Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Biz oynayaq, Neftçi baxsın? Elmar Baxşıyev

Biz oynayaq, Neftçi baxsın? Elmar Baxşıyev

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Gərgin oyuna şahidlik etdik. Hər iki komanda yaxşı mübarizə apardı. Ümumən düşünürəm ki, oyunçularım komanda şəklində yaxşı iş gördülər. Bugünkü oyun da qalib də gələ bilərdik, uduza da bilərdik. Ona görə bu oyunda qazanılan 1 xal önəmli idi. Komandama təşəkkür edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq". 

QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 28-ci turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. 

O, jurnalistlərin suallarını cavablandırıb:  

- Meydana 1 xal üçün çıxmışdınız? 

- Siz hiss etməyə bilərsiniz, amma biz fərqli görürük. "Neftçi" də yaxşı təşkilatlanmış komandadır. Nə gözləyirsiniz, biz oynayaq, "Neftçi" baxsın? Qarşımızda rəqib var və onlar planlı şəkildə təzyiq göstərirlər. Ona görə də düşünürəm ki, bu gün hər iki komanda digərindən həm ehtiyat edirdi, həm çəkinirdi. 

- Milli komandanın oyunçusu olmusunuz. Təcrübəli həm futbolçu olmusunuz, həm də təcrübəli məşqçisiniz. Bir mütəxəssis kimi, liqamızın bugünkü oyun tempi millimizə xeyir verə bilər?

- Haradan hara adlayırıq. Millisi səviyyəsi ayrıdır, o, milli komandalar üçündür. Klublar üçün isə ayrıdır. Bugünkü oyundan danışırıqsa biz səfərdə oynayırdıq və fərqli futbolçulara fərqli tapşırıqlar verirdim. Bunları sizə deyə bilmərəm. Bilirdik ki, "Neftçi"yə qarşı oynayırıq. "Neftçi" turnir cədvəlində bizdən geridədir, onları rahat məğlub edəcəyik deyə bir şey yoxdur. Heyətimizdə itkilər var. İtkilər olanda hər bir xal önəmlidir. Düşünürəm ki, meydanda komanda var idi və mənim istədiyimi verirdi. 

- Növbəti oyun kubokda "Qarabağ"a qarşıdır. Bu gün həmin oyuna görə ehtiyat edirdiniz ki, itkiləriniz az olsun? Daha çox diqqət kubok oyununa yönəlmişdi?

- Bizim qənaətli oynadığımızı düşünürsünüzsə, belə deyil. Komanda bu oyuna maksimum xal qazanmağa çıxmışdı. Sadəcə başa düşürük ki, üç gündən bir oyun dövrünə giririk. Heyətdə 4-5 futbolçunun olmaması müəyyən sıxıntılar yaradır. Əyyub Allaşa qaldıqda, qış fasiləsindən sonra ümumən zədəlilərin sayı çoxdur. Səbəbini bilirəm, amma açıqlamayacağam. Bizə aid olan məsələdir. Komandam bərkdir. Düşünürəm, həm kubokda, həm çempionatda iddialarını ortaya qoyacaqlar. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://qol.az
archiveBu xəbər 29 Mart 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see672

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see442

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see406

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see288

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see282

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see279

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see253

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see250

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see237

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see229

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see222

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see216

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see216

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see200

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see198

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see193

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see193

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri