Birinci vitse prezidenti təbrik etdi
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin vətənpərvərliyiniz və Azərbaycana fədakarcasına xidmətiniz, ölkənin inkişafına dair əsas məsələlərə diqqətiniz və töhfəniz hörmət və heyranlıq hissləri doğurur. Belarusda Sizin Minsk ilə Bakı arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, həmçinin münasibətlərimizin haqlı olaraq əsl dostluq nümunəsi hesab oluna biləcəyi etimad ab-havasının və qarşılıqlı anlaşmanın dəstəklənməsinə verdiyiniz töhfəni yüksək qiymətləndirirlər.
Əminəm ki, Sizin səmərəli fəaliyyətiniz birgə layihələrin həyata keçirilməsinə, Belarus ilə Azərbaycan arasında açıq və konstruktiv dialoq ruhunda əməkdaşlığın bundan sonra da genişləndirilməsinə kömək edəcək. Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, rifah və yeni nailiyyətlərin əldə olunmasında uğurlar arzulayıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 25 Avqust 2026 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















