Icma.az
close
up
RU
Zorakılıq psixoloji müstəvidə köklənmiş bir problemdir PSİXOLOQ İZAH ETDİ

Zorakılıq psixoloji müstəvidə köklənmiş bir problemdir PSİXOLOQ İZAH ETDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Zorakı münasibətdən uzaqlaşmaq sadəcə fiziki bir məsafə deyil bu, həm də psixoloji və emosional bir mübarizədir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.

O bildirib ki, zorakılığa məruz qalan şəxslərin bu münasibətdən çıxmaqda çətinlik çəkməsinin bir neçə əsas psixoloji səbəbi var: "Bunlardan birincisi travmatik bağlanmadır. Zorakı münasibətlərdə tez-tez “şiddət – peşimançılıq – bağışlanma – yenidən zorakılıq” dövrü yaşanır. Bu dövrlər nəticəsində zərərçəkən şəxslə zamanla təcavüzkar arasında emosional asılılıq formalaşır. Zorakılığı törədən şəxs bəzən mehriban, şəfqətli davranaraq, qurbanın ümidlərini diri saxlayır və onu özündən asılı saxlayır. Nəticədə, Stockholm sindromuna bənzər bir psixoloji hal yaradır.

Digər bir səbəb Qurban kompleksidir. “Qurban kompleksi” — şəxsiyyətin uzunmüddətli zorakılıq və travmalar fonunda inkişaf edən bir vəziyyətidir. Bu halda insan, özünü daim əzab çəkən, aciz və çarəsiz biri kimi görür. Öz dəyərini aşağı qiymətləndirir, azad ola biləcəyinə inanmır və zamanla “bu mənim taleyimdir” düşüncəsi ilə barışır. Qurban kompleksi həm özünə qarşı mərhəmətsizlik, həm də zorakılığı “haqlı çıxarma” meyilləri ilə müşayiət olunur. Digər bir səbəb iqtisadi və sosial asılılıqdır. Zorakılığa məruz qalanların çoxu təcavüzkarla eyni evdə yaşayır, maddi cəhətdən ondan asılıdır və ya uşaqları olduğu üçün ayrılmaqdan çəkinir. Sosial çevrənin dəstəksizliyi, cəmiyyətin “ailəni qorumaq vacibdir” təzyiqi bu insanları zorakı münasibətdə qalmağa məcbur edir.

Digər bir səbəb isə özünədəyər problemidir. Belə ki, uzunmüddətli zorakılıq insanın mənlik dəyərini sarsıdır. Şəxs zamanla düşünür ki, “mən daha yaxşı münasibətə layiq deyiləm”, “heç kim məni istəməz” və ya “bəlkə də mən günahkaram”. Bu düşüncə tərzi onu passiv hala salır və hərəkətə keçməsinə mane olur. Birada qorxu və təhlükə hissi də mühüm rol oynayır. Zorakı tərəf ayrılıq cəhdlərini təhdidlərlə qarşılayırsa, bu, qurbanın geri çəkilməsinə səbəb olur. Qadınların və uşaqların zorakılıqla bağlı həyatlarında itirdikləri hallar, bu qorxunun nə qədər əsaslı olduğunu göstərir. Ona görə də zorakılıq yalnız fiziki deyil, eyni zamanda psixoloji müstəvidə köklənmiş bir problemdir. Qurban kompleksi və travmatik bağlanma bu münasibətin davamını təmin edən əsas psixoloji mexanizmlərdir. Cəmiyyət olaraq, hər birimiz bu insanlara qarşı həssas davranmalı və dəstək olmalıyıq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 İyun 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri