Icma.az
close
up
RU
Birincilərin sayı kəskin azalır: 5 min azalma müəllimlərin əksəriyyətinin...

Birincilərin sayı kəskin azalır: 5 min azalma müəllimlərin əksəriyyətinin...

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Milli Məclisin ötən plenar iclasında deputat Zahid Oruc Azərbaycanda I sinfə gedənlərin sayının kəskin azaldığını deyib.

Onun sözlərinə görə, 2024-25-ci illərdə 1-ci sinfə qəbul olunan uşaqların sayı 132 min nəfər təşkil edib. Bu, əvvəlki ilə müqayisədə 5 min uşağın azaldığını göstərir.

Bəs görəsən, azalmanın hansı mənfi təsirləri ola bilər?

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu azalma qarşıdakı dövrdə ciddi problemlərə yol açacaq.

Onun sözlərinə görə, 5 minlik azalma aşağı göstərici sayılmır. Ona görə də bu azalmanın mənfi təsirləri qaçılmazdır:

"I sinfə gedənlərin sayının kəskin azalması ilə bağlı nə Dövlət Statistika Komitəsinin, nə də uşaqların hüquqları ilə məşğul olan QHT-lərin və digər rəsmi qurumların aydınlıq gətirməməsi təəssüf doğurur. I sinif şagirdlərinin sayının 5 min azalması ibtidai sinif müəllimlərinin əksəriyyətinin sinifdən kənar qalmasına səbəb olacaq”.

Məzahir Məmmədli: Zəncirvari proseslərdə boşluq olanda qırılma və ciddi problem yaşanır

Müsahibimizə görə, digər tərəfdən, qarşıdakı dövr üçün hərbi xidmət yaşına çatmış oğlan uşaqlarının sayında boşluq yaranacaq. Ekspert deyib ki, ümumiyyətlə, zəncirvari proseslərdə boşluq olanda qırılma və ciddi problem yaşanır. Bu, özünü tədrisdə də göstərir".

M.Məmmədli hesab edir ki, aidiyyatı qurumlar bu məsələ ilə bağlı xəbərdarlıq etməli və azalmaya səbəb olan amilləri aradan qaldırmağa çalışmalıdırlar.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Dekabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see359

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see219

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see167

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see165

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see160

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see160

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see150

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see145

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see142

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see142

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see141

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see141

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri