Icma.az
close
up
RU
Biz cənab Prezidentin iradəsi ilə Kəlbəcəri yenidən qurub yaradırıq Deputat Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Biz cənab Prezidentin iradəsi ilə Kəlbəcəri yenidən qurub yaradırıq Deputat Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Həmişə səfalı təbiəti və mərd insanları ilə bu bölgə ölkəmizin mühüm yaşayış məntəqələrindən biri olub. Həmçinin Kəlbəcər qədimliyi ilə də daim fərqlənib. "Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Ali Baş Komandan İlham Əliyevin hərb və siyasət dühasının nəticəsi olan imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdi".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. 

Onun sözlərinə görə, Kəlbəcər rayonu hərbi gücün, strateji və taktiki planmanın nəticəsində bizə təhvil verildi:

"Siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsi olaraq Kəlbəcər bizə təhvil verildi. Ancaq xatırlayırsızs həmin günlərdə biz ermənilərin növbəti barbarlığının şahidi olduq. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Çox təəssüf ki, işğal dövründə olduğu kimi bu proses də dünyanın gözü qarşısında baş vermişdi. Ancaq ikili standartlarla yanaşan beynəlxalq təşkilatlar bu məsələlərdə də görməzdən gəldilər. Biz isə öz xalqına arxalanan Cənab Prezident İlham Əliyevin iradəsi ilə Kəlbəcəri yenidən qurub yaradırıq. Kəlbəcərdə yeni yaşayış məntəqəli salınır və insanların orada rahat yaşaması üçün bütün infrastruktur layihələri sürətlə həyata keçirilir. İstər yol infrastrukturu, istər enerji təchizatı, istərsə də digər yaşam üçün zəruri olan məsələlər ən yüksək səviyyədə həllini tapır. Bütün bunların isə Azərbaycan öz daxili imkanları hesabına edir”.

Mikayıl Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 Noyabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri