Icma.az
close
up
RU
Birinci tur başa çatdı...

Birinci tur başa çatdı...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Fransada martın 22-də bələdiyyə seçkilərinin ikinci turu keçiriləcək

Fransa Daxili İşlər Nazirliyi martın 15-də ölkə üzrə keçirilən bələdiyyə seçkilərinin birinci turunun yekun nəticələrini açıqlayıb. “La France Insoumise” qəzetinin məlumatına görə, Parisdə gedən “mübarizədə” solçu sosialist namizəd Emmanuel Qrequar səslərin 38 faizini, Respublikaçılar Partiyasının namizədi Raşida Datin isə 25,46 faizini toplayıb. Digər namizədlər Sofiya Çikiro, Pyer-İv Burnazel, ultra-mühafizəkar Rekonket partiyasından Sara Knafo isə daha az səs toplayıblar.

Marseldə də sol təmayüllü partiya öndə olub. Belə ki, solçu mer Benua Payan cüzi üstünlüklə Milli Assambleyadan olan rəqibinə qalib gəlib - səslərin faizi müvafiq olaraq 36,7 və 35,02 faiz olub. Respublikaçılar Partiyasının namizədi Martin Vassal 22,41 faiz, “Əyilməz Fransa” partiyasından Sebastyan Deloqu isə 11,94 faiz səs yığıb. Lionda istefa verən ekoloq mer Qreqori Duses 37,36 faiz səslə seçkidə liderlik edib. Ardınca radikal sağçı namizəd Jan -Mişel Aulas 36,78 faiz səslə ikinci olub. Fransa Tabesiz Partiyasının namizədi Anais Belouassa - Şerif 10,41 faiz səs toplaya bilib. Tuluzada da sağçı namizəd açıq şəkildə liderlik edib - Jan -Lyuk Mudenks səslərin 37,23 faizini yığa bilib. Solçuların dəstəklədiyi Fransua Pikemal isə 27,56 faiz səslə ikinci olub.

Bələdiyyələr necə seçilir?

Qeyd edək ki, 35 min bələdiyyə üzrə 48,7 milyon seçici səsverməyə hüququna malik olub. Fransa yerli seçkilər iki turlu seçki sisteminə əsaslanır. Əgər heç bir namizəd birinci turda mütləq səs çoxluğu qazana bilməsə, növbəti bazar günü ikinci tur keçirilir. Ən azı 10 faiz səs toplayan namizədlərin yarışda qalmasına icazə verilir - buna baxmayaraq 10 faizdən az səs toplayan namizədlərin digər həmkarlarını dəstəkləməsi də müşahidə olunur.

Fransada bələdiyyə seçkilərində bələdiyyə şuralarının üzvləri - bələdiyyə məclis üzvləri seçilir. Bu məclis üzvləri daha sonra öz sıralarından bələdiyyə şurasına rəhbərlik edən meri, eləcə də onun müavinlərini seçirlər. Məclis üzvləri, mer və müavinlər altı illik müddətə xidmət edirlər. 2014-cü ildən bəri əhalisi 1000 nəfərdən çox olan bələdiyyələr birbaşa seçki sistemini tətbiq ediblər. Nəticədə, Fransada seçicilərin 80 faizindən çoxu eyni vaxtda təkcə bələdiyyə şuralarına deyil, həm də bələdiyyələrarası idarəetmə orqanlarına nümayəndələr seçir. Bu məqsədlə seçki bülletenində ikili namizəd siyahısından istifadə olunur.

Əməkdaşlıq perspektivləri...

Siyasi ekspertlər martın 22-də ikinci turu keçiriləcək bələdiyyə seçkilərini 2027-ci ilin aprelinə planlaşdırılan prezident seçkiləri üçün vacib “barometr” sayır. Nəticələrin gözlənilməzliyi isə bir çox amillərə bağlanır - ilk növbədə, ölkə sakinlərinin son dövrlərdə baş verən siyasi təlatümlərdən yorulması göstərilir. Bu mənada ikinci tur öncəsi gərgin danışıqların və ittifaqların gedəcəyi proqnozlaşdırılır. Siyasi partiyaların ittifaqlar barədə razılığa gəlmək və yekun namizəd siyahılarını yerli hakimiyyət orqanlarına təqdim etmək üçün 48 saatı var - son tarix çərşənbə axşamı, saat 18:00-dır. Seçkinin nəticələri ilə bağlı isə artıq bəzi liderlər mövqelərini açıqlayıb. Milli Birliyin lideri Jordan Bardella solçuların dəstəklədiyi namizədlərə qarşı “əsl sağçı siyahılar” hazırlamaq üçün əməkdaşlığa çağırış edib. Sosialist lider Olivye For Sosialist Partiyası ilə France Insoumise arasında milli ittifaqın mümkünlüyünü istisna etməyib. France Insoumise-in milli koordinatoru Manuel Bompard isə ifrat sağçıların qalib gəlmək şansının olduğu seçkilərdə “antifaşist cəbhəsi”nin yaradılmasını istəyib.

Gələcək üçün “imtahan”...

Bu arada, Prezident Emmanuel Makronun Dirçəliş partiyasının baş katibi Qabriel Attal nə ifrat sağçıları, nə də radikal solçuları dəstəkləməyəcəyini bəyan edib. Nəzərə alsaq ki, 2027-ci il seçkilərində Emmanuel Makron namizəd kimi iştirak edə bilməyəcək, bu seçkinin də nəticələri Milli Birlik partiyasının hakimiyyətə gəlmək şansının böyük olduğunu göstərir. “Le Monde” qəzetinin yanvar ayında dərc etdiyi ictimai rəy sorğusuna görə, fransızların təxminən 42 faizi Milli Birlik Partiyasının ideyalarını dəstəkləyib.

“Le Monde” yazır ki, bu seçki siyasi qüvvələr üçün ictimai dəstəyi qiymətləndirmək, ittifaqları sınaqdan keçirmək və imiclərini cilalamaq üçün bir fürsətdir.

Ekspertlərin fikrincə, Bordo, Qrenobl, Lil, Monpelye, Nant, Renn, Strasburq və Tuluza kimi şəhərlərdə Sosialist-Yaşıl blokunun qalib gəlmək şansı yüksəkdir, Lion, Nitsa və Tulonda isə sağçıların mövqeyi daha güclüdür. Paris, Marsel və Havrda ciddi mübarizə gedəcək - birinci turun nəticələri də bunu təsdiqləyir. “Politico” isə yazır ki, Fransadakı bələdiyyə seçkiləri bütün Avropa üçün rəmzi məna daşıya bilər.

SADİQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Mart 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri