Icma.az
close
up
RU
“Biz bu mənada hələ də gecikirik” Rauf Ağamirzəyev MaaS tətbiqindən DANIŞDI

“Biz bu mənada hələ də gecikirik” Rauf Ağamirzəyev MaaS tətbiqindən DANIŞDI

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

AYNA ictimai nəqliyyatda nağdsız ödəniş və yeni mobil tətbiqləri istifadəyə hazırlayır. Belə tətbiqlərdən biri də hazırda test mərhələsində olan MaaS (Mobility as a Service) tətbiqidir. Mobil tətbiqi vasitəsilə istifadəçilər avtobusların gəliş vaxtını real vaxt rejimində izləyə biləcəklər.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a bildirən nəqliyyat eksperti Rauf Ağamirzəyev qeyd etdi ki, bu, vacib olan bir tətbiqdir:

"Düşünürəm ki, biz bu mənada hələ də gecikirik. Yəni insanlar real vaxt rejimində bilməlidirlər ki, onların avtobusu haradadır, nə vaxt gələcək, hansı avtobusla hara getmək mümkündür, həmçinin onların yaxınlığındakı dayanacaqdan hansı avtobuslar keçir. Bunun uzlaşdırılması rahat şəkildə həm təqdim olunmalı, həm də informasiya əlçatanlığı təmin edilməlidir ki, insanlar öz səfərlərini rahat şəkildə təşkil edə bilsinlər. Bu tətbiq səfərin bir neçə növünü özündə birləşdirən bir sistemdir. Yəni müəyyən məsafəni nə qədərini piyada gedəcəyinizi, sonradan hansı avtobusla, neçə avtobus dəyişməklə gedəcəyinizi, yaxud avtobusdan sonra metro, yaxud qatar, dəmir yolu və mikromobillik elementləri ilə birgə uzlaşdırılmış şəkildə səfər barədə məlumat əldə etmək üçün bir vasitədir".

Onun sözlərinə görə, bu istiqamətdə işlər görülür:

"Hazırda onun uzlaşdırılması üzərində işlər aparılır, çünki burada fərqli nəqliyyat qurumları bir tətbiqdə cəmlənəcək. İlkin beta versiyası artıq istifadə olunur, amma düşünürəm ki, dünyanın aparıcı şəhərlərinin nümunəsinə baxaraq, bu tətbiq daha da təkmilləşdirilməli və daha rahat interfeysə malik olmalıdır. Yekunda düşünürəm ki, informasiya nə qədər əlçatan olarsa, insanların planlaşdırması da bir o qədər rahat olacaq. İnsan özü biləcək ki, avtobus neçə dəqiqəyə gələcək, onu gözləməyə dəyərmi, yoxsa mikromobillik vasitəsindən istifadə etmək, yaxud metroya, sonra avtobusa minmək daha məqsədəuyğundurmu. Yəni bu, birbaşa məlumat əlçatanlığı ilə prioritetlərin və vaxtın daha səmərəli istifadəsinə yönəlmiş bir tətbiqdir. Çünki dünyanın bir çox şəhərlərində hazırda tətbiqlərlə yanaşı, həm də kağız formatında dayanacaqdan keçən marşrutlar, onların şəhər xəritəsindəki trayektoriyası, haradan keçdiyi və oradan digər nəqliyyat növlərinə necə keçmək mümkün olduğu barədə məlumatlar da yerləşdirilir.

Burada qeyd etmək yerinə düşər ki, əhalimizin müəyyən qismi yaşlı insanlardır. Onların rəqəmsal savadlılığı hansı səviyyədədir, bu da nəzərə alınmalıdır. Çünki rəqəmsallaşma gözəldir, rahatdır, amma müəyyən qisim insanlar bundan istifadə etməkdə çətinlik çəkə bilər. Ona görə də alternativi, yəni dublyoru olmalıdır.Dünya şəhərlərində bu gün əhalinin qocalma tendensiyası müşahidə olunur və bu, həm şəhər infrastrukturunda istər fiziki, istər rəqəmsal mühitdə nəzərə alınmalıdır. İnsanlar istənilən informasiyanı fərqli alternativlər vasitəsilə əldə etməyi həm rəqəmsal, həm də çap formasında bacarmalıdırlar. Rəqəmsal həllər isə o qədər rahat və sadə olmalıdır ki, yaşından asılı olmayaraq insanlar onlardan istifadə etməyə maraqlı olsunlar və bu istifadənin özü daim cəlbedici görünsün".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Oktyabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri