqsədi daşıyır. Bu yanaşma uşağın təhsil həyatına daha uğurlu bir başlanğıc etməsinə imkan yaradır. Bu sahədə də beynəlxalq təcrübə maraqlıdır: Kanadada fransız və ingilis bölmələrinə qəbul zamanı uşaqların dil bilikləri xüsusi testlərlə qiymətləndirilir, İsveçrədə isə çoxdilli bölgələrdə uşaqların dil bacarıqlarına uyğun məktəblərə yönləndirilməsi praktika olunur.

Böyük şəhərlərdə və yaşayış sıxlığı yüksək olan bölgələrdə məktəblərə süni şagird axınının qarşısını almaq məqsədilə ərazi prinsipi tətbiq edilir. Azərbaycanda da bu prinsip valideynlərin evə yaxın məktəb seçimini asanlaşdırmaqla yanaşı, məktəblər arasında balansı qorumağa xidmət edir. Bu, uşaqlar üçün həm logistika baxımından rahatlıq yaradır, həm də məktəblərdəki təhsil keyfiyyətinin ümumi səviyyədə qorunmasına kömək edir. Qlobal yanaşmalara baxdıqda isə görürük ki, Avstraliyada dövlət məktəblərinə qəbulda “catchment area” (ərazi bölgüsü) prinsipi tətbiq edilir və şagirdlər əsasən yaşadıqları bölgəyə uyğun məktəblərə yerləşdirilirlər. Almaniyada da uşaqlar yaşadıqları əraziyə ən yaxın məktəbdə təhsil alırlar və bununla təhsil imkanlarında bərabərlik təmin edilir.

Elektron qeydiyyat sisteminin tətbiqi isə yalnız texnoloji yenilik deyil, həm də dövlət-vətəndaş münasibətlərində keyfiyyətli xidmət anlayışının göstəricisidir. Elektron sistemlər valideynlərə vaxt qazandırır, müraciətləri sadələşdirir və cavabların çevik verilməsini təmin edir. Bu yanaşma vətəndaş məmnuniyyətinin artmasına birbaşa təsir edir. Məsələn, Estoniyada dövlət xidmətləri, o cümlədən məktəbə qəbul prosesi tam elektronlaşdırılıb və bu ölkə Avropada vətəndaş məmnuniyyəti səviyyəsinə görə ilk sıralarda yer alır. Norveçdə valideynlər elektron sistemlər vasitəsilə təkcə qeydiyyat deyil, məktəblərin təhsil nəticələri və digər vacib məlumatlar barədə də real vaxtda məlumat ala bilirlər.

Bütün bu yanaşmalar göstərir ki, birinci sinfə elektron qəbul sistemi uşaqların təhsil həyatına ədalətli, bərabər, şəffaf və rahat bir başlanğıc verən çox mühüm bir islahatdır. Dünya təcrübəsi təsdiq edir ki, elektronlaşma, ərazi prinsipi və obyektiv seçim mexanizmləri təhsildə keyfiyyəti artırmaq və cəmiyyətin rifahını gücləndirmək üçün ən təsirli vasitələrdəndir. Azərbaycanın bu sahədə atdığı addımlar beynəlxalq tendensiyalarla ayaqlaşmaqla yanaşı, gələcək nəsillərin daha yaxşı təhsil almasına, cəmiyyətimizin daha savadlı, sağlam və güclü formalaşmasına zəmin yaradır.

Çünki təhsil gələcəkdir.

Günay ƏKBƏROVA,

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 18 Aprel 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see342

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see331

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see318

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see315

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see303

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see295

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see275

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see275

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see270

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see268

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see267

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see263

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see261

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see257

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see254

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see235

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see222

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see217

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri