Icma.az
close
up
RU
“Beton qutu” tələsi: rahatlıq, yoxsa asılılıq? KONKRET

“Beton qutu” tələsi: rahatlıq, yoxsa asılılıq? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Siz kəndlərin “təbii şəkildə” yoxa çıxdığını düşünürsünüz? Xeyr. Bu prosesə yalnız demoqrafik dəyişikliklər və iqtisadi səbəblər prizmasından baxmaq düzgün deyil. Məsələnin daha dərin tərəfi də var: öz torpağı, suyu, bağı, bostanı və mal-qarası olan insanın müstəqilliyi.

Öz quyusu, bostanı, bağı, heyvanları və ərzaq ehtiyatı olan insan gündəlik həyatını təmin etmək üçün sistemdən tam asılı deyil. O, müəyyən mənada avtonomdur. Şəhərdə yaşayan və bütün ehtiyaclarını bazardan ödəməyə məcbur olan insandan fərqli olaraq, özünün istehsal etdiyi məhsulla dolana bilir.

Müasir istehlak cəmiyyətinin ideal modeli isə hər gün bazara üz tutan, qazandığı pulun böyük hissəsini istehlaka xərcləyən və gündəlik tələbatını ödəmək üçün daim gəlir əldə etməyə məcbur olan insandır.

“Yeməyə abunə” – gündəlik asılılığın görünməyən tərəfi

Kənddə yaşayan insan müəyyən müddət pul xərcləmədən də dolana bilər. Bağından meyvə, bostanından tərəvəz, həyətində saxladığı heyvanlardan süd, yumurta və ət əldə edə bilər. Qış üçün ərzaq ehtiyatı da hazırlaya bilər.

Şəhərdə isə vəziyyət fərqlidir. İnsan supermarketdən, ərzaq mağazasından və çatdırılma xidmətlərindən asılı vəziyyətə düşür. Bir-iki gün alış-veriş edə bilməsə, gündəlik həyatında ciddi çətinliklərlə üzləşə bilər.

Təsəvvür edin: bank kartınız bloklanır, mağazalara ərzaq tədarükü dayanır və ya müəyyən səbəbdən ticarət obyektləri fəaliyyətini müvəqqəti dayandırır. Belə vəziyyətdə şəhər sakininin ərzaq ehtiyatı nə qədər davam edəcək?

Böyük şəhərlərin ərzaq təchizatı fasiləsiz logistika sistemindən asılıdır. Mağazaların rəfləri daim yenilənməsə, qısa müddətdə ciddi çatışmazlıq yarana bilər. Beləliklə, insan özünü müstəqil hesab etsə də, əslində gündəlik həyatını təmin edən mürəkkəb təchizat zəncirindən asılıdır.

“Beton qutu” tələsi: rahatlıq, yoxsa asılılıq?

Son illərin müxtəlif böhranları bir həqiqəti göstərdi: böyük şəhərlərin həyat sistemi nə qədər mürəkkəb və həssasdırsa, onun dayanması da bir o qədər ciddi nəticələr doğura bilər.

Elektrik enerjisinin kəsilməsi, su təchizatında yaranan problem, istilik sisteminin dayanması və nəqliyyatın iflic olması çoxmərtəbəli binalarda yaşayan insanların həyatını çətinləşdirir.

Torpaq sahəsi olan fərdi ev isə müəyyən üstünlüklərə malikdir. Həyətində su ehtiyatı, alternativ istilik mənbəyi, bostanı və ərzaq anbarı olan ailə belə vəziyyətlərdə daha hazırlıqlı ola bilər.

Şəhər insanı bütün kommunal xidmətlərin fasiləsiz işləməsinə öyrəşib. Bu xidmətlərdən biri dayandıqda isə gündəlik ehtiyaclarını qarşılamaq belə problemə çevrilə bilər.

Qara torpaq əvəzinə plastik: öz məhsulumuzdan niyə uzaqlaşırıq?

Azərbaycan münbit torpaqları, əlverişli iqlimi və kənd təsərrüfatı ənənələri ilə seçilən ölkədir. Buna baxmayaraq, cəmiyyətin əhəmiyyətli hissəsi öz ərzaq məhsullarını istehsal etməkdən getdikcə uzaqlaşır.

Bir vaxtlar hər ailənin həyətində bağ, bostan, toyuq-cücə, bəzən də mal-qara saxlamaq adi hal idi. İndi isə bir çox insan bütün ərzaq ehtiyaclarını supermarketlərdən ödəyir.

Nəticədə istehlakçı ilə istehsalçı arasındakı məsafə böyüyür. İnsan məhsulun harada, necə və hansı şəraitdə yetişdirildiyini bilmir. Qiymətlərin formalaşmasına, məhsulun keyfiyyətinə və bazardakı təklifə təsir etmək imkanları da məhdudlaşır.

Kənd torpaqlarının istifadəsiz qalması, əkin sahələrinin azalması və kənd təsərrüfatında istehsalın müəyyən iri təsərrüfatlarda cəmləşməsi isə ərzaq təhlükəsizliyi baxımından ciddi suallar yaradır.

Rəqəmsal asılılıq: rahatlığın görünməyən qiyməti

Böyük şəhərlərdə insanları idarə etmək və xidmətlərlə təmin etmək, bir çox hallarda, ərazilərə səpələnmiş kiçik yaşayış məntəqələri ilə müqayisədə daha asandır. Əhali sıxlığı, mərkəzləşdirilmiş infrastruktur və rəqəmsal xidmətlər şəhər həyatını rahatlaşdırır.

Lakin bu rahatlığın başqa tərəfi də var: insan getdikcə daha çox xidmətdən asılı vəziyyətə düşür.

Yemək bişirmək əvəzinə sifariş verir, piyada getmək əvəzinə taksi çağırır, nağd pul əvəzinə bank kartından istifadə edir. Bir çox gündəlik bacarıq tədricən unudulur. Nəticədə insan öz ehtiyaclarını müstəqil şəkildə qarşılamaq imkanlarını itirir.

Rəqəmsal texnologiyalar, əlbəttə, həyatımızı asanlaşdırır. Ancaq rahatlığın müstəqilliyimizi əlimizdən almasına da imkan verməməliyik.

Torpaq – yalnız mülkiyyət deyil, həm də müstəqillikdir

Torpaq insanın sadəcə əmlakı deyil. O, həm də ərzaq təhlükəsizliyi, ailə təsərrüfatı, istehsal və gələcək nəsillər üçün təminat deməkdir.

Öz torpağında məhsul yetişdirən, su ehtiyatı olan, heyvan saxlayan və qışa ərzaq hazırlayan insan iqtisadi baxımdan müəyyən üstünlüklər qazanır. O, bazardakı qiymət dəyişikliklərindən və təchizat problemlərindən daha az təsirlənir.

Kəndlərin boşalmasına yalnız yaşayış yerinin dəyişməsi kimi baxmaq olmaz. Bu, həm də istehsal vərdişlərinin, torpaqla bağlılığın, ənənələrin və müəyyən həyat bacarıqlarının itirilməsi deməkdir.

Bəlkə də, əsl rifah daha böyük mənzilə, bahalı avtomobilə və rahat şəhər həyatına sahib olmaq deyil. Bəlkə də, əsl rifah insanın özünü, ailəsini və gələcəyini təmin edə biləcək imkanlara malik olmasıdır.

Torpaq insanı qidalandırır, zəhmət isə ona müstəqillik qazandırır. Buna görə də kəndi tərk etməyi tərəqqinin yeganə yolu, şəhərə köçməyi isə uğurun son həddi hesab etmək düzgün deyil.

Müəllif: Yevgeniy Konstantinov

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Noyabr 2026 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri