Icma.az
close
up
RU
Biz bu gün gənclərimizin hər biri ilə fəxr edirik! ŞƏRH EDİLDİ

Biz bu gün gənclərimizin hər biri ilə fəxr edirik! ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Cənab Prezident tərəfindən "Gənc istedadlara təqaüdlərin verilməsi" ilə bağlı imzalanan sərəncam çox böyük bir dövlət diqqətinin, gənclərə göstərilən qayğının növbəti bariz nümunəsinin göstəricisi kimi qiymətləndirilməlidir. Azərbaycanın gənclər üçün siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edib davam etdirilir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan gəncləri öz sözünü demək, özünü təsdiq etmək, bilik və bacarıqlarını günü-gündən inkişaf edən Azərbaycan qurucularının içində tətbiq etmək imkanlarına malikdirlər: "Azərbaycan gənclərinin istedadlarının üzə çıxarmasının dəstəklənməsi, dünyaya tanıdılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun rəhbəri, birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlikləri ilə çox uğurlu layihələr bu günə qədər hazırlanıb, həyata keçirilib. Bu layihələrin hər birinin arxasında Azərbaycan gənclərinə dəstək, eyni zamanda onların istedadlarının dünyaya tanıdılması və gələcək inkişaflarının formalaşdırılması dayanır. Əlbətdə ki, bu gün sadəcə istedadlı gənclər deyil, ümumiyyətlə böyüməkdə olan nəsil-uşaqlarımız, yeniyetmələrimiz hər biri azad, müstəqil bir ölkənin vətəndaşı olaraq öz müqəddəratlarını təyin etmək, gələcəklərini hədəfləmək imkanlarına sahibdirlər.

Bu gün Azərbaycan gənci özünü elmdə sınayır, təsdiq edir. Həmçinin idmanın çox mühüm sahələri ilə məşğul olaraq ölkəsini tanıdır. Azərbaycan gəncinin mədəniyyətlə və incəsənətlə bağlı layihələrdə iştirakı özünü bariz şəkildə həm ölkədə, həm də dünyada göstərir".

Deputat həmçinin qeyd edir ki, zamanında Azərbaycanın vətənpərvər gəncləri ölkənin bütövlüyü, suverenliyi uğrunda canından keçib: "Onlar hər zaman böyük bir ehtiramla anılır. Biz onların hər birini öz övladımız olaraq dəyərləndiririk. 44 günlük mübarizə müharibəmizdə şanlı zəfərimizin əldə edilməsində, antiterror əməliyyatlarında və ümumiyyətlə münaqişənin başlandığı gündən bu günə qədər ordumuzun hər bir üzvü olan gənclərimizin yazdığı qəhrəmanlıq epapeyası salnaməsi əvəzsizdir. Biz bu gün gənclərimizin hər biri ilə fəxr edirik!

Ölkəsinin gələcəyini düşünən, qanında, damarlarında azərbaycanlı qanı axan və Prezidentinin bir çağırışı ilə çağırış məntəqələrinin qarşısında toplaşıb bir nəfər kimi ön cəbhəyə getmək arzusunu ürəyində daşıyan bütün gənclərimiz bizim qürur mənbəyimizdir. Biz onların hər biri ilə qürur duyuruq. Arzu edirik ki, gənclərimiz dövlət siyasətinə hər bir zaman layiq olsunlar. Çünki onların xoşbəxt olması, uğur qazanması üçün bu gün dövlətimiz əlindən gələni edir. Bir daha qeyd etmək istəyirəm ki, Prezident tərəfindən imzalanan bu sərəncam gənclərimizə ən böyük dövlət qayğısının təzahürüdür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri