“Biz bununla Ukraynanın sülhə hazırlığınını yoxlayacağıq” Peskov
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Kiyevin ölkələr arasında münaqişənin həlli yollarını axtarmağa nə dərəcədə hazır olduğunu yoxlamaq üçün Moskva birtərəfli qaydada Pasxa və mayın 9-da müvəqqəti atəşkəs elan edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiyanın təklif etdiyi Pasxa atəşkəsi, eləcə də 8, 9 və 10 mayda atəşkəs elan etmək üçün hazırkı təşəbbüsün məqsədi Kiyevin Rusiya və Ukrayna arasında uzunmüddətli davamlı sülhə nail olmaq yollarını tapmaq üçün hazırlığını yoxlamaqdır. Rusiyanın atəşkəs rejiminin tətbiqi təşəbbüsünə Ukrayna hakimiyyətinin reaksiyası Ukraynanın sülhə hazırlığının sınağıdır. Biz, əlbəttə ki, birmənalı deyil, yekun bəyanatları, ən əsası isə bayram günlərində münaqişənin gərginləşməsini azaltmağa yönəlmiş addımları gözləyəcəyik”, - Peskov bildirib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski mayın 3-də Rusiya qoşunlarının mayın 8-dən 11-dək hərbi əməliyyatları birtərəfli qaydada dayandıracağını aprelin sonunda elan edən Rusiya Prezidenti Vladimir Putinin ideyasını rədd edib.
Bu mövzuda digər xəbərlər:“Biz Ukraynanın tərəfində olmalıyıq”
17 Dekabr 2024 19:09
“Ukraynanın mövqeyi gündən günə pisləşir” Peskov
13 Noyabr 2025 19:16
Kreml bununla razılaşmayıb Peskov
22 May 2025 15:46
Rusiya Ukraynanın enerji sektorunu hədəfə almır Peskov
21 Mart 2025 14:22
Peskov Rusiya və Ukraynanın danışıqlar apardığını açıqladı
17 İyul 2025 14:24
Baxış sayı:150
Bu xəbər 03 May 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















