Bitkoin 77 min dollardan aşağı düşüb: Kriptovalyuta bazarında narahatlıq artır
Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Mehin Qasımova,Banco.az
Kriptovalyuta bazarında satış təzyiqi davam edir. Oktyabr ayında qeydə alınan itkilərdən sonra Bitkoinin qiyməti 77 min dollar səviyyəsindən aşağı düşərək son bir ayın minimumlarına yaxınlaşıb.
Banco.az xəbər verir ki, Bitkoin oktyabr ayını təxminən 6 faizlik itki ilə başa vuran kriptovalyuta sentyabrın ortalarından bəri qoruduğu qiymət diapazonundan da aşağı düşüb.
Bazarda satış təzyiqini artıran əsas amillərdən biri “Binance” kriptovalyuta birjasına qarşı baş verdiyi bildirilən kiberhücumdur. Məlumata görə, hadisə nəticəsində 6,3 milyard dollarlıq kriptovalyuta aktivləri oğurlanıb. Şirkət isə öz resursları hesabına 6 milyard dollarlıq aktivin geri qaytarıldığını və 3 milyard dolların dondurulduğunu açıqlayıb.
İnvestorların narahatlığını artıran digər amil kriptovalyuta fondlarından vəsait çıxarılmasıdır. Belə ki, ABŞ-da ticarət edilən spot “Bitcoin” ETF-lərindən cümə günü 643,3 milyon dollar xalis vəsait çıxışı qeydə alınıb. Bu, iyunun 25-dən bəri ən yüksək gündəlik göstəricidir.
Bununla yanaşı, spot “Ethereum” ETF-lərindən də cümə günü 155,9 milyon dollar, həftə ərzində isə ümumilikdə 431,5 milyon dollar vəsait çıxarılıb.
ABŞ-da keçirilən ara seçkilər ərəfəsində kriptovalyuta tənzimləmələri ilə bağlı qeyri-müəyyənlik də investorların ehtiyatlı davranmasına səbəb olur.
Digər kriptovalyutalarda da ucuzlaşma müşahidə edilib. “Ethereum” 1 faiz, “Solana” 2,6 faiz, “Cardano” 2,2 faiz, “BNB” isə 1,9 faiz dəyər itirib. “Dogecoin”in qiyməti 1,6 faiz, “TRUMP” tokeninin qiyməti isə 5,9 faiz azalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 03 Noyabr 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















