Icma.az
close
up
RU
Biz müharibəyə hər an hazırıq

Biz müharibəyə hər an hazırıq

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Bildiyimiz kimi 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması nəzərdə tutulur. Belə ki, dövlət büdcəsinin layihəsində növbəti il üçün müdafiə və təhlükəsizlik xərclərinin ümumilikdə 8 milyard 396 milyon manat olacağı göstərilib. Beləliklə, Ermənistanda silahlanmanın miqyasını nəzərə alaraq Prezident İlham Əliyevin göstərişinə əsasən müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılıb.
Azərbaycanın bu addımı atması Ermənistanın və onun havadarlarının regionda hərbi eskalasiyanı artıran revanşist, militarist planlarından irəli gəlir. Bir tərəfdən "sülh" demaqogiyasını davam etdirən Ermənistan hakimiyyəti, digər tərəfdən isə genişmiqyaslı silahlanma, ordu quruculuğu siyasətini həyata keçirir. Fransa, Avropa İttifaqı (Aİ), ABŞ, İran, Kanada, Hindistan kimi havadarları Ermənistanı sülhə yox, revanşizmə hazırlayır.
Bu kontekstdə, rəsmi Bakının İrəvanın silahlanma kursuna cavab tədbirləri müstəvisində 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərini artırması təbii haldır. Azərbaycan sadəcə olaraq bu addımı atmağa məcburdur. Bakı İrəvanın militarizasiya siyasətinə adekvat cavab verir. Biz Cənubi Qafqazda yeni qarşıdurmaların baş verməsində maraqlı olan qüvvələrin Ermənistanı silahlandırmasına və onu yeni müharibəyə hazırlaşdırmalarına reaksiya verməyə bilmərik.
Azərbaycan öz müdafiə xərclərini artırmaqla Ermənistanı yeni müharibə niyyətlərindən çəkindirmə, düşməni neytrallaşdırma siyasətini həyata keçirir. Bu addım eyni zamanda, təhlükəsizliyimizin təmin olunmasına xidmət edir. Bu mənada Ermənistanın sürətlə silahlanması şər məqsədə - yeni hərbi eskalasiyaya xidmət edirsə, Azərbaycanın müdafiə xərclərini artırması isə sözügedən eskalasiya cəhdlərini dayandırmağa və regionda sabitliyi qoruyub saxlamağa xidmət edir. Dünya birliyi iki ölkənin silahlanma və müdafiə siyasətləri arasındakı bu ciddi fərqə xüsusilə diqqət yetirməlidir.
Fransanın, Hindistanın və digər maraqlı qüvvələrin Ermənistanı regionun silah cəbbəxanasına çevirmək planları həmçinin BMT Təhlükəsizlik Şurasının (TŞ) da diqqətindən yayınmamalıdır. TŞ-nın daimi üzvlərindən biri olaraq Fransanın Ermənistana ən müasir silahları ötürərək, onu Azərbaycana qarşı üçüncü müharibəyə təhrik etmək cəhdlərinin qarşısı alınmalıdır. Fransa Ermənistanı silahlandırmaqla olduqca təhlükəli oyun oynayır. Dünya birliyi Fransanın Ermənistanı silahlandırmaq cəhdlərinə mane olmalıdır.
Əks təqdirdə, Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün müdafiə xərclərinin artırmaqdan başqa bir yolu qalmır. Prezident İlham Əliyev bütün çıxışlarında, görüşlərində dəfələrlə qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb, artıq müharibə dövrü arxada qalıb, indi yeni dövr - quruculuq dövrü, postmünaqişə dövrü başlayıb və biz regonda dayanıqlı sülh istəyirik. Ancaq Ermənistan tərəfi silahlanma siyasətindən imtina etmək istəmirsə, biz müharibəyə hər an hazırıq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Noyabr 2024 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri