Bişkekdə ŞƏT in Media və Analitik Mərkəzlər Forumu keçirilir
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bu gün Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illiyinə həsr olunmuş Media və Analitik Mərkəzlər Forumu keçirilir.
XQ xəbər verir ki, “Kabar” və Çinin “Sinxua” agentliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 25 ölkədən 200-ə yaxın nümayəndə iştirak edir.
Forumda Azərbaycandan AZƏRTAC, Medianın İnkişafı Agentliyi və “Trend” İnformasiya Agentliyinin nümayəndələri təmsil olunurlar.
“Kabar” agentliyinin direktoru Mederbek Şermetaliyev bildirib ki, forumun əsas məqsədi aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və ekspertləri arasında təcrübə mübadiləsinin aparılmasıdır. Onun sözlərinə görə, tədbir çərçivəsində hər hansı rəsmi sənədin imzalanması nəzərdə tutulmur. Əsas məqsəd peşəkar dialoqun qurulması və səmərəli təcrübələrin paylaşılmasıdır.
İclaslarda müasir media mühitinin əsas çağırışları - rəqəmsal texnologiyaların inkişafı, kibertəhlükəsizlik, süni intellektin tətbiqi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, eləcə də ŞƏT çərçivəsində informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 27 İyul 2026 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















