Icma.az
close
up
RU
Biz nə üçün və nə vaxta qədər xəcalət çəkməliyik?

Biz nə üçün və nə vaxta qədər xəcalət çəkməliyik?

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İslandiya 400 min əhali arasında 23 peşəkar futbolçu hazırlaya bilirsə, Azərbaycanda 10 milyon insandan niyə 11 futbolçu hazırlamaq olmur?

Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsinin startı sentyabrın 4-də verildi. Fransa, Ukrayna və İslandiya yığma komandaları ilə D qrupunda yer alan Azərbaycan millisi isə ilk oyununa sentyabrın 5-də İslandiyaya qarşı Reykyavikdə meydana çıxmışdı. Matç Bakı vaxtı ilə gecə saat 23:30-da başladı.

10 milyondan çox əhalisi olan Azərbaycanın milli futbol komandasının 400 min əhalisi olan İslandiya millisi ilə qarşılaşmasının ilk hissəsinə baxa bilmədim. Özlüyümdə düşündüm, yəni biz İslandiya qədər də deyilik ki, ona qalib gələ bilməyək? Portalda birinci hissənin 1-0 İslandiyanın xeyrinə başa çatdığını öyrənəndə bir az rahat nəfəs aldım ki, komandamız deyəsən mübariz və əzmkar oyun nümayiş etdirir, ikinci hissədə hər şey qaydasına düşəcək.

İkinci hissənin əvvəlindən kresloda yerimi rahatlayıb qarşılaşmanı diqqətlə izləməyə başladım. 3 dəqiqə keçməmiş Azərbaycan millisinin qapısından 2-ci topun keçdiyinə şahid oldum. Sadə və adi bir vəziyyətdə qarşısında sanki heç kim yoxmuş kimi cərimə meydançamıza doğru şığıyan Qudmundsson uzaq dirəyin önünə ötürmə etdi. Torsteinsson qapını dəqiq nişan alsa da, Şahruddin əla reaksiya nümayiş etdirib topu qaytardı. Lakin bizim müdafiəçilər sanki hələ fasilədən qayıtmamışdılar və fürsəti əldən verməyən Yohannesson yaxın məsafədən topu qapıdan keçirdi.

Özümü yenə toplayıb, əsəblərimi cilovladım ki, futbolda belə hallar az olsa da, olur. Amma, necə deyərlər; “sən saydığını say”, gör hakim İslandiyanın xeyrinə neçə dəfə mərkəzi göstərəcək, qollar sayacaq...

Oyunu izlədikcə, məndə belə təəssürat yaranırdı, sanki futbolçularımızı döyüb meydana çıxarmışdılar. Nə fiziki hazırlıqlarından, nə əzmkarlıqlarından, nə də Azərbaycan naminə mübarizədən əsər-əlamət belə görünmürdü.

Bütün ikinci hissə boyu meydançanın komandamıza aid hissəsində çox sərbəst oynayan islandiyalılar 57-ci dəqiqədə daha da irəli gedib cərimə meydançamızda azərbaycanlıları görmürmüşlər kimi, əla kombinasiya qurdular. Cərimə meydançasının sağ kənarında ötürmə alan Torsteinsson rahatca meydanın düz mərkəzinə keçdi və topu astaca Yohannessona diyirlədi. Qapı artıq tamamilə boş qalmışdı və islandiyalı özünün ikinci, komandasının 3-cü qolunu vurdu.

Oyun davam etdikcə mənə elə gəlirdi ki, islandiyalılar növbəti oyunlarının məşqinə çıxıblar və təkqapı oynayırdılar. Onların qarşısını kəsmək iqtidarında olan millimizin oyunçularından kimin adını çəkim, özüm də bilmirəm. Top ayaqlarına gələn kimi hara gəldi vururdular ki, təki onlardan uzaqlaşsın.

Bu mənada həqiqətən, meydanda Azərbaycan komandasında elə bir peşəkar futbolçu gözümə dəymirdi. Reykyavikin cəmisi 9 min 500 tamaşaçı tutan “Laugardalsvöllur” staionunda çevik, boylu-buxunlu, əla texnika nümayiş etdirən, böyük şövqlə oynayan İslandiya millisinə qarşı sanki Bakının süni örtüklü, saathesabı pulla icarəyə verilən meydanlarında top qovan “həvəskar” bir komanda var idi. Amma o həvəskar komandalar “Laugardalsvöllur” meydançasına çıxıb guya Azərbaycan futbolunun şərəfini qoruyan komandadan daha əzmkar oyun nümayiş etdirirlər. Hirsim soyusun deyə, bunları yazmıram. Millətin düşüncəsindən, 10 milyondan artıq Azərbaycan xalqının milyonlarla futbol həvəskarının kefinə soğan doğrayan, milliliyə əsla layiq olmayan komandasının rüsvayçı məğlubiyyətinin acısına batmış düşüncələrimi oxucularla bölüşürəm.

Oyun davam edir və 65-ci dəqiqədə hesab 3-0 isladiyalıların xeyrinədir. Topa sahibolmada da Arnal Qunnlauqssonun rəhbərlik etdiyi futbolçuların xeyrinədir. Yalvarırdım ki, qarşılaşma kaş elə bu hesabla başa çataydı, mən də ən azından bu oyuna şərh yazmaqdan imtina edəydim. Ya da heç olmaya portuqaliyalı Fernando Santosun yetirmələri heç olmaya 1 qol vuraydılar ki, biz də görəydik onlar da qol vura, Olssonun qoruduğu cərçivəyə dəqiq zərbə endirə bilirlər.

Amma çox təəssüf ki, tam əksinə oldu. Elə bu ümidlərimizin doğrulması üçün dua etdiyimiz bir məqamda - matçın 68-ci dəqiqəsində Haraldsson millimizin cərimə meydançasının mərkəzində çox çevik və gözəl fəndlərlə müdafiəçilərimizi “heçə çıxarıb” topu bir az sola, Qudmundssona ötürdü. İtaliyanın “Fiorentina” klubunda oynayan islandiyalı forvard sol tərəfdən qapıya yaxınlaşaraq, əla mövqedən uzaq küncə qövsvari güclü zərbə endirdi! Şahruddinın sıçrayışı heç nə vermədi. Qol... 4-0.

Azərbaycan komandası tamamilə çökmüşdü və yalvarırdım ki, yenə rüsvayçı hesab deyil, belə də qurtarsın. Əmin idim ki, belə düşünən təkcə mən deyildim, minlərlə azərbaycanlı azarkeş gecə yarısı yuxusuna haram qatıb televiziya ekranları qarşısında komandamızın bu aciz durumundan dəli olmaq dərəcəsinə çatırdı...

Yox, televizoru söndürüb, buna baxmamaq çıxış yolu deyildi. Azarkeşsənsə, mütləq internetdə də olsa hesabı öyrənəcəksən. İndi heç olmaya Azərbaycanın futbol şərəfinin kimlərin əlində olduğu və futbolumuzun bu bərbad vəziyyətinin nədən irəli gəldiyi barədə azarkeşlərlə də olsa müzakirələr aparıb bir qənaətə gələ bilərsən. Amma çifayda, bu futbolumuza nə verəcək ki⁈ Eldə bir məsəl var, deyir: “Çax-çax baş aparır, dəyirman öz işindədir”.

Oyun davam edir. Komandamızın üzvləri sanki 100 ilin yorulub əldən düşmüş insanları kimi passiv oyunu ilə rəqibə meydanda istədiyini etməyə imkan verir. Dəqiqələr də getmir ki, bizi qəzəbləndirən bu acı mənzərədən canımız qurtarsın.

İslandiyalılar isə komandamızı darmadağın etməyə davam edirlər! Abbas Hüseynovun kobud oyunundan sonra meydan sahibləri hücumun sol cinahında standart vəziyyətdən zərbə vurmaq şansı qazanırlar. Bu dəfə Hlinsson Şahruddinin qoruduğu qapının uzaq küncünə qövsvari güclü ötürmə etdi və top bir-iki müdafiəçimizin ayaqları arasından sivişib heç kimə dəymədən birbaşa qapıya girdi. Məhəmmədəliyev hadisələrin bu cür dönüşünə reaksiya verə bilmədi. Bu da 5-ci qol və portuqaliyalı Fernando Santosun çalışdırdığı Azərbaycan millisinin rüsvayçı məğlubiyyəti. Oyunu sona qədər izləməli oldum dedim bəlkə komanda fövqəladə bir əzmkarlıq nümayiş etdirib heç olmaya bir qol vura. Olmadı.

Final fiti səslənəndən sonra oturub öz-özümə fikirləşdim ki, görəsən 10 milyondan çox əhalisi olan Azərbaycan 400 min əhalisi olan İslandiya futbol millisinə qarşı mübarizəni niyə uduzur? Axı nə üçün İslandiya 400 mindən bir az artıq əhalisi arasında Olsson, Torsteinsson, Yohannessona, Hlinsson və sair sonlar kimi yüksək səviyyəli peşəkar futbolçular yetişdirə bilir, amma Azərbaycan 10 milyondan çox əhalisinin içindən heç olmaya 11 peşəkar futbolçu hazırlaya bilmir? Məsələ pulda olsa, bildiyim qədər Azərbaycan İslandiyadan zəngin ölkədir. Bəs məsələ nədədir? Nə vaxtsa kimsə bu sualın cavabını verə biləcəkmi? Təbii, AFFA həmişə olduğu kimi buna cavab tapacaq. Amma bu cavaba heç kimsə inanmayacaq və inanmamaqda da haqlıdırlar.

Bəlkə özümüz düşünüb, araşdırıb bu sualın cavabını qismən də olsa tapmağa çalışaq. Axı Azərbaycanda futbolun tarixi dünən, srağagün başlamır. Nə deyirsiz, hörmətli peşəkar futbolçular və mütəxəssislər? Buna dəyərmi?

İlqar RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Sentyabr 2025 07:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri