Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Birlikdən yaranan diplomatik güc

Birlikdən yaranan diplomatik güc

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bakı Türk dünyasının “beşinci element”i olan Şimali Kiprin yanındadır

Kipr türklərinin onilliklərdir davam edən beynəlxalq təcridi türk dünyasının ortaq mənəvi məsuliyyətinə çevrilib. Bu tarixi ədalətsizliyi aradan qaldırmaq Azərbaycan diplomatiyasının prioritet siyasətlərindən birinə çevrilib. Rəsmi Bakı bu məsələni prinsipial mövqedən qaldıraraq beynəlxalq hüququn obyektiv və ədalətli tətbiqini təmin etmək uğrunda ardıcıl səylər göstərir. Məhz bu amil Azərbaycan və Şimali Kipri bir-birinə bağlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın oktyabrın 6-da Qəbələdə həyata keçirdiyi görüş qardaşlıq münasibətlərinin və diplomatik iradənin parlaq ifadəsi oldu. Zirvə öncəsi aparılan səmimi dialoqu iki dövlət arasında möhkəmlənən həmrəyliyi, həmçinin beynəlxalq arenada kollektiv türk gücünün formalaşdığını nümayiş etdirən həlledici siyasi jest hesab etmək olar. Qəbələ görüşü Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Türk Dövlətləri Təşkilatı (TDT) formatında mövqeyini təsdiqləyərək, onun regional forumda tamhüquqlu iştirakçılıq statusunu möhkəmləndirdi. Azərbaycan isə Şimali Kipri etibarlı tərəfdaş kimi masaya gətirməklə türk dünyasının birgə mövqeyini ortaya qoydu və Kipr məsələsində sülh yolunu göstərən yeni strategiyanın xəritəsini çəkdi. ŞKTC-nin lideri öz “X” hesabında TDT-nin Qəbələ Zirvəsi ilə bağlı paylaşım edərək bu görüşün türk dünyasının həmrəyliyinə töhfə verdiyini bildirib: “Türk dünyasının birlik və həmrəylik ruhunu möhkəmləndirən Türk Dövlətləri Təşkilatının XII Zirvəsi münasibətilə bir araya gəlməkdən böyük məmnunluq duyuram. Şimali Kipr Türk Cümhuriyyəti öz kökləri, inancı və mübarizəsi ilə Türk dünyasının ayrılmaz bir hissəsidir. Ortaq ağıl, ortaq siyasət və paylaşdığımız dəyərlər Türk dünyasının birliyini gücləndirəcək və onu zirvəyə daşıyacaq”.

Bakının Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyi rasional və strateji siyasi xəttin nəticəsi olaraq formalaşıb. Bu siyasətin təməlində Qarabağda qazanılmış hərbi-diplomatik təcrübə dayanır. Azərbaycan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatlarından sonra yeni reallıqlar yarada bilən dövlət kimi, beynəlxalq hüququn icrasında güc amilinin əhəmiyyətini dərindən anlayır. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Qəbələ sammitindəki çıxışında qeyd edib ki, bu görüşün Qarabağ Zəfərinin 5-ci ildönümünə təsadüf etməsi xüsusilə qürurverici hadisədir: “Qarabağ Zəfəri bütün Türk dünyasına bir daha göstərdi ki, biz birlikdə olduqda hər bir çətinliyin öhdəsindən gələ bilərik. Bu Zəfər həm də Türk dünyasının sarsılmaz həmrəyliyinin və qardaşlığının rəmzidir. Şimali Kipr Türk Cümhuriyyəti hər zaman Azərbaycanın yanında olacaq”.

Azərbaycan lideri ilə təkbətək görüş zamanı Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Bakı və İrəvan arasında Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə əldə edilmiş sülh gündəliyinin irəliyə aparılması barədə təbrikləri siyasi mübadilə kimi qiymətləndirilə bilər. E.Tatar Azərbaycanın formalaşdırdığı yeni reallığı alqışlayır, İlham Əliyev isə Kipr türklərinin iki bərabər suveren dövlət kimi beynəlxalq status qazanmaq istəyinə prinsipial dəstək nümayiş etdirir. Rəsmi Bakının mövqeyinə görə, beynəlxalq hüquqa əsaslanan həqiqətlər qəbul edilməli və tanınmalıdır. Şimali Kipr Türk Cümhuriyyətinin mövcudluğu siyasi faktdır və bu, Azərbaycanın təkcə Kipr türklərinə deyil, həm də beynəlxalq hüquq normalarının obyektiv və ədalətli tətbiqinə yönəlmiş strateji mövqeyini əks etdirir. ŞKTC-nin 2022-ci ildən TDT-də müşahidəçi statusu qazanması Azərbaycanın diplomatik səylərinin ən mühüm institusional uğurlarından biridir. Qəbələ görüşü bu inteqrasiya prosesinin dönməzliyini və davamlılığını bir daha təsdiqlədi. Bu görüşlə TDT-də liderlik Qırğızıstandan Azərbaycana keçdi.

TDT Şimali Kipr Türk Cümhuriyyəti üçün beynəlxalq təcridi aradan qaldırmaq və mövqeyini gücləndirmək baxımından effektiv geosiyasi platforma rolunu oynayır. Azərbaycan və Türkiyənin təşəbbüsü ilə ŞKTC-nin TDT üzvləri ilə əlaqələri rəsmi kanallara yönləndirilir ki, bu da Şimali Kiprin institusional legitimliyini əhəmiyyətli dərəcədə artırır. Oktyabrın 19-da ŞKTC-də keçiriləcək prezident seçkiləri fonunda Qəbələ görüşü daxili siyasi mənzərəni kökündən dəyişdirir. Azərbaycan dəstəyi isə Kipr türklərinin mövqeyini beynəlxalq səviyyədə möhkəmləndirir və onların suveren hüquqlarının tanınması prosesinə strateji təsir göstərir.

Kiprdə qarşıdan gələn prezident seçkiləri ərəfəsində Azərbaycanın ŞKTC-yə verdiyi siyasi və mənəvi dəstək Ersin Tatarın “iki dövlət” vizyonunu gücləndirir və Kipr türklərinin beynəlxalq arenada təmsilçilik hüququnu bərpa etmək istiqamətindəki siyasi strategiyasını əsaslandırır. Bu proses Azərbaycanın postkonflikt dövrü geosiyasətində regional güc kimi özünü təsdiq etməsinin və beynəlxalq hüququn ədalətli tətbiqi uğrunda ardıcıl diplomatik mübarizə aparmasının bariz sübutudur. Şimali Kipr üçün təcridin sonu üfüqdə görünür və bu yol Azərbaycandan keçir. Qardaşlıq və ədalətə sadiqlik Türk dünyasının beynəlxalq siyasətdə formalaşan yeni devizini təşkil edir.

İsmayıl ŞAHİN,
Onyedi Eylül Universitetinin professoru

Son illərdə Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında formalaşan əlaqələr ümumtürk məkanında siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın və mədəni yaxınlığın dərinləşməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu münasibətlər Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində vahid türk coğrafiyasının konsolidasiyasına yeni nəfəs verir.

ŞKTC Prezidenti Ersin Tatarın türk dövlətləri ailəsinə inteqrasiya istiqamətində həyata keçirdiyi siyasət ölkənin beynəlxalq səviyyədə tanınmasını asanlaşdırır və Şərqi Aralıq dənizindəki türk varlığını geosiyasi baxımdan gücləndirir. Onun rəhbərliyi ilə irəli sürülən diplomatik təşəbbüslər göstərir ki, ŞKTC artıq yalnız Türkiyənin dəstəyinə əsaslanan siyasət trayektoriyasından çıxaraq, çoxvektorlu əməkdaşlıq modelinə yönəlir. Lakin bu multimodel zamanla effektiv olacaq. Necə ki, Lefkoşanın sahibi Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə görüşündə bildirib ki, Türkiyənin təminatı Şimali Kiprin təhlükəsizliyinin və sabitliyinin qarantıdır.

Bakının Lefkoşa ilə münasibətləri genişləndirməsi qardaşlıq dəyərlərinə, ortaq tarixi mirasa və ümumtürk həmrəyliyinə sədaqətinin parlaq təzahürüdür. Qarabağ Zəfərindən sonra Azərbaycanda Şimali Kiprə artan maraq formalaşan yeni birliyin mənəvi davamı kimi qiymətləndirilir. TDT bu prosesdə koordinasiyaedici platforma rolunu oynayır. ŞKTC-nin təşkilatda müşahidəçi statusu əldə etmək niyyəti və tədbirlərdə getdikcə artan iştirakı Kipr türklərinin pan-türk məkanında öz yerini möhkəmləndirdiyini göstərir.

Şimali Kiprdə keçiriləcək prezident seçkiləri təkcə daxili siyasi hadisə deyil, həm də qardaş ölkələrlə qurulmuş strateji əməkdaşlığın gələcək istiqamətini müəyyənləşdirəcək mühüm mərhələdir. Ersin Tatarın liderliyi dövründə ŞKTC TDT başda olmaqla, müxtəlif regional institutlarla qarşılıqlı əlaqələr quraraq, öz siyasi çəkisini Aralıq dənizi regionunun hüdudlarından kənara daşımağı bacarıb.

Lefkoşanın gələcəyi yalnız Ankara ilə münasibətlərdən asılı deyil; Bakı, Astana, Daşkənd və Bişkeklə qurulacaq çoxşaxəli əlaqələr Kipr türklərinin səsini beynəlxalq siyasi müstəvidə daha qətiyyətlə eşitdirəcək.

Tacir SADIQOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see793

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see440

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see311

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see291

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see275

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see272

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see270

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see252

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see243

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see239

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see236

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see235

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see235

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see231

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see229

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see215

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see213

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see210

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri