Icma.az
close
up
RU
Bişkek görüşü Azərbaycan diplomatiyası üçün mühüm platforma oldu RƏY

Bişkek görüşü Azərbaycan diplomatiyası üçün mühüm platforma oldu RƏY

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 sentyabr, AZƏRTAC

Bişkekdə keçirilən “ŞƏT plyus” formatında görüş Azərbaycanın dəyişən beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisini və çoxşaxəli xarici siyasət kursunun yeni imkanlarını bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin Bişkekdəki çıxışının siyasi məzmununa diqqət yetirdikdə aydın şəkildə görünür ki, Azərbaycan bu platformada yalnız öz mövqeyini ifadə edən dövlət kimi deyil, regionlararası əməkdaşlığın inkişafında maraqlı və konkret təşəbbüslərlə çıxış edən mühüm tərəfdaş kimi iştirak edir. Dövlətimizin başçımızın çıxışı Azərbaycanın xarici siyasətində son illərdə daha da möhkəmlənmiş üç mühüm xətti, yəni suverenlik, regional sülh və çoxtərəfli əməkdaşlığı vahid siyasi məntiq ətrafında birləşdirir. Məhz bu nöqteyi nəzərdən yanaşdıqda, Bişkek görüşü Azərbaycan diplomatiyasının əldə etdiyi uğurların və yaratdığı yeni imkanların növbəti dəfə nümayiş olunduğu önəmli platforma kimi qiymətləndirilə bilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

Politoloq bildirib ki, Azərbaycan üçün Mərkəzi Asiya yalnız tarixi, mədəni və mənəvi baxımdan yaxın region deyil, həm də ölkəmizin nəqliyyat, enerji, logistika və ticarət imkanlarının genişlənməsi baxımından mühüm geoiqtisadi məkandır. Məhz bu səbəbdən Azərbaycanın ŞƏT məkanında fəallığını yalnız təşkilatla münasibətlər çərçivəsində qiymətləndirmək düzgün olmaz. ŞƏT bu gün Avrasiyanın mühüm siyasi və iqtisadi platformalarından biridir.

"Azərbaycan 2016-cı ildə ŞƏT-in dialoq tərəfdaşı statusunu əldə edib. Ölkəmiz üçün bu status təşkilatla münasibətlərin inkişafı baxımından mühüm imkan kimi qiymətləndirilərək əməkdaşlığın regional sabitlik və təhlükəsizlik, terrorizm, ekstremizm və separatizmlə mübarizə, ticarət, investisiya, enerji, nəqliyyat, telekommunikasiya, kənd təsərrüfatı, elm, təhsil və turizm kimi geniş sahələrini əhatə etmiş oldu. Bu gün həmin əməkdaşlıq üçün daha əlverişli siyasi və geoiqtisadi zəmin formalaşıb. Azərbaycanın regional güc kimi mövqeyi möhkəmlənib, Mərkəzi Asiya dövlətləri ilə münasibətlər strateji xarakter alıb, ölkəmizin tranzit imkanları genişlənib və Cənubi Qafqazda yeni siyasi reallıq yaranıb. Ona görə də, Azərbaycan üçün ŞƏT-lə münasibətlərin inkişafı təşkilata hansısa formal yaxınlaşma məsələsindən daha çox, milli maraqların təmin edilməsi üçün mövcud çoxtərəfli imkanlardan səmərəli istifadə məsələsidir. Prezident İlham Əliyevin Bişkekdəki çıxışında regionda yaranmış yeni reallıqlara xüsusi diqqət yetirməsi də məhz bu kontekstdə mühüm siyasi məna daşıyır. Dövlətimizin başçısı Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini, uzun illər ərzində həllini tapmayan problemin artıq başqa mərhələyə keçdiyini diqqətə çatdırdı. Bununla da Azərbaycan həm özünün keçdiyi mürəkkəb tarixi-siyasi yolu, həm də beynəlxalq münasibətlər sistemində hüquqi prinsiplərin icrası məsələsinə yanaşmasını bir daha nümayiş etdirmiş oldu", - deyə A. Qurbanova vurğulayıb.

Onun fikrincə Prezident İlham Əliyevin Bişkekdəki çıxışının başlıca siyasi mesajı da məhz budur ki, Azərbaycan dəyişən dünya nizamında passiv müşahidəçi deyil, öz gündəliyini formalaşdıran dövlətdir. Cənubi Qafqazda yeni sülh reallığının yaranması Azərbaycanın qarşısında yeni imkanlar açır. Mərkəzi Asiya ilə dərinləşən münasibətlər isə həmin imkanları daha da genişləndirir. ŞƏT kimi çoxtərəfli platformalar da öz növbəsində bu proseslərin daha geniş Avrasiya kontekstinə çıxarılmasına şərait yaradır.

“Nəticə etibarilə, sentyabrın 1-də Bişkekdə keçirilmiş “ŞƏT plyus” görüşü Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın suverenlik və ərazi bütövlüyü məsələsində prinsipial mövqeyini, çoxtərəfli diplomatiyaya sadiqliyini və regional əməkdaşlığın genişləndirilməsinə yönəlmiş siyasi iradəsini bir daha nümayiş etdirdi. ŞƏT isə Azərbaycan üçün getdikcə daha çox Avrasiya məkanında siyasi dialoqun, iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının və təhlükəsizlik müzakirələrinin mühüm platformalarından birinə çevrilir", - deyə politoloq əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri