Icma.az
close
up
RU
Biz Azərbaycan xalqı olaraq öz ana dilimizlə fəxr edirik ŞƏRH

Biz Azərbaycan xalqı olaraq öz ana dilimizlə fəxr edirik ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dil hər bir millətin mənəvi siması,onun milli varlığının timsalıdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutur. Ümummilli lider Heydər Əliyev dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib. Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ulu öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil,qədim tarixi,zəngin mədəniyyəti,müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Hələ 1970-ci illərdən başlayaraq Ulu öndər ana dilimizin qayğısına qalmışdır. Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməyib. Ana dilinə böyük məhəbbət,onun incəliklərini dərindən bilmək,sadə,səmimi cümlələrlə insanlarda möhkəm nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi. Azərbaycan dilini sevən,ona hörmətlə yanaşan Ümummili liderin dilə münasibəti hər kəsə örnək olmuşdur. 1969-1982-ci illərdə Sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda,müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. 1978-ci ildə tarixi bir uğura imza atmışdır. Belə ki,həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq,rus dili ilə yanaşı,Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Müstəqillik əldə olunana qədər və müstəqillik dövründə Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilmişdir. 2001-ci ildə Ümummilli liderimizin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman isə yalnız cari bir sənəd deyil,xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Ulu öndər Heydər Əliyevin qərarı ilə 1 avqust tarixi hər il Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Ümummilli liderimizin layiqli davamçısı cənab prezidentimiz İlham Əliyev dilimizə qayğını davam etdirir. Cənab prezidentimiz dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam eyni zamanda əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu.

İlham Əliyev :”Azərbaycan dili o qədər zəngindir ki,heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki,biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”.

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli fərmanı xalqımızın ana dilinin ədəbi dil səviyyəsində qorunmasına və zənginləşdirilməsinə yönəlik dövlət siyasətinin davamlılığının və mükəmməlliyinin daha bir təzahürüdür. Bu gün də Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələsi cənab prezidentimiz İlham Əliyev diqqət mərkəzindədir.

Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan dili!

Samirə Həsənova

YAP Laçın rayon təşkilatının 39 saylı ƏPT-nin sədri

Laçın rayon 32 nömrəli tam orta məktəbin direktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 İyul 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see263

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see166

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see145

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see138

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see134

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see133

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see120

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see117

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see116

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see116

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see116

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see115

Azərbaycanda süni mayalanma niyə bahadır?

21 Sentyabr 2025 09:45see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri