Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Nicat Kazımov oğluna toy etdi Video

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Nəcibənin toyudur Fotolar

Birinci Türkoloji Qurultayın 100 illiyi: Azərbaycan türkologiyasının tarixi və müasir çağırışları

Birinci Türkoloji Qurultayın 100 illiyi: Azərbaycan türkologiyasının tarixi və müasir çağırışları

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 noyabr, Sevda Cəfərova, AZƏRTAC

1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayla bağlı silsilə yazılar davam etdirilir.

Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi Pərvin Eyvazov AZƏRTAC-a müsahibəsində Birinci Türkoloji Qurultayın Azərbaycanda türkoloji düşüncənin inkişafına təsirindən və müasir çağırışlardan danışıb.

Müsahibimiz bildirib ki, XX yüzilliyin əvvəllərində türk coğrafiyasında, o cümlədən Azərbaycanda baş verən milli-ideoloji oyanış ədəbiyyatın, mədəniyyətin və humanitar elmlərin müxtəlif sahələrində olduğu kimi, türkoloji araşdırmalara da əsaslı şəkildə təsir göstərdi, yaranmış əlverişli tarixi-siyasi şərait və elmi-mədəni mühit nəticəsində ölkəmiz aparıcı türkoloji mərkəzə çevrildi. Xalqı milli oyanışa səsləyən, türkçülük məfkurəsini təbliğ edən ədəbi-bədii əsərlərin və mədəniyyət nümunələrinin yaranması ilə yanaşı, türklərin mənşəyini, tarixi-siyasi və dil birliyini, ümumən etnik-mənəvi bütövlüyünü əks etdirən elmi-publisistik yazıların dövri mətbuatda kütləvi şəkildə yer alması türkologiyanı elmi sahəsi kimi formalaşdırmağa başladı. Türkçülük ideologiyasının təsiri ilə təşəkkül tapmağa başlayan Azərbaycan türkologiyası qısa zamanda elmi vüsətini genişləndirərək sanballı tədqiqatlar nəticəsində öz istiqamət və hədəflərini müəyyənləşdirdi. Bu baxımdan 1926-cı ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi, burada müzakirə edilən və türk xalqlarının müqəddəratını müəyyənləşdirən taleyüklü məsələlər Azərbaycanı aparıcı türkoloji mərkəz kimi xarakterizə edən mühüm tarixi faktdır. Türk dünyasının dörd dahi dilçisindən biri olan professor Bəkir Çobanzadənin Bakıya gəlişi, burada elmi və ictimai fəaliyyəti Azərbaycan türkologiyasını təkcə elm sahəsi kimi deyil, həm də ideoloji düşüncənin mühüm təbliğat istiqaməti kimi önə çəkdi. Birinci Türkoloji Qurultay məhz belə bir ictimai-siyasi və mədəni şəraitdə baş tutdu və Türk dünyasının şanlı səhifəsi kimi tarixin yaddaşına əbədi həkk oldu. Bu baxımdan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 oktyabr tarixli Sərəncamı ilə bu əlamətdar tarixi hadisənin qeyd olunması türk dövlətləri arasında siyasi-mənəvi bağların daha da möhkəmləndiyi, o cümlədən 2020-ci ildə əldə olunmuş tarixi Zəfərlə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edildiyi bir dövrdə Türk dünyasının birliyinə böyük çağırışın növbəti təzahürüdür.

Onun sözlərinə görə, Birinci Türkoloji Qurultayda türkoloji dilçilik sahəsində irəli sürülən təkliflər, xüsusilə elmi əhəmiyyət kəsb edən məsələlərin - türk dillərinin yaxın qohumluğu, Altay dillərinin qohumluğu, qədim türk dillərinin öyrənilməsi, türkologiyanın tarixi və müasir vəziyyəti, əlifba, orfoqrafiya, terminologiya, ümumtürk ədəbi dili və türk dillərinin tədrisi metodikası, demək olar ki, ötən dövr ərzində müzakirə olunub, təhlil edilib və araşdırılıb.

“Şübhəsiz ki, qurultayda səsləndirilən bu problemlərə müasir yanaşma məzmun və istiqamətinə görə o dövrün reallıqlarından fərqlənəcək. Həmin dövrə görə bu məsələlər tamam başqa cür aktuallıq kəsb edirdi, bu gün isə məsələlərə yanaşma fərqlidir. Həmçinin müzakirəyə çıxarılmış elə məsələlər var ki, onlar sırf elmi-tədqiqat xarakterlidir, elələri də var ki, siyasi-mədəni xarakter daşıyır. Məsələn, ortaq türk dili məsələsi təkcə türkologiya elminin predmeti deyil, bu həm də siyasi qərardır. Burada ortaq türk dili və ortaq ünsiyyət dili anlayışları da mütləq fərqləndirilməli və bununla bağlı qərar yüksək dairələr səviyyəsində qəbul edilməlidir.

Əlifba məsələsi də bu baxımdan həssas mövzulardan biridir və qurultayda müzakirə olunan bu məsələ ilə bağlı yaxın dönəmdə qəbul edilən qərarlar da sevindiricidir. Ancaq türk dillərinin tədqiqi və tədrisi ilə bağlı qurultayda qeyd olunan ayrı-ayrı məqamlar bu gün də türk dilçiliyi üçün əsas istinad mənbələrindən biridir. Həm də qurultayda qoyulan məsələlər və onlarla bağlı edilən məruzələr dövrün elmi-mədəni mənzərəsi baxımından daha çox Türk dünyası üçün qlobal xarakter daşıyan məqamları əhatə edir. Məsələn, ayrı-ayrı türk dillərinin akademik qrammatikalarının yazılması, müqayisəli tədqiqatların aparılması, türkdilli lüğətlərin hazırlanması, dilçilik coğrafiyası baxımından türk dilləri və onların şivələrinin öyrənilməsi, qədim türk dillərinin tədqiqat istiqamətlərinin genişləndirilməsi, tədris məsələləri o dövr üçün daha böyük miqyasda aktuallıq kəsb edirdi. Bu gün isə həmin məsələlər ayrı-ayrı türk dövlətlərində və xalqlarında fərqli şəkildə müzakirə oluna bilər. Elə türk xalqları var ki, bu məsələlərin hamısı indi də onların üçün aktualdır, elə türk xalqları var ki, bu gün həmin istiqamətlərlə bağlı çoxsaylı tədqiqatlar aparılıb, ancaq həmin genişmiqyaslı araşdırmalar ortaya yeni istiqamətlər və yanaşmalar qoyur və tədqiqat zərurəti yaradır. Bu baxımdan günümüzdə beynəlxalq miqyasda aparılan türkoloji tədqiqatlar üçün Birinci Türkoloji Qurultayın materialları aparıcı mənbə kimi öz aktuallığını qoruyub saxlayır, türk dilçiliyinə dair əsərlərdə həmin məruzələrinin materiallarına tez-tez istinad olunur”, - deyə müsahibimiz əlavə edib.

P.Eyvazov vurğulayıb ki, qurultayda səsləndirilən bu məsələlərin arxasında dünya miqyaslı görkəmli türkoloqların təklifləri və görüşləri dayanır və onlar bu gün də elmi araşdırmalarda yeni istiqamətlər üzrə öz aktuallığını itirməyib: “Düşünürəm ki, Azərbaycanda Qurultayın 100 illik yubileyinin keçirilməsi bir sıra istiqamətlərdə yeni üfüqlər açması baxımından ümidvericidir. Çünki elə məsələlər və istiqamətlər var ki, onlar Azərbaycan türkologiyasında bu gün də öz həllini gözləyir. Birincisi, türkoloji tərcümə sahəsində intensivliyi gücləndirmək lazımdır. Çünki bizdə türk xalqlarına dair tərcümələr daha çox ədəbi-publisistik materiallarla müşayiət olunur. Beynəlxalq türkoloji araşdırmaların məhsulu olan mühüm elmi əsərlərin dilimizə tərcüməsi ilə bağlı görülən işlərin sayı azdır. Ona görə də dünya türkologiyasının görkəmli simalarının elmi əsərlərinin dilimizə tərcümə olunmasına ciddi ehtiyac var. Türkiyədə belə bir təcrübə var: Türk Dil Qurumunun, elmi-tədqiqat və ali təhsil müəssisələrinin, nəşriyyatların dəstəyi ilə görkəmli dünya türkoloqlarının əsərləri tərcümə olunub türk ictimaiyyətinə böyük tirajla təqdim olunur. Bizdə isə bu məsələ şəxsi təşəbbüslər nəzərə alınmazsa, demək olar ki, diqqətdən kənarda qalıb.

İkincisi, dünyanın aparıcı türkoloji mərkəzləri ilə elm və ali təhsil müəssisələri arasında elmi-pedaqoji əməkdaşlığı dərinləşdirilməsinə ehtiyac duyulur. Bizdə türkoloji dilçiliyə dair baxışlar əsasən rus türkologiyasına söykənir. Bunun səbəbi 70 illik sovet elmi-türkoloji mühitinə bağlılıqdır. Ancaq Avropanın (Almaniya, Macarıstan, İtaliya, Balkanlar), Asiyanın (Yaponiya, Çin, Koreya) bir çox ölkələrində mühüm türkoloji mərkəzlərin fəaliyyətinin ölkəmizdə təbliğinə ciddi ehtiyac duyulur. Həmçinin həmin ölkələrdə yaşayan müxtəlif türk xalqlarının dillərinin, o cümlədən türklərə dair qədim mənbələrin öyrənilməsi üçün davamlı əlaqələrin qurulması zamanın tələbidir. Azərbaycanda türkoloji dilçilik B.Çobanzadənin təbirincə desək, daha çox “kabinet dilçiliyi”dir. Ona görə də yüzilliyin qeyd olunması ilə qarşıya bir çox hədəflər qoyula bilər: türkoloji dilçiliyin praktik istiqamətlərinin inkişaf etdirilməsi, bu sahədə müxtəlif türk dillərini kifayət qədər yaxşı bilən dilçi mütəxəssislərin hazırlanması və bununla da müqayisəli planda araşdırmaların miqyasının genişləndirilməsi, habelə türk leksikoqrafiyası sahəsindəki durğunluğun aradan qaldırılması”.

O qeyd edib ki, Azərbaycan türkologiyası Türk dünyası ölkələrinin elmi mühitində özünəməxsus yeri və ağırlığı ilə seçilir. Azərbaycanda türkoloji düşüncənin inkişafına Əli bəy Hüseynzadə, Bəkir Çobanzadə kimi böyük ziyalılar töhfələr verib. Onların qoyduğu möhkəm təməllər üzərində Azərbaycan türkologiyası öz inkişaf təmayüllərini müəyyənləşdirib. Heç şübhəsiz ki, Birinci Türkoloji Qurultayın ölkəmizdə keçirilməsi də bunun bariz nümunələrindən biridir. Sonradan Azərbaycan türkologiyasında Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Məmmədağa Şirəliyev, Şəmsəddin Cəfərov, Yusif Seyidov, Fərhad Zeynalov, Əlövsət Abdullayev, Məmməd Adilov, Ağamusa Axundov, Samət Əlizadə, Tofiq Hacıyev, Ramiz Əskər, Əbülfəz Rəcəbli, Nizami Cəfərov və onlarla başqa dilçi-türkoloqun adını qeyd etmək olar ki, onlar nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda tanınmış, Azərbaycan türkologiyasını layiqincə təmsil etmiş böyük simalardır.

“Əslində, qurultayda müzakirə olunan və həlli vacib olan bütün məsələlərin Azərbaycan türkologiyasında tamamilə həll edildiyini demək olmaz. İlk növbədə, Qurultayın tarixinə qayıdış yüzillik bir dönəmdə diqqətdən kənarda qalmış və ya az öyrənilmiş türkoloji məsələlərin tədqiqini aktuallaşdırır. Fikrimizcə, Qurultayda türk dillərinin tədqiqi və tədrisi ilə bağlı səsləndirilmiş fikirlərin, dinlənilmiş məruzələrin müasir elmi baxışlar səviyyəsində təhlil və tədqiqinə ciddi ehtiyac var. Yəni orada qoyulan məsələlərin çağdaş dövrün elmi-mədəni şəraiti baxımından aktuallığı və vacibliyi işıqlandırılmalıdır. Gənc tədqiqatçıları bu sahədəki araşdırmalara cəlb etmək maraqlı olar”, - deyə P.Eyvazov fikrini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see502

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see324

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see285

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see212

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see193

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see155

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see147

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see145

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see139

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see139

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see136

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see136

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see133

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see129

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see127

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri