Icma.az
close
up
RU
Birincilərin məktəbə adaptasiyası üçün nə etməliyik?

Birincilərin məktəbə adaptasiyası üçün nə etməliyik?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Birinci sinifə başlamaq uşaqlar üçün həm həyəcanlı, həm də məsuliyyətli bir dövr hesab olunur.

Uşaqların bu yeni mərhələyə tez və rahat uyğunlaşmaları isə valideynlərin dəstəyindən və hazırlığından asılıdır.Bu səbəbdən valideynlər övladlarını bu mərhələyə həm fiziki, həm də psixoloji olaraq hazırlamalıdır.

Bəs birinci sinifə başlayan uşaqların məktəbə daha asan uyğunlaşması üçün valideynlər nə etməlidirlər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən "Green Start Academy Psixologiya Təlim və İnkişaf Mərkəzi"nin direktoru, eləcə də "Sevgi Pedadaqogikası - Valideyn Məktəbi" layihəsinin rəhbəri, pedaqoq Aysel Rəsulzadə bildirib ki, uşaqların məktəbə adaptasiyası üçün valideynlər vaxtında hazırlıq aparmalıdır:

“Uşaqların məktəbə adaptasiyası həm valideynlərin, həm də uşaqların həyatında önəmli bir mərhələdir. Bu dövr uşaqların gələcək həyatına möhkəm bir bünövrə qoyur. Buna görə də valideynlər bu mərhələyə ciddi və ehtiyatla yanaşmalı, övladlarının gələcəkdə məktəb həyatı ilə bağlı mənfi təcrübələr yaşamaması üçün indidən hazırlıq aparmalıdırlar.

Təxminən məktəblərin açılmasına 15 gün qalır. Bu da o deməkdir ki, valideynlər artıq hazırlıqlara başlamalıdırlar. İlk növbədə, uşaqlarda məktəb haqqında müsbət təsəvvürlər formalaşdırılmalıdır.

Məktəb yalnız qayda-qanunların və biliklərin öyrədildiyi bir məkan kimi deyil, əylənərək öyrəniləcək, yeni dostluqların qurulacağı və müxtəlif bacarıqların inkişaf etdiriləcəyi bir yer kimi təqdim olunmalıdır.

Əgər valideynlər bu istiqamətdə uşaqların təsəvvürlərini formalaşdıra bilsələr, uşaqlar məktəbi əvvəlcədən sevəcək və hazırlıq prosesinə daha həvəslə yanaşacaqlar”.Onun sözlərinə görə, məktəb zamanı tətbiq ediləcək rejim indidən qurulmalıdır:

“Eyni zamanda məktəb həyatında lazım olacaq bir sıra bacarıqların inkişafına da indidən başlanmalıdır.Uşağa özünü təqdim etməyi, sinif daxilində riayət olunacaq qaydaları öyrətmək, kiçik tapşırıqları yerinə yetirməyə həvəsləndirmək vacibdir. 

Bu bacarıqlar məktəb həyatına daha rahat uyğunlaşmağı təmin edəcək.Valideynlər məktəb həyatında olacaq gündəlik rejimə indidən başlamalıdırlar. Yuxudan oyanma və yemək saatları əvvəlcədən müəyyən edilməlidir.

Uşaq bu rejimə uyğunlaşmalıdır ki, dərs zamanı çətinlik yaşanmasın. Bu cür hazırlıq uşaqların məktəb həyatına həm fiziki, həm də emosional olaraq hazır olmasına müsbət təsir göstərəcək”.Pedaqoq qeyd edib ki, uşağın ilk müəllimi də adaptasiya prosesində mühüm rol oynayır:

“Bu dövrdə bəzi uşaqlar məktəbə getməyə hazır hiss etmirlər və məcburiyyət səbəbilə məktəbə yollanırlar. Bu da onlarda qorxu və stres yarada bilər.
Valideynlər belə hallarda övladlarının üzərində daha çox işləməli, onları dinləməli və qayğılarını azaltmaq üçün sadə və anlayışlı məsləhətlər verməlidirlər.

Uşaqlar məktəbdə uğurlar qazanacaqlarına, yeni dostlar tapacaqlarına və məktəb həyatının evdəki gündəlikdən daha maraqlı olacağına inandırılmalıdır. Elm və bilik əldə etməyin gələcəkdə onlara nələr qazandıra biləcəyini sadə və uşağın anlayacağı şəkildə izah etmək vacibdir.

Ümumilikdə, I sinif şagirdlərinin məktəbə adaptasiyasında valideynlə yanaşı, uşağın ilk müəllimi də mühüm rol oynayır.Uşaq məktəbə getməmişdən əvvəl tanış olmalı və birlikdə adaptasiya üçün hazırlıq görülməlidir”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Birincilər adaptasiya Aysel Rəsulzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Avqust 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri