Icma.az
close
up
RU
Biz fərdi psixoloji xüsusiyyətləri nəzərə almalıyıq PSİXOLOQ İZAH ETDİ

Biz fərdi psixoloji xüsusiyyətləri nəzərə almalıyıq PSİXOLOQ İZAH ETDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Depressiya insanın yalnız emosional dünyasını deyil, həm də bədən funksiyalarını və davranışlarını ciddi şəkildə təsir edən psixoloji pozuntudur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.

O bildirib ki, onun simptomları arasında iştah dəyişiklikləri olduqca geniş yayılmışdır: "Lakin bu dəyişikliklər hər kəsdə eyni cür təzahür etmir. Bəzi insanlar depressiya zamanı həddindən artıq yeməyə meyl göstərir (emosional aclıq), digərləri isə tam əksinə iştahlarını tamamilə itirirlər. Bu fərqli reaksiyalar bir neçə psixoloji və bioloji amillərlə izah olunur. Beyindəki kimyəvi dəyişikliklər bu prosesdə mühüm rol oynayır. Depressiyada serotonin, dopamin və norepinefrin kimi neyrotransmitterlərin səviyyəsi dəyişir. Bu maddələr həm emosiyaların, həm də iştahanın tənzimlənməsində rol oynayır. Serotonin səviyyəsinin azalması bəzi insanlarda aclıq hissini artıraraq yüksək şəkərli və karbohidratlı qidalara yönəlməyə səbəb olur. Digərlərində isə bu azalma ümumi maraqsızlıq və zövq almama (anhedoniya) ilə müşayiət olunaraq iştahın tamamilə itməsi ilə nəticələnə bilər.

Qeyd edim ki, bəzi insanlar üçün yemək emosional tənzimləmə mexanizmidir, yəni narahatlıq, kədər və ya boşluq hisslərini yemək vasitəsilə “yatızdırmağa” çalışırlar. Bu, “emosional yemə” adlanır. Digər şəxslər isə depressiv vəziyyətdə ümumiyyətlə enerji və maraq itirdiklərinə görə yeməyə qarşı istək duymurlar".

"Burada biz fərdi psixoloji xüsusiyyətləri də nəzərə almalıyıq. Şəxsin xarakter tipi, stresslə mübarizə üsulu və uşaqlıqda formalaşmış yemək davranış modelləri bu prosesə təsir edir. Məsələn, uşaqlıqda yemək mükafat və ya təsəlli vasitəsi kimi istifadə olunubsa, həmin şəxs böyüyəndə də depressiv epizod zamanı daha çox yeməyə meyl edə bilər. Depressiyanın növü də bu prosesdə mühüm rol oynayır. Məsələn, atipik depressiyada iştah artımı, kiloartımı tez-tez müşahidə olunur. Amma klassik major depressiyada isə əksinə, iştah azalması və kilo itkisi daha yaygındır.

Ona görə də depressiyada yemək davranışları hər bir insanda fərqli formada üzə çıxır və bu fərqlilik həm bioloji, həm də psixososial səbəblərlə bağlıdır. Hər iki hal – istər çox yemək, istərsə də heç yeməmək depressiyanın əlaməti ola bilər və psixoloji dəstəyə ehtiyacın göstəricisidir" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyun 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri