Icma.az
close
up
RU
Bitkoinin qiyməti 93 min dolları keçdi DÜNYA EYFORİYADA

Bitkoinin qiyməti 93 min dolları keçdi DÜNYA EYFORİYADA

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bitkoinin qiyməti tarixdə ilk dəfə 93 min dolları keçərək bütün zamanların ən yüksək həddini yeniləyib.

Modern.az "Binance"a istinadən xəbər verir ki, kriptovalyutanın qiyməti noyabrın 13-də birjalarda 93 409,02 dollara çatıb. Noyabrın 14-də səhər saatlarında Bitkoin 89 842 dollara qədər ucuzlaşıb.

Ənənəvi bazarların bağlandığı və kriptovalyuta ticarətinin adətən sakit olduğu həftə sonu BTC hətta 5000 dollar qazanıb. Son artım o deməkdir ki, Bitkoin 2024-cü ilin əvvəlindən 93 faiz,  2022-ci ilin noyabrında olan  16 min dollar səviyyəsindən sonra isə 400 faiz artıb.

Bitkoinin qiyməti Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra bir həftə ərzində 30 faizədək bahalaşıb. "Bloomberg"in məlumatına görə, Amerikanın Bitkoin mübadiləsi fondlarına vəsait axını noyabrın əvvəlində 1 milyard dolları ötüb.

Agentlik yazır ki, Bitkoinin artımına səbəb Trampın ABŞ prezident seçkilərində qələbəsi olub. Tramp rəqəmsal aktivləri fəal şəkildə dəstəklədi və ABŞ-ı “Bitkoin super gücü” edəcəyinə söz verdi.

Bitkoinin artımı,  ayrı-ayrı dövlətlərin kriptovalyutada strateji ehtiyatlar yarada biləcəyi gözləntiləri ilə də əlaqələndirilir. Bu baş verərsə, rəqəmsal valyutaya tələbat böyük olacaq.

Analitik Ceyms Çek Bitkoinin yeni qiymət rallisinin ortasında olduğu üçün bazarların indi "eyforiya zonasına" daxil olduğunu söyləyib.

Ekspertlər hesab edir ki, Trampın inaqurasiyasına qədər bitkoinin qiyməti 100 min dollarlıq psixoloji həddi keçəcək. Ümumilikdə gələn il qiymət arımının davam edəcəyi və 200 min dollara çatacağı bildirilir.

"CleanSpark” şirkətinin baş direktoru Zak Bredfordun sözlərinə görə, Bitkoin yaxın 18 ay ərzində təxminən 200 min dollara qədər yüksələ bilər.

Bitkoinin uzun müddətli durğunluq dövründən sonra davamlı yüksəliş olacağını vurğulayan Bradford sözlərinə belə davam edib: "Təbii ki, bunların hamısı makro hadisələrə və digər amillərə tabedir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri